İxtisas: tspx kurs: II fənn: Uşaq anatomiyası, fiziologiyası və gigiyenası Mövzu: Fənnin məzmunu və vəzifələri. Ədəbiyyat siyahısı: Zeyniyev N. R., Axundov A. H., N. H. Sultanova, E.Ə. Yolçuyeva., T.Ə



Yüklə 222,39 Kb.
səhifə61/119
tarix01.01.2022
ölçüsü222,39 Kb.
#103703
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   119
Aşağı ətraf sümükləri.

Aşağı ətraf qurşağı və aşağı ətrafın azad hissəsindən ibarətdir. Azad aşağı ətraf 3 hissəyə bölünür: bud, baldır və ayaq. Bud və baldır arasında diz nahiyyəsi yerləşir. Ayaq –ayaq daraqarxası, ayaqdarağı və ayaq barmaqlarına bölünür.

Aşağı ətraf qurşağını çanaq (qalça, qasıq