Müəllim: Novruzi Nurlana Azad q. nnurlana91@mail.ru
Plan: İnsan bədəninin ümumi quruluşu və inkişaf mərhələləri
Boyun, çəkinin inkişafı, bəzi funksional göstəricilərin dəyişməsi
Müxtəlif yaşlarda uşağın morfo-funksional göstəriciləri
Akselerasiya
Orqanizm - üzvi aləmin müstəqil yaşaya bilən vahidi olub, xarici mühitin müxtəlif dəyişikliklərinə bir tam kimi cavab verən özünütənzim sistemindən ibarətdir.
Uşağın orqanizmi həmişə böyümə və inkişaf prosesində olmaqla, müəyyən qanunauyğun ardıcıllıqla yaranır.
Uşaq doğulduğu andan yaşlı insana qədər müəyyən yaş dövrlərindən keçir.
Anabətnindəki inkişaf dövrü – embrional və plasentar;
Yenidoğulma dövrü;
Südəmərlik yaş dövrü;
Süd dişləri dövrü;
Uşaqlıq dövrü;
Cinsiyyət yetişkənliyi dövrü.
Embrional inkişaf. İnsanın fərdi inkişafı ontogenez adlanır. Bu, insanda yumurta hüceyrəsinin mayalandığı andan başlayaraq orqanizm ölənədək davam edir. Ontogenez iki dövrə bölünür: bətndaxili dövr (ana bətni dövrü) və bətndən xaric dövr (postembrional dövr). Bətndaxili dövr mayalanma anından başlanaraq həmin orqanizm əsl şəklini alıb, doğulana qədər olan dövrə deyilir. Rüşeymin inkişafını öyrənən elm embriologiya adlanır.