İxtisas: tspx kurs: II fənn: Uşaq anatomiyası, fiziologiyası və gigiyenası Mövzu: Fənnin məzmunu və vəzifələri. Ədəbiyyat siyahısı: Zeyniyev N. R., Axundov A. H., N. H. Sultanova, E.Ə. Yolçuyeva., T.Ə



Yüklə 222,39 Kb.
səhifə54/119
tarix01.01.2022
ölçüsü222,39 Kb.
#103703
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   119
Analizatorların gigiyenası

Gözlərin mühafizə funksiyası göz qapaqları,göz yaşı vəziləri və göz almasının səmtini dəyişən hərəki əzələlər tərəfindən təşkil olunur.

Görmənin həddən artıq qərginliyi tez-tez və uzun müddət təkrar olunduqda bir sıra pozuntu halları (yaxından görmə, çox hallarda çəpgözlülük) inkişaf etməyə başlayır. Buna görə də tərbiyə, tədris və digər istehsal müəssisələrində görmə orqanının öz funksiyalarını yerinə yetirməsi üçün müvafiq şəraitin yaradılması çox zəruridir. Bunlardan başlıcası zəif işıqlanma və güclü akkomadasiya hesab olunur. Buna görə də məktəbəqədər uşaqların olduğu otaqlarda işıqlanmadan və işlənməsi zəruri olan əşylardan gözə qədər məsafələrin düzgün seçilməsinə dəqiq əməl etmək tələb olunur. Uzunmüddətli və gərgin məşğələlər ( şəkil çəkmək, naxış işləri, tikiş tikmək və s.) zamanı göz əzələləri yorulur. Bunu aradan qaldırmaq üçün uşaqları vaxtaşırı bu işlərdən ayırmaq və işlənən əşyaları nisbətən uzaq məsafələrdə yerləşdirmək vacibdir. Bu halda kirpikli əzələlərə istirahət vermiş oluruq.

Bəzi adamlar hündür stolun arxasında,işıq pis düşən yerdə kitab oxuyarkən,yazı yazarkən mətni gözunə lap yaxın tutmalı olur.Bu vəziyyətdə büllur uzun müddət qabarıq şəkildə qalır ki,bu da müəyyən vaxtdan sonra yaxından görmə qüsurunun əmələ gəlmə-sinə səbəb ola bilir.Kitab oxuduqda,yazı yazdıqda,yaxud xırda işlərə baxmaq lazım gəldikdə,bunları gözdən 30-35 sm aralı tutmaq lazımdır.İş yerinin işıqlı olması və işığın sol-dan düşməsi vacib hesab olunur.Çox parlaq işıqlanma zamanı gözün torlu qişasının işıq qəbul edən hüceyrələri həddən artıq qıcıqlanmış olur.Bu gözə olduqca pis təsir göstərir.

Eşitmə üzvlərinin gigyenası məqsədilə səs mənbələrindən düzgün istifadə edilməlidir.


Yüklə 222,39 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin