İnsanın fiziki,əqli,anatomik inkişafı yaşla bağlıdır. Hər bir yaş dövrünün özünə xas fiziki, psixi və sosial inkişaf mərhələsi var. Bunlar hər biri ümumidir, lakin insanın inkişafında geriləmə və ya irəliləmə ola bilər. İnsan öz inkişafında müxtəlif yaş dövrlərindən keçir və hər bir dövr şəxsiyyətin inkişafına müəyyən təsir göstərir
XIX-XX əsrlərdə bir çox ölkələrdə uşaqların sürətli böyüməsi müşahidə olunurdu. 1935-ci ildə Kox bu hadisəyə akselerasiya demişdir. Akseleratio – sürətləndirmək deməkdir. Akselerasiya məktəbyaşlı, yeniyetmə və hətta yenidoğulmuş uşaqlarda da müşahidə olunur. İqlim şəraitinin dəyişməsi, atmosferdə radio dalğalarının, mikroelementlərin çoxalması, atom enerjisindən istifadə olunması, radiasiyanın artması, ekoloji tarazlığın pozulması və s. proseslər akselerasiyaya zəmin yaradan proseslərdir.