Mürəkkəb ixtisarlar.
Aşağıdakı formada yazılır:
İki və daha artıq sözdən ibarət olan mürəkkəb ixtisarlar bitişik şəkildə yazılır.
İdarə və müəssisə adlarını bildirən mürəkkəb mürəkkəb ixtisarları təşkil edən sözlərin birincisinin ilk hərfi böyük yazılır: Azərnəşr.
Mürəkkəb ixtisarlar həm yazılı, həm də şifahi nitqdə eyni dərəcədə işlənə bilər.
Qısaltmaların orfoqrafiyası.
Qısaltmalar böyük hərflə yazılır. Hərflərin adları ilə oxunanlar: BMT
Səslərlə oxunanlar: TEC
Bütöv sözlərlə oxunanlar: EA
Qısaltmalarda hərflərdən sonra nöqtə qoyulmur. NDU
Qısaltmalara şəkilçi əlavə edildikdə sonrakı səsin ahəngi nəzərə alınır.
Məs: ADU-nun
Qısaltmalar rəqəmlə göstərilən sayla işlənib müəyyən ad bildirdikdə qısaltma ilə rəqəm arasında defis qoyulur. İl- 18
Ad və familyaların qısaltmasında nöqtədən istifadə olunur. M.N.Vidadi, C.Cabbarlı.
Sətrin sonunda bu və ya başqa sözün bütöv yazılması mümkün olmadıqda, yəni söz sətrə sığmadıqda onun müəyyən hissəsi zərurət nəticəsində ikinci sətrə keçirilir. Belə hallarda sözün mənasının təhrif edilməməsi və onun oxunmamasının çətinləşməməsi üçün müəyyən qaydalara riayət olunur. Həmin qaydalar sözün hissələrinin sətirdən-sətrə keçirilməsi qaydaları adlanır.
Azərbaycan dilində söz keçirmənin əsasını heca qanunu təşkil edir.
Müasir Azərbaycan dilində həm bütöv, həm ixtisar edilmiş, həm də qısaldılmış sözlərə aid müvafiq söz keçirilmə qaydaları mövcuddur.
|