Müəllim: Şəhla Fətəliyeva FeehlaHYPERLINK "mailto:Feehla@gmail.com"@gmail.com
Plan:
Orfoqrafiyanın obyekti.
Orfoqrafiyanın əsas əlamətləri
Orfoepianın obyekti və vəzifələri
1.Ədəbi dil normalaşdırılmış dil olduğundan onun istər şifahi, istərsə də yazılı növlərində müəyyən normalardan, qaydalardan istifadə olunur. Ədəbi dilin yazılı növündən istifadə olunan orfoqrafik qaydaların məcmusuna orfoqrafiya deyilir. Orfoqrafiya sözlərin bütün qrammatik formaları üçün vahid yazı qaydaları müəyyənləşdirilir. Buna görə də bütövlükdə orfoqrafiyanı təşkil edən qaydalar sözün hissələrinə- kök və şəkilçiyə, sözün ayrı, bitişik və defislə yazılmasına, sözün sətirdən-sətrə keçirilməsinə və s. aid olur.
Yazılı ədəbi dilin inkişafında orfoqrafiya xüsusi rol oynayır. Orfoqrafiya ədəbi dil və danışıq dili arasında fərqlənən azalmasına xidmət edir. Bundan başqa, orfoqrafiya qaydalar dialekt fərqlərinin məhdudlaşdırılmasına da çox böyük təsir göstərir.
Bütün bu vəzifələrin həlli üçün orfoqrafiyanın bir sıra xüsusiyyətləri, vacib əlamətləri vardır. Orfoqrafiya üçün ən əsas hesab edilən əlamətlər aşağıdakılardır:
Yazıda orfoqrafiya qaydalarına riayət etmək hamı üçün məcburidir. Orfoqrafiyanın qaydalarını dəyişmək, yaxud ona əlavələr etmək üçün heç kəsə hüquq verilmir. Buna görə də mövcud orfoqrafiya qaydalarına riayət etməmək, yazıda səhvlərə yol vermək deməkdir.
Növbəti xüsusiyyət nitqin məzmununun aydın və düzgün şəkildə əks etdirilməsidir.
Orfoqrafiya qaydaları vahid olur. Orfoqrafiya bir sözün, yaxud ünsürün iki formada yazılıb dolaşıqlıq əmələ gətirilməsinə imkan vermir.
Orfoqrafiya qaydaları mümkün qədər sabit olmasını tələb edir.
Orfoqrafiya daima dilin inkişafını izləyir, köhnəlmiş qaydalar atıb, yenilərini qəbul etmək yolu ilə təkmilləşir, inkişaf edir.
Ədəbi dilin bəzi normaları həm şifahi, həm də yazılı ədəbi dil üçün ümumi, bəzi normalar ancaq yazılı dil üçün, bəzi normlara isə ədəbi dilin şifahi forması üçün səciyyəvi olur.
Şifahi ədəbi dil üçün səciyyəvi olan qaydalara orfoepik qaydalar deyilir. Bu qaydaların məcmuyu isə orfoepiya adlanır.
Orfoepiyanın obyekti aşağıdakılardır.
Orfoepiya anlayışı ilə ədəbi tələffüz məhfumu heç də bir-birinin tam eyni deyildir.
Hər bir şəxsin ən gözəl keyfiyyətlərindən biri onun zəngin nitq mədəniyyətinə malik olmasıdır. Yüksək nitq mədəniyyəti insanın ümumi inkişafında xüsusi rol oynayır. Fikir və düşüncələrin daha təsirli ifadə edilməsi üçün zəruri tələblərdən biri olan orfoepiya da nitq mədəniyyətinin ayrılmaz və ən vacib ünsürüdür. Orfoepiyanın böyük ictimai əhəmiyyəti vardır. O, eyni sözün müxtəlif formalarda tələffüz olunmasına yol vermir.
Orfoqrafik qaydalar poeziya üçün də xüsusi əhəmiyyətə malikdir. Bu qaydalar vasitəsilə bədii nitqin estetik effekti, yaxud mahiyyəti daha da artır. Bütün bunlara görə də orfoepiyanın nəzəri praktik cəhətdən öyrənilməsinin çox böyük əhəmiyyəti vardır.
Orfoepik qaydaların heç kəs tərəfindən pozulmasına yol verilmir. Bu qaydalar hamı üçün vahid və məcburidir.
Lakin bəzən danışıq zamanı orfoepik qaydaların pozulması halları olur. Orfoepiya normaları başlıca olaraq bir neçə səbəbdən pozula bilər.
ç) orfoqrafiyanın təsiri nəticəsində.
Danışıq zamanı orfoepik normaların pozulması dinləyicinin fikrini əsas məsələdən uzaqlaşdıra bilir. Bunun nəticəsində isə diqqət yayınır.
Orfoepik normalardan uzaqlaşmaq ümumi anlaşma işinə mane olur. Buna görə də orfoepik normaların pozulmasına qarşı müntəzəm iş aparmaq, onu qorumaq lazımdır. Çünki bu, yüksək nitq mədəniyyəti uğrunda mübarizənin bir növüdür.
|