Alınma sözlərdə o saitinin tələffüzü
Alınma beynəlxalq terminlərin bir qismində vurğulu hecadakı o bir qədər uzadılaraq tələffüz olunur. Məs; ur[o]loq, xr[o]nika, morfol[o]giya, fil[o]loq və s.
Alınma sözlərin böyük bir qrupunda vurğulu hecada rus dilinin orfoepik qaydasına uyğun olaraq o saiti əvəzlənərək tələffüz edilir.
Bəzi alınmaların deyilişində bu qayda istisna edilir. Başqa sözlə, həmin sözlərdə o vurğudan əvvəlki hecada öz məxrəcində tələffüz olunur. Bu hal daha çox Avropa mənşəli xüsusi isimlərin tələffüzündə özünü göstərir. Məs; ş[o]pen, M[o]passan, S[o]krat, oktyabr, noyabr, roman, folklore, okean kimi bir sıra sözlərdə də o vurğudan asılı olmayaraq yazıldığı kimi, tələffüz edilir. Bu qaydalara riayət edilməyərək sözlərdə o saiti öz məxrəcinə uyğun şəkildə tələffüz olunur. Məs; morfologiya ( m[a]rf [a]logiya) orfoqrafiya ([a]rf[a]qrafiya), dekorativ (dek[a]rativ), intonasiya (int[a]nasiya). O hərfinin xarakter məqamdakı səs mənasını bilməməyin nəticəsidir ki, şagirdlər bəzən yazıda əksinə bu qəbildən olan digər sözləri deyildiyi kimi yazaraq orfoqrafik səhvə yol verirlər.
Yazılır tələffüz edilir
Sosialist sos[ya]list
Material mater[ya]l
Artezian artez[ya] n və s.
ua, üə sait qoşalığı olan sözlərdə ü saiti atılır, birləşmələrdəki a və ə saitləri uzadılaraq tələffüz edilir.
Yazılır; deyilir;
Müasir m[a]sir
Müəllim m[ə]llim
|