##İxtisas: Təhsildə sosial-psixoloji xidmət ##Qrup: 412, 413, 414 ##Bölmə: Azərbaycan


##num=1// level= 5// sumtest= //name= Praktik psixoloqun peşə fəaliyyətinin xüsusiyyətləri və hüquqi-normativ bazası



Yüklə 0,76 Mb.
səhifə5/13
tarix16.12.2018
ölçüsü0,76 Mb.
#86051
1   2   3   4   5   6   7   8   9   ...   13

##num=1// level= 5// sumtest= //name= Praktik psixoloqun peşə fəaliyyətinin xüsusiyyətləri və hüquqi-normativ bazası

T1-9; T2-5; T3- 5; T4- 2


86.Hansı psixopedaqoji prinsiplər məktəb psixoloqunun fəaliyyətində ön plana çəkilə bilər?

A) Psixoloqun hüquq və vəzifələrinin gözlənilməsi prinsipi; əxlaq prinsipi; fərdi yanaşma prinsipi

B) Özünü aktuallaşdırma prinsipi; peşə əməkdaşlığı prinsipi; varislik prinsipi; müəllimlərlə qarşılıqlı işgüzar əlaqə prinsipi

C) Fərdi yanaşma prinsipi; müəllim və valideynlərlə qarşılıqlı iş prinsipi; psixoloqun hüquq və vəzifələrinin gözlənilməsi prinsipi

D) Peşə marağı prinsipi; valideynlərlə qarşılıqlı ünsiyyət prinsipi; varislik prinsipi

E) Kollektivdə qarşılıqlı əməkdaşlıq prinsipi; fərdi yanaşma prinsipi; özünü aktuallaşdırma prinsipi



87.Psixoloqun fəaliyyətində özünü aktuallaşdırma prinsipinin mahiyyəti necə açıqlana bilər?

A) Psixoloq başqa tədris - tərbiyə müəssisələrində işləyən psixoloqlarla işgüzar əlaqə yaradır və mövcud yenilikləri özünün praktik fəaliyyətində yaradıcı surətdə istifadə etməyə çalışır

B) Psixoloq praktik fəaliyyətində yaradıcı axtarışlara, yeni təlim və tərbiyə texnologiyalarının öyrənilməsinə və onların tətbiq olunmasına aktiv meyl edir

C) Psixoloq öz üzərində sistematik olaraq işləyir və əldə etdiyi yeni biliklərin praktik fəaliyyətində tətbiqinə nail olur

D) Psixoloq yeni psixoloji diaqnostik metodikaların öyrənilməsinə və onların istifadə olunmasına nail olmağa çalışır

E) Psixoloq malik olduğu bütün imkanları aşkara çıxararaq reallaşdırır və praktik fəaliyyətində yaradıcı mövqe tutmağa çalışır



88. Aşağıdakılardan hansı təhsil sistemində psixoloji xidmətin əsas funksiyasını xarakterizə edir?

A) Məktəbəqədər və məktəb illələrində uşaqların hərtərəfli inkişafının təmin olunmasına nail olmaq

B) Asosial davranışa və kənarçıxmalara yol verən şagirdlərlə fərdi işin aparılması

C) Uşaqların psixi və psixoloji sağlamlığına nail olmaq

D) Uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması

E) Müəllim və valideynlərə, o cümlədən uşağa psixoloji məsləhətin verilməsi



89. Məktəbə psixoloji xidmətin qarşısında hansı əsas məqsəd durur?

A) Müəllim və valideynlərə, o cümlədən şagirdlərə fərdi məsləhətin verilməsi

B) Şagirdlərin hərtərəfli inkişafına nail olmaq

C) Uşağın psixi və psixaloji sağlamlığına nail olmaq

D) Şagird - müəllim münasibətlərində qarşıya çıxan çətinliklərin aradan qaldırılması

E) Asosial davranışa və kənar çıxmalara yol verən şagirdlərlə fərdi işin aparılması

yaranır

90. Psixoloji xidmət sahəsində neçə mərhələ olur?

A) 5


B) 3

C) 2


D) 1

E) 4


91. Bunlardan biri praktik psixoloqun fəaliyyətinə aid deyil:

A) Məktəbdə təlim və tərbiyə işlərinə nəzarət edir.

B) psixoloq öz fəaliyyətində kainatın qanunauyğunluqlarına istinad edərək

təbiət və cəmiyyət elmlərinin inteqrasiyasını yaradır;

C) psixologiya elmi ilə yanaşı, digər sahələrdə aparılan müasir tədqiqatlara

əsaslanmaqla cəmiyyəti insan psixologiyası ilə bağlı yeniliklərlə tanış edir.

D) psixoloq problemlərə rasional yanaşmaqla onun psixofizioloji vəziyyəti

haqqındakı fərziyyələr arasında ən doğru olanı seçir. Fəaliyyət məhsullarının nəticələrinin təhlilinə əsaslanaraq onları obyektiv şəkildə xarakterizə edir;

E)inkişafda olan insanın hərtərəfli şəxsiyyət kimi formalaşaraq cəmiyyətdə

layiqli yer tutmasına, yaranmış problemlərin həllində özünü istiqamətləndirməsinə və özünütənzimlənməsinə kömək edir.

92. Bunlardan biri praktik psixoloqun fəaliyyətinə aid deyil:

A) psixodiaqnostika;

B) maarifləndirmə və psixoprofilaktika;

C) psixokorreksiya və psixoterapiya;



D) psixokonsultasiya

E) psixokonsilium

93.Təhsil sistemində praktik psixoloqun fəaliyyəti hansı istiqamətləri əhatə edir? Uyğun olanını seçin.

1.Psixoloji maarifləndirmə, psixoprofilaktika, psixodiaqnostika, inkişafetdirici təlim və tərbiyə, psixokorreksiya, psixoloji məsləhət

2. Psixoloji - pedaqoji ədəbiyyatın öyrənilməsi, məktəbdə tərbiyəvi tədbirlərin təşkili, psixokorreksiya, psixoloji maarifləndirmə, təlimdə geri qalan uşaqlara fərdi yardımın təşkili

3. Məktəbdaxili və məktəbdənkənar tədbirlərin təşkili, intizamı pozan uşaqlarla fərdi işin aparılması, valideynlərlə işgüzar əlaqələrin təşkili, psixoprofilaktika, psixodiaqnostika.

4. Sinif rəhbərləri ilə fərdi işin aparılması, məktəbdə aparılan tərbiyə işinin proqramının tərtibi və onun yerinə yetirilməsinə nəzarət, müəllim və şagird kollektivlərində yaranan münaqişəli situasiyaların həllində yaxından iştirak, psixoloji maarifləndirmə, məktəbdaxili ictimai - siyasi tədbirlərin təşkili

5. İnkişafetdirici təlim və tərbiyə, psixodiaqnostika, münaqişəli situasiyaların həllində yaxından iştirak, intizamsız və təlimdə geri qalan şagirdlərin valideynləri ilə fərdi işin aparılması, psixoloji maarifləndirmə.

A) 2,3

B) 3,4


C) 1,5

D) 4,5


E)1,4

94. Bunlardan biri praktik psixoloqun vəzifələrinə aid deyil:

A) Uşaq bağçasında, internatda, məktəbdə və s.uşağın normal inkişafı üçün əlverişli psixoloji iqlim yaratmaq, yaşlılar və yaşıdları ilə onun məhsuldar ünsiyyət şərairini təmin etmək;

B) Uşaqlarla iş zamanı hər bir yaş dövrünün potensial imkanlarının reallaş- dırılmasını təmin etmək;

C) Uşaqların maraq, qabiliyyət, mey, hiss, münasibət, əyləncə və həyat planla- rının gerçəkləşdirilməsi üçün onların fərdi xüsusiyyətlərini inkişaf etdirmək;

D) Təlim-tərbiyə müəssisələrində şəxsiyyətin inkişafını təmin edə biləcək həyat tərzinin formalaşdırılması;

E) Uşaqlarla yanaşı, müəllimlərə, valideynlərə, tərbiyəçilərə vaxtında psixoloji yardın göstərmək.



95. Məktəb psixoloqunun fəaliyyəti hansı konkret sahələrə istiqamətlənir? Uyğun olanını seçin.

1. Psixoloji maarifləndirmə, psixoprofilaktika, psixodiaqnostika

2. Məktəbdə müxtəlif xarakterli tədbirlərin təşkili, psixoloji – pedaqoji ədəbiyyatın öyrənilməsi, psixokorreksiya, psixoloji maarifləndirmə, təlimdə geri qalan şagirdlərin fərdi yardımının təşkili

3. Psixoprofilaktika, psixodiaqnostika, valideynlərlə işgüzar əlaqələrin təşkili, məktəbdaxili və məktəbdənkənar tədbirlərin təşkili, intizamı pozan uşaqlarla fərdi işin aparılması

4. Məktəbdə aparılan tərbiyə işinin proqramının tərtibi və onun yerinə yetirilməsinə nəzarət, müəllim və şagird kollektivlərində yaranan münaqişəli situasiyaların aradan qaldırılmasında yaxından iştirak, psixoloji maarifləndirmə, məktəbdaxili ictimai - siyasi tədbirlərin təşkili

5.İnkişafetdirici təlim və tərbiyə, psixokorreksiya, psixoloji məsləhət

A) 1, 2

B) 3, 4


C) 4, 5

D) 1, 5


E) 1, 4

96. Psixoloji xidmətdə perspektiv istiqamətin mahiyyəti necə xarakterizə oluna bilər? Uyğun olanını seçin.

1. Şagirdin fərdi xüsusiyyətləri nəzərə alınır

2. İstedadlı şagirdlərin müəyyənləşdirilməsinə və onlarla fərdi işin aparılmasının təşkil olunmasına xüsusi əhəmiyyət verilir

3. Şagirdin ahəngdar inkişafının potensial imkanlarının reallaşdırılması ilə bağlı fəal iş aparılır

4. Ayrı - ayrı fənlər üzrə yüksək nəticələr göstərən şagirdlərlə fərdi işin aparılması təşkil edilir

5. Psixoloq istedadlı şagirdlərlə fərdi inkişafetdirici pedaqoji işin aparılmasını təşkil edir və bununla əlaqədar müəllimlər arasında izahat işi aparılır

A) 1,5

B) 2,4


C) 1,2

D) 3,4


E) 1,3

97.Peşə əməkdaşlığı prinsipi psixoloqun fəaliyyətinin hansı istiqamətlərini xarakterizə edir?

1. Psixoloq assosiasiyaların, cəmiyyət və müvafiq qurumların işində yaxından iştirak edir, ixtisası ilə bağlı xüsusi ədəbiyyatı və jurnalları oxuyur

2. Psixoloq başqa tədris müəssisələrində işləyən həmkarlarının iş təcrübəsini öyrənir

3. Yaş psixologiyası üzrə mövcud olan elmi - metodiki ədəbiyyatı öyrənir və əldə etdiyi yeni bilikləri özünün praktik fəaliyyətində tətbiq etməyə çalışır

4. İxtisası ilə bağlı xüsusi ədəbiyyatları,oxumaqda,yeniliklrəi öyrənməkdə

5. Psixoloq müxtəlif tipli tədris - tərbiyə müəssisələrində işləyən praktik psixoloqlarla əməkdaşlıq edir və onların iş təcrübəsi ilə yaxından tanış olur

A) 1,3

B) 1,5


C) 2,5

D) 1,4


E) 3,5

98. Psixoloqun elmi-nəzəri və elmi-təcrübi hazırlığına verilən tələbələrə aiddir:

1- psixoloqun problemə münasibəti, düşüncə tərzi, əqidəsi,

2- dünyagörüşü

3- fərdi-psixoloji keyfiyyətləri

4- psixoloji bilikləri və etik-təcrübi hazırlığı

5- mənəvi-etik xüsusiyyətləri;

A) 1, 4, 2, 5, 3

B) 3, 4, 5

C) 1, 4, 5

D) 2, 4, 1

E) 3, 2, 1

99.Aşağıdakılardan hansılar məktəbə psixoloji xidmətin çətin tərbiyə olunan

Şagirdlərlə işinə aiddir?

1.Şagirdii intizama dəvət edir.

