Ixtisas: tspx kurs: II fənn: Orfoqrafiya və orfoepiynın əsasları


U saiti. Ahəng qanununa tabe olmayan ərəb və fars mənşəli sözlərdə; xüs[u]si, üm[u]mi, n[u]rani, sən[u]bər, Füz[u]li və s. Ə saiti



Yüklə 335 Kb.
səhifə24/41
tarix01.01.2022
ölçüsü335 Kb.
#104146
1   ...   20   21   22   23   24   25   26   27   ...   41
U saiti.

Ahəng qanununa tabe olmayan ərəb və fars mənşəli sözlərdə; xüs[u]si, üm[u]mi, n[u]rani, sən[u]bər, Füz[u]li və s.



Ə saiti.

  • Özündən sonra apastrof işarəsi qoyulan ərəb və fars mənşəli sözlərdə; d[ə]vət, b[ə]zən, m[ə]na, m[ə]dən və s.

  • ərəbcədən keçib qoşa ə ilə yazılan sözlərdə; t[ə]ccüb, t[ə]ssüf, mətb[ə] və s.

Ö saiti.

Apastrofla yazılan ərəb mənşəli sözlərdə; m[ö]təbər, ş[ö]lə, m[ö]tərizə və s.

E saiti.


  • Yazıda özündən sonra apastrof işarəsi qoyulan sözlərdə; m[e]mar, [e]tiraf, [e]dam və s.

  • Vurğulu hecadan gələn Avropa mənşəli sözlər; [e]ra, [e]pos, [e]tika, L[e]na, m[e]bel və s.

İ saiti

  • Söz önündə gələn bi ön şəkilçisində b[i]savad, b[i]xəbər, b[i]çarə, b[i]əlac və s.

  • Bəzi ərəb və fars mənşəli sözlərdə; əq[i]də, n[i]zə, həq[i]qət,mər[i]fət, vəs[i]qə, nət [i]cə və s.

Sözlərdə müxtəlif qoşa saitlərin və alınmalarda o saitin tələffüzü

Dilimizdəki alınma sözlərin müəyyən bir qismində iki müxtəlif sait yanaşı işlənir. Həmin sözlərin əvvəlində, ortasında və axırında müxtəlif saitlərin aşağıdakı birləşmələrinə təsadüf olunur.

ae- aeradrom, aeroport, aepoklub, aeroplan və s.

aə- itaət, qənaət, şücaət və s.

ai- ailə, aid, dair, dairə, Nailə, şair, xain və s.

ao- aorta, kakao və s.

au- kauçuk, pauza, nokaut, raunt, auditoriya, fauna, laureant və s.

ia-sosial, imperial, artezian, biabır, radiasiya, potensial, diabet, material, olimpiada, dipoziativ, material və s.

io- stasionar, radio, pioner, komission, biologiya, istiot, internsçional, pansionat, attraksion, aksiom, legion və s.

iu- radius, radium, ssenarius, simpozium, kollegium, akvarium və s.

ea- teatr, real, reaksiya, reaktiv, laureat və s.

eo- teorem, feodal, leopard, arxeoloq, neologizm və s.

ei- ateist, kodein, kofein və s.

oe- poema, poeziya, poetika, orfoepiya və s.

ue- duel, duet, suluet və s.

ua- aktual, Nikaraqua, situasiya, memuar və s.

üa- müasir, müaiyinə, müavin və s.

üə- müəllim, müəssisə, müəyyən və s.

Sait qoşalığı olan bu sözlər dilimizdə aşağıdakı çalarlıqda tələffüz olunur:


  • Ae, ai, ua, io, iu, ei, oe, ue, eo qoşalıqlı sözlərin tələffüzündə bu saitlər arasında bir y samiti artırılır.

Yazılır; ailə, aeroklub, simpozium, ateist, poema, siluet və s.

Deyilir; [ayi]lə, [aye]roklub, simpoz[uyu]m, at[eyi]st, p[oye]ma, sil[uye]t



  • Ea və eo sait birləşməli sözlərdə həmin qoşalıqların birinci saiti (e saiti) i ilə əvəzlənir və qoşalıq iya, iyo çalarlığında tələffüz olunur.

Yazılır: Oxunur (tələffüz olunur)

Teatr t[iya]tr

Okean ok[iya]n

Realizm r[iya]lizm

Feodal f[iya]dal

Frazeologiya fraz[iyo]logiya

Teorem t[iyo]rem


  • aə, ao, au, ua kimi qoşalığı olan sözlərdə həmin saitlər, əsasən yazıldığı kimi tələffüz olunur.

  • ia sait qoşalığı olan sözlərdə əvvəlinci sait artılır, sonrakı sait y səsi ilə birlikdə tələffüz olunur.


Yüklə 335 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin