İxtisas: tspx kurs: I fənn: inkişaf və yaş psixologiyası



Yüklə 40,5 Kb.
səhifə4/10
tarix10.01.2022
ölçüsü40,5 Kb.
#109887
1   2   3   4   5   6   7   8   9   10
Psixi inkişaf və təlim

Təlim və inkişafın qarşılıqlı münasibəti problemi yalnız metodoloji deyil, həm də praktik psixoloji, pedaqoji və sosial problemdir. Onun düzgün müəyyənləşdirilməsindən təlim və tərbiyə işinin məzmunu, metod və formaları əhəmiyyətli şəkildə asılıdır.

Məlumdur ki, «təlim» anlayışı hazır biliklərin müəllimdən şagirdə ötürülməsi, geniş mənada, öyrədilənlərlə öyrədən arasında qarşılıqlı münasibətlər, pedaqoji proses vasitəsilə öyrədilənlərə elmi bilik, bacarıq və vərdişlərin, fəaliyyət üsullarının mənimsədilməsinin məşkilini nəzərdə tutur. Bu proses şagirdlərin daxili və xarici fəallığının stimullaşdırılması və idarə olunmasına, nəticədə bəşəri təcrübənin mənimsədilməsinə yönəldilmişdir. Təlimin inkişafa təsiri dedikdə, bir-biri ilə sıx bağlı olan iki müxtəlif hadisələr kateqoriyası başa düşülür: xüsusi bioloji, yəni, beynin üzvi yetişməsi, onun anatomik- bioloji sitrukturlarının formalaşmasının müəyyən inkişaf dinamikası və müəyyən səviyyədə əqli yetişmə. Əlbəttə, əqli inkişaf beyin strukturlarının bioloji yetkinliyi ilə birbaşa olaraq əlaqədardır. Pedaqoji prosesdə, uşaqların təlimi, tərbiyəsi və inkişafında bu cəhətin nəzərə alınması olduqca vacibdir. Ötən əsrin əvvəllərində bu məsələyə diqqət yetirməyin zəruriliyini ön plana çəkən N.Nərimanov yazırdı: «Uşaqların bir parası zehinli, fəhmsiz, zəkavətli, bir parası zehinsiz, fəhmsiz, bir parasının qüvveyi hafizəsi qüvvətli, bir

79




parasınınki paqis, bir parası müdhiş hekayələr sevən, bir parası gülünc və

Л

fərəhli nağıllardan həzz alan olur' Bununla belə, beyin strukturlarının üzvi yetişməsinin mühitdən, təlim və tərbiyə şəraitindən asılılığı artıq müasir elmi faktlar əsasında sübuta yetirilmişdir. Deməli, əqli inkişafdan söhbət gedərkən onun beynin bioloji yetişməsi prosesi ilə vəhdətdə baş verdiyini nəzərə almaq lazımdır. Müasir pedaqogika və psixologiya elmlərində təlimlə inkişafın qarşılıqlı münasibətinin aydınlaşdırılması istiqamətində üç nöqteyi- nəzər diqqəti cəlb edir. Birinci daha geniş yayılmış nöqteyi-nəzər ondan ibarətdir ki, təlim və inkişaf bir-birindən asılı olmayan iki müstəqil prosesdir. Lakin təlim sanki beynin yetişməsi üzərində qurulur. Beləliklə, təlim inkişaf prosesində təzahür edən imkanların sırf şəkildə zahiri görüntüsüdür. Alman alimi
Yüklə 40,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin