Müəllim: Şəhla Fətəliyeva FeehlaHYPERLINK "mailto:Feehla@gmail.com"@gmail.com
Plan:
Sözlərin bitişik, ayrı və defislə yazılması
Şəkilçilərin bir cür yazılması
Şəkilçilərin iki cür yazılması
Şəkilçilərin dörd cür yazılması
Sözlərin bitişik, yarımbitişik və ya ayrı-ayrı yazılması müasir Azərbaycan dili orfoqrafiyasının ayrıca bölməsidir.
Müasir Azərbaycan dilində sözlərin bitişik, yarımbitişik və ayrı yazılması halları dilin lüğət tərkibində həmişə dəyişmə, inkişaf prosesi mövcuddur.
Sözlərin bitişik yazılması. Bir vurğu və bir mənaya malik olub, tamamilə bir leksik vahidə çevrilmiş mürəkkəb sözlər bitişik yazılır. Məs: Ağdaş, Qarabağ Azərbaycan dilində bitişik yazılan mürəkkəb sözlərin formaları çox rəngarəngdir. Sözlərin bitişik yazılması mürəkkəb leksik vahidlərin sabitləşdiyini göstərir və bunun daha da möhkəmlənməsinə xidmət edir. Mürəkkəb sözlərin bitişik yazılmasına riayət edilmədikdə bəzən məna təhrif olunur.
Dostları ilə paylaş: |