İxtisas: tspx kurs: II fənn: Uşaq anatomiyası, fiziologiyası və gigiyenası Mövzu: Fənnin məzmunu və vəzifələri. Ədəbiyyat siyahısı: Zeyniyev N. R., Axundov A. H., N. H. Sultanova, E.Ə. Yolçuyeva., T.Ə



Yüklə 222,39 Kb.
səhifə12/119
tarix01.01.2022
ölçüsü222,39 Kb.
#103703
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   119
Birləşdirici toxumalar.Ara maddəsinin çox inkişaf etməsilə başqa toxumalardan fərqlənir. Bu toxuma ayrı-ayrı orqanların, həmçinin orqanizmin istinadını təşkil etdiyi və orqanlar arasında qalan sahələri tutduğu üçün daxili mühit toxuması da adlanır. Bu toxuma bədəndə başlıca olaraq trofik, qoruyucu və mexaniki vəzifə daşıyır. Trofik (qidalandırıcı) vəzifəni boş birləşdirici toxuma daşıyır, qoruyucu vəzifə daşıyan toxumalara isə sıx birləşdirici toxuma qığırdaq və sümük toxuması aiddir.
Tor birləşdirici toxuma, başlıca olaraq qanyaradıcı orqanlarda — sümük iliyində, dalaqda, limfa düyünlərində, qaraciyərdə və bir çox selikli qişalarda, xüsusən həzm kanalında olur.
Tor birləşdirici toxuma bədəndə qanyaradıcı və faqositoz vəzifə daşıyır.
Qan tünd qırmızı rəngli maye halında boş birləşdirici toxuma olub, formalı elementlərdən və ara maddədən, plazmadan ibarətdir. Formalı elementlər eritrositlər, leykositlər, trombositlərdir. Limfa şəffaf rəngsiz maye olub, formalı elementi başlıca olaraq limfositlərdir.

Yüklə 222,39 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin