İxtisas: tspx kurs: II fənn: Uşaq anatomiyası, fiziologiyası və gigiyenası Mövzu: Fənnin məzmunu və vəzifələri. Ədəbiyyat siyahısı: Zeyniyev N. R., Axundov A. H., N. H. Sultanova, E.Ə. Yolçuyeva., T.Ə



Yüklə 222,39 Kb.
səhifə29/119
tarix01.01.2022
ölçüsü222,39 Kb.
#103703
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   119
Yarımkürələrin boz və ağ maddəsi. Beynin yarımkürələrinin səthi boz maddə ilə örtülmüşdür. Ona beyin qabığı (korteks) deyilir. Qabığın altında ağ maddə vardır. Yaşlı adamda onun qalınlığı orta hesabla 2,5-3 mm-ə bərabər olur. Qabıq beyində neyronların ən çox toplaşdığı yerdir. Təxmin ən hesablamalara görə burada 12-20 milyarda qədər neyron vardır. Qabıqda qlial hüceyrələr bundan təxminən 10 dəfə çoxdur.

Yarımkürələrin ağ maddəsi. Ağ maddədən ibarət olan sinir lifləri yarımkürələrdə nəqledici yolları əmələ gətirir. Onlar:

1) Proyeksion liflər, beyin qabığından enən və beyin qabığına qalxan yolların tərkibinə daxildir. Onlar qabıq şöbələrini piramidal yollar vasitəsilə mərkəzi sinir sisteminin aşağıda duran törəmələri ilə birləşdirir.

2) Assosiativ liflərə eyni yarımkürənin ayrı-ayrı nahiyələrini birləşdirən liflər də aiddir. İnsanda qabığın assosiativ yolları daha yaxşı inkişaf etmişdir və böyük yarımkürələrin müxtəlif şöbələrinin incə əlaqələndirilmiş fəaliyyətinin həyata keçməsində mühüm rol oynayır.

3) Kommissural və ya bitişdirici (spayk) liflər iki yarımkürəni öz aralarında və həm də qabıqaltı mərkəzlərlə birləşdirir.

Yenido ğulmuşlarda sinir ləfləri, demək olar ki, mielinləşmiş olur, lakin bu proses insanda 1-2 yaşda başa çatır. Onurğa beyni liflərinin mielinləşməsi isə 3 yaşa kimi qurtarır. Nadir hallarda mielinləşməsi 5-10 yaşlarına kimi davam edə bilər.

Beynin orta çəkisi kişilərdə 1375 q, qadınlarda isə 1245 q-dır. Yenidoğulmuş oğlan uşaqlarında 340 q, qızlarda 330 q-a bərabər olur. 20-25 yaşınadək beyin çəkisi artır, 50-55 yaşınadək beyin çəkisi çox az dəyişir. Sonra isə yavaş yavaş azalmağa başlayır.




Yüklə 222,39 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin