İxtisas: tspx kurs: II fənn: Uşaq anatomiyası, fiziologiyası və gigiyenası Mövzu: Fənnin məzmunu və vəzifələri. Ədəbiyyat siyahısı: Zeyniyev N. R., Axundov A. H., N. H. Sultanova, E.Ə. Yolçuyeva., T.Ə



Yüklə 222,39 Kb.
səhifə17/119
tarix01.01.2022
ölçüsü222,39 Kb.
#103703
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   119
Postembrional inkişaf. İnsan doğulduqdan sonrakı dövrdə, yəni postnatal inkişaf mərhələlərində onun orqan və toxumaları böyüyür, mürəkkəbləşir və bədən forması inkişaf edir. İnsanın yaş dövrlərinə uyğun dəyişikliklər müəyyən qanunauyğunluqlara əsaslanır.
Orqanizmin böyüməsi dedikdə, kəmiyyət dəyişiklikləri nəzərdə tutulur, toxuma və orqanlarda hüceyrələrin sayının, yaxud ölçülərinin artması başa düşülür. Orqanizmin inkişafı dedikdə isə kəmiyyətlə birlikdə keyfiyyət dəyişiklikləri də başa düşülür, orqanizmin daha mürəkkəb mərhələyə çatması anlaşılır. Böyümə və inkişaf vahid bir proses olub, geriyə qayıtmaz hadisədir. Bu zaman uşaqlar bir neçə fiziki və zehni inkişaf mərhələlərini keçirlər.
Fizioloqlar insanın postnatal ontogenezinin aşağıdakı yaş dövrlərinə bölünməsini təklif etmişlər:

  • yenidoğulma 3-4 həftə;

  • südəmər - 4 həftə - 1 yaş;

  • məktəbəqədərdən qabaq - 1-3 yaş;

  • məktəbəqədər - 3-6 yaş;

  • kiçik məktəbyaşı - 7 yaş;

  • böyük məktəbyaşı - 12-18 yaş;

  • gənclik - 18-20 yaş;

  • yetkin dövr - 21-55 yaş;

  • ahıl dövr - 56-74 yaş;

  • qocalıq - 75-90 yaş;

  • uzunömürlük - 90 yaşdan sonrakı dövr.

    Hər bir yaş mərhələsində insanların üç istiqamətdə inkişafı nəzərdə tutulur: anatomik-fizioloji, psixoloji, intellektual-mənəvi.
    Hər bir yaş dövrünün və mərhələsinin özünəməxsus fizioloji-anatomik xüsusiyyətləri vardır. Belə ki, insanın fiziki inkişaf göstəriciləri, bədən proporsiyaları əsas götürülərək, inkişafın normallığı müəyyən edilir.

    İnkişafın mənası canlı orqanizmdə kəmiyyət və keyfiyyət dəyişkənliyini aydınlaşdırmaq, toxuma və orqanlar arasında fizioloji sistemlərin qarşılıqlı əlaqələrini müəyyən etməkdir. Orqanizmin inkişafı zamanı onun quruluş xüsusiyyətləri yüksəlir və hüceyrə, toxuma və orqanlar sistemləri arasındakı qarşılıqlı münasibətlər, əlaqə daha da möhkəmlənir.

    Normal doğulmuş uşağın inkişafını alimlər və həkimlər müxtəlif yaş dövrlərinə və mərhələlərə bölürlər. Uşaqlıq dövrü uşaq anadan olandan cinsi yetkinliyə çatanadək olan müddəti əhatə edir və üç böyük mərhələyə bölünür.

    I mərhələ: 0-3 yaşadək olan müddət: bu müddət ilk uşaqlıq adlanır və 4 yaş dövrünə bölünür. 1. Doğulandan sonrakı dövr – 0-7 gün; 2. Çağalıq dövrü- 7-30 gün; 3. Südəmərlik dövrü 30 gündən 1 yaşadək. 4. Körpəlik dövrü 1-3 yaş.

    II mərhələ: Məktəbəqədər 3-6 yaşınadək

    III mərhələ: Məktənli yaş dövrü– 6-12, 12-14

    Uşaq anadan olandan 1 yaşınadək olan dövrdə orqanizm sürətlə inkişaf edir. Belə ki, kütləsi sürətlə artır, süd dişləri çıxır, orqan və orqanlar sistemi inkişaf edir, uşaq oturmağı, yeriməyi və s. öyrənir. 1-3 yaş dövründə süd dişlərinin sayı artır, baş beyin qabığı inkişaf edir, hərəki aktivlik yaranır. 3-6 yaşadək dövrdə böyümə tempi bir qədər zəifləyir. 6-12 yaş dövründə böyümə tempi zəif inkişaf edir. 12-14 yaş dövründə uşaq orqanizmində sürətli inkişaf və böyümə prosesi başlayır.

    Böyümə prosesi bir çox qanunlara tabedir:



    • Növbələşmə qanunu: Burada borulu sümüklər növbə ilə gah uzununa, gah da eninə böyüyürlər. Uşaqlarda və yeniyetmələrdə bədən ölçülərinin uzununa böyüməsi əsasən yaz, yay, çəki ölçülərinin artması isə payız və qış aylarında olur.

    • Tənasüblük qanuna görə uşaq orqanizminin uzununa və eninə olan nisbəti: 4-6 yaşadək, 6-15 və 15 yaşdan yetkinlik yaşınadək olan dövrlərdə dəyişir.

    • Cinsi yetkinlik qanuna görə böyümə aşağı ətrafların, əzələ sisteminin və gövdəninin böyüməsi hesabına olur.

    • Assimetriya qanuna görə cüt orqanların assimmetriyası yaşla əlaqədar olaraq inkişaf edir və onun funksiyasından asılı olur.



    Yüklə 222,39 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   13   14   15   16   17   18   19   20   ...   119




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin