İxtisas: Təhsildə sosial psixoloji xidmət Kurs: III fənn: Psixoanaliz


Psixoanaliz texnikasının mərhələləri



Yüklə 205,09 Kb.
səhifə94/112
tarix10.01.2022
ölçüsü205,09 Kb.
#106570
1   ...   90   91   92   93   94   95   96   97   ...   112
Psixoanaliz texnikasının mərhələləri.

Psixoanaliz texnikasına gəldikdə bunun ən mühüm üç mərhələsinin olmasını qeyd etmək lazımdır.

  1. Qapalı fikirlərin aydınlaşdırılması;

  2. Onun təhlili;

  3. İşgüzar sazişin (həmrəyliyin) yaradılması;

Qapalı fikirlərin aydınlaşdırılmasına çalışan analitik sərbəst assosiasiyalarla, köçürmə reaksiyası və müqavimət fenomeni ilə qarşılaşmalı olur. Sərbəst assosiasiyalar yolu ilə pasiyentin qapalı (şüuraltı) fikirlərini aşkarlamaq üçün ən münasib üsul belədir: pasiyenti çarpayıya (divana) uzandıran həkim özü bir qədər kənarda stula əyləşir. Xəstənin üzü əks tərəfə yönəlməli,o,həkimi görməməlidir. Seansı apararkən elə etmək lazımdır ki, hipnoz və təlqin təəssüratı yaranmasın. Başlıca məqsəd iki nəfər arasında səmimi dialoqun yaranmasıdır. Müalicə seansının əvvəlində pasiyentə bildirmək məsləhətdir ki, onların söhbətinin heç bir ssenarisi (planı) yoxdur. Pasiyent sərbəst şəkildə fikrinə gələn hər bir mövzu ətrafında danışa bilər. Xəstənin sıxıntı keçirməsinə səbəb olan bütün maneələr aradan qaldırılmalıdır. Bu, əks cinslər arasında aparılan seans zamanı daha vacib elementdir. Analtikin özünü etik cəhətcə tam məqbul aparması pasiyentin xəstələnməsinə səbəb olan fikirlərin aşkarlanmasıdır.

Psixoanalizin başlıca məqsədi pasiyentin özünün başa düşməsinə nail olmaqdır. Freyd psixoanaliz texnikasını 4 mərhələdən ibarət olmasını göstərmişdir:

1.Əksmüqavimət

2.Aydınlaşdırma

3.,Şərh etmə

4.Nəticə çıxarma

Son mərhələdə pasiyentin ozünü dərk etməsinə nail olmaq mümkün olursa, analizin müvəffəqiyyətlə qeyd etmək mümkündür.



  1. Yüklə 205,09 Kb.

    Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin