Oyunun inkişafının ikinci səviyyəsi
1. Oyunun əsas məzmunu əşyavi hərəkətlərdən ibarət olsa da, birinci planda oyun hərəkətlərinin real işlərə müvafiq aparılması nəzərə çarpır.
2. Uşaq rolu adlandırır, vəzifə bölgüsü aparır, rol onunla bağlı işlərin həyata keçirilməsinə yönəldilir.
3. Hərəkətlər məntiqi və ya əhəmiyyəti olan sistemlə, yəni real gerçəkliklərə uyğun ardıcıllıqla aparılır, hərəkətlərin miqdarı artaraq birtipli hərəkətlər çərçivəsindən çıxır, yəni hərəkətlər çoxalır, şaxələnir, yedizdirmə əməliyyatı, qidanın hazırlanması və stola gətizdirilməsi, qoyulması ilə əlaqələndirilir. Beləliklə, yedizdirmə prosesi məntiqi ardıcıllığı gözləməklə həyata keçirilir.
Dostları ilə paylaş: |