2.Uşağın bütün əlaqə və münasibətlərini hərtərəfli təhlil edib, öyrənərək çətin cəhətini üzə çıxarmaq

3.Çətin tərbiyə olunan şagirdin dostları ilə əlaqəsini kəsmək

4.Qüsurların aradan qaldırılması hazırlanması planlaşdırılır

5.Şagirdin psixikasında və şəxsiyyətində qüaurları üzə çıxarmaq

A) 3,4,5

B) 1,2,3


C) 2,4,5

D) 2,3.4


E) 1,2,4

100. Psixoloqun fərdi iş üslubu nəyə əsaslanır? Ardıçıllığa riayət edin.

1- psixoloqun elmi hazırlığına

2- kommunikativ fəaliuyyətinə

3- peşəkar qabiliyyətinə

4- insanlarla əməkdaşlığına

5- şəxsi təcrübəsinə

A) 3, 2, 1

B) 2, 4, 5

C) 1, 2, 3

D) 1, 3, 5, 2, 4

E) 3, 4, 5

101. Praktik psixoloqun fəaliyyəti aşağıdakı sənədlərdə əks olunur. Ardıcıl düzün.

1- xüsusi sənədləşmədə

2- normativ sənədlərdə

3- hüquqi sənədlərdə

4- təşkilati sənədlərdə

5- tematik sənədlərdə

A) 2, 1, 4, 5, 3

B) 3, 4, 5

C) 1, 2, 5

D) 2, 4, 5

E) 3, 1, 5

102. Psixoloji rəy nədir?Ardıcıl olaraq düzün.

1- əsas iş sənədlərindən biridir.

2-qısa nəticələrdən, tövsiyələrdən ibarətdir.

3- metodikalara istinad olunur.

4- uşağın inkişafı haqqında dolğun məlumat verir.

5- diaqnostik müayinə ilə bağlıdır.

A) 1, 2, 4, 5

B) 3, 4


C) 4, 2, 1

D) 1, 2, 3

E) 3, 4, 5

103. Xüsusi sənədləşməyə nələr daxildir? Ardıcıllıqla düzün.

1- psixoloji rəylər

2- diaqnostik müayinə protokolları

3- psixoloji xasiyyətnamələr

4- korreksiyaedici təmrinlərin məzmununa aid mətnlər;

5-korreksiya xəritələri;

6- psixi inkişaf xəritəsi

A) 2, 4, 5

B) 1, 5, 2, 6, 3

C) 1, 4, 5

D) 3, 4, 6

E) 1, 3, 5



104. Normativ sənədlərə aiddir. Ardıcıllıqla düzün.

1- Təhsil sistemində psixoloji xidmət haqqında "Əsasnamə"

2- təhsil haqqında Azərbaycan Respublikasının Qanunu

3- Uyğun əsasnamə üzrə psixoloqun attestasiyası haqqında "Əsasnamə"

4- BMT-nin Uşaq hüquqları haqqında konvensiyası

5- Praktik psixoloq haqqında "Əsasnamə

A) 2, 3, 5

B) 1, 3, 4

C) 2, 4, 5, 1, 4

D) 3, 4, 1

E) 1, 3, 5

105.Uyğunluğu müəyyən edin:

I-İnformasiya mübadiləsi kimi ünsiyyətin formaları

II-insanların bir-birini qavraması prosesi kimi ünsiyyətin formaları

III-Qarçılıqlı təsir vasitəsi kimi ünsiyyətin formaları

1.Tərif

2.Söz


3.Bir-birinə məlumat verərkən

4.Əmr


5.Hiss

6.Bir-birinə təsir göstərərkən

7.Məsləhət

8.Hərəkət

9.Sosial persepsiya

10.Xahiş


A)I-5,6,8;II-8,9,10;III-1,2,2

B)I-7,4,10;II-2,6,7;III-3,4,5

C)I-3,4,7;II-3,5,10;III-4,7,8

D)I-4,7,10;II-2,5,8;III-3,6,9

E)I-6,7,9;II-5,6,8;III-4,5,10

106. Uyğunluğu müəyyən edin:

I- Məktəbə psixoloji xidmətin istiqamətləri

II- Psixokonsultasiya

1 - şagirdlərin tədris materiallarındakı çətinliklərlə bağlı məsləhət təşkil edir.

2 - məktəbə psixoloji xidmət prosesində yerinə yetirilən psixoprofilaktik işlər

3 - müəllimlə sinif arasında münaqişə yarandıqda məsləhəti müəyyən edir.

4 - psixoloji xidmət prosesində yerinə yetirilən konsultativ işlər

5 - korreksiya və yardımçı işlər

A) I- 1,4,5; II- 1,5

B) I- 1,3,5; II- 1,2

C) I- 2,3,5; II- 1,4

D) I- 2,4,5; II- 1,3

E) I- 2,3,4; II- 2,3


Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin