Sözlərin yarımbitişik və defislə yazılması. Dildə tamamilə bir mürəkkəb leksik vahidə çevrilməyən sözlər defislə yazılır. Məs: əmin-amanlıq, gediş-gəliş. Yarımbitişik yazılan sözlər çox müxtəlif komponentlərdir. Bu cəhəti aşağıdakı misallada aydın görmək olar. Məs: ordan-burdan, cənub-şərq, dinmək-söyləmək.
Sözlərin ayrı yazılması. Sözlərin ayrı yazılması həm əsas nitq hissələrinə, həm də köməkçi sözlərə aid ola bilər. Məs: zərflərdən birə beş; köməkçi nitq hissələrindən belə ki, demək ki, yoxsa ki bağlayıcıları və s. ayrı yazılır.
Dostları ilə paylaş: |