Mərkəzi sinir sistemi ağ və boz maddədən təşkil olunmuşdur. Ağ maddə mielinli sinir liflərindən, boz maddə isə neyronların hüceyrə cismlərindən ibarətdir. Boz maddə beyni və beyinciyi xaricdən örtür. Onurğa beynində boz maddə daxildə yerləşir, onurğa beyninin ön və dal buynuzlarını əmələ gətirir.
Sinir və ya sinir kötüyü sinir liflərindən əmələ gəlmişdir. Müəyyən sayda sinir lifləri MSSdən xaricdə bir birilə birləşərək kiçik sinir dəstələri əmələ gətirirlər.
Sinir hüceyrələrinin MSS-dən xaricdə toplanmasına sinir düyünü və ya qanqlion deyilir. Qanqlionlar psevdounipolyar neyronların hüceyrə cismindən təşkil olunmuşdur.