İxtisas: Təhsildə sosial psixoloji xidmət Kurs: III fənn: Psixoanaliz



Yüklə 205,09 Kb.
səhifə88/112
tarix10.01.2022
ölçüsü205,09 Kb.
#106570
1   ...   84   85   86   87   88   89   90   91   ...   112
Birinci üsul. Ayaqüstə dayanmış şəxsə başını arxaya ataraq, onu həkimin barmaqları üzərinə qoymaq, gözünü yumaraq bütün əzələlərini boşaltmaq (gərginlikdən azad olmaq) təklif olunur. Sonra xəbərdarlıq edilir ki, “özündən asılı olmayaraq arxaya yıxılarkən qorxmayın, mən vaxtında sizi tutacam”. Bunun ardınca inamla aşağıdakı sözlər təlqin edilir: “mən əlimi sizin başınızdan uzaqlaşdırdıqca arxaya doğru yıxıldığınızı hiss edəcəksiniz. Qorxmayın, siz artıq arxaya yıxılmağa başlayırsınız, heç bir qüvvə sizi saxlaya bilmir”. Bu sözləri bir neçə dəfə təkrar edərək eyni zamanda əlinizi daha çox uzaqlaşdırırsınız və arxaya doğru hərəkəti əllərinizlə dayandırıb tam yıxılmağa qoymursunuz. Təcrübə baş tutarsa, şəxsin təlqin həssaslığının yüksək olması təsdiq olunur. Əgər təcrübə alınmazsa sakit, inamlı formada bildirmək lazımdır ki, o (müayinə olunan şəxs) təlqinə kifayət qədər həssas deyil. Belə hallarda digər testlərdən istifadə edilə bilər.

İkinci üsul. Müayinə edilən şəxsə bir neçə təmiz sınaq şüşəsi verin və bildirin ki, siz onun qorxu həssaslığını yoxlayırsınız. Qeyd edin ki, şüşələrin birində benzin, birində spirt, digərində isə su olub və şəxs qoxulayaraq bunları ayırd etməlidir. Əgər şəxs sınaq şüşəsini qoxulayaraq onlardan müvafiq iylərin gəldiyini təsdiq edərsə-təcrübənin alındığına-yəni həmin adamın təlqinə həssas olmasına əmin ola bilərsiniz.

Üçüncü üsul. Sağ əlinizi ayağı üstə dayanan şəxsin20-30 sm məsafədə gözləri qarşısında tutub bu sözləri söyləyin: “mən əlimi uzaqlaşdırarkən özündən asılı olmayaraq qabağa doğru yıxılmağınızı hiss edıcıksiniz”. Əlinizi tədricən uzaqlaşdırarkən inamla qeyd etməliyik ki, o artıq özündən asılı olmayaraq irəli doğru hərəkət edir. Heç bir qüvvə onu saxlaya bilmir. Şəxsin irəliyə doğru hərəkət etməsi təlqin həssaslığının yüksək olmasını göstərir.

Dördüncü üsul. Müayinə olunan şəxsə əl barmaqlarını bir-birinə birləşdirərək onu gözləri qarşısında tutmaq və diqqətlə ovcunun içərisinə, barmaqlarının birləşdiyi bir nöqtəyə baxmaq təklif olunur. 7-10 saniyə gözləyib sonra bu sözləri təlqin edirik: “barmaqlarınız tədricən gərginləşir, daha çox bir-birinə sıxılır, siz artıq onları bir-birindən ayıra bilmirisiniz...” Təlqin həssaslığı yüksək olan şəxslərdə əlləri bir-birindən ayırmaq mümkün olmur.

Təlqin həssaslığı yoxlamaq üçün testlər çoxdur, onların hamısının daha əhəmiyyətli olmasını söyləmək çətindir. Onlardan istifadə etmək vərdişləri olmadan müsbət nəticə əldə etmək mümkün deyil. Təcrübəni aparan həkim nə qədər inamlı, təmkinli olarsa, rəcrübə bir o qədər yüksək nəticə əldə etməyə imkan verir. Unutmaq lazım deyil ki, təlqin həssaslığı olmayan şəxslər heç də az deyil. Bəzi müəlliflər belə şəxslərin miqdarının 30-40% olmasını qeyd edirlər. Bizim fikrimizcə, hipnoterapiyaya ehtiyacı olan şəxslərlə düzgün rəftar edilərsə, bu rəqəm xeyli az ola bilər.




  1. Yüklə 205,09 Kb.

    Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin