Vegetativ sinir sistemi XIX - əsrin əvvəllərində fransız fizioloqu R.Bişa orqanizmin funksiyalarını animal (somatik, ya heyvani) və vegetativ (bitki) hissələrə ayırmışdır. MSS-nin yalnız heyvan və insanlara xas animal funksiyasına, onların hərəki davranışı, skelet əzələlərinin qıcıq hissiyatı və hərəki reaksiyalar aid edilir.
Digər funksiyalar isə dəyişilmiş formada bitkilərdə də müşahidə olunduğu üçün vegetativ funksiya adlanır. Bu qrupa bütün orqanizmin maddələr mübadiləsinin asılı olduğu funksiyalar, həzm, qan dövranı, tənəffüs, ifrazat, həmçinin də böyümə və çoxalma funksiyaları aid edilir. Vegetativ funksiyalar MSS-nin ikinci efferent rolunu təşkil edən Vegetativ Sinir Sistemi (VSS) ilə idarə olunur.
Sinir sistеminin müəyyən sahələri оrqanizmin vissеral funksiyalarını (həzm aparatının mоtоr, sеkrеtоr fəaliyyətini, qan təzyiqini, tər ifrazını, bədən hərarətini, mübadilə prоsеslərini və s.) tənzim еdir ki, bunlar avtоnоm, yaхud vеgеtativ sinir sistеmini təşkil еdirlər. Özünün fiziоlоji və mоrfоlоji хüsusiyyətlərinə görə vеgеtativ sinir sistеmi simpatik və parasimpatik hissələrə ayrılır. Əksər halda hər iki sistеm оrqanların innеrvasiyasında birgə iştirak еdir.
Dostları ilə paylaş: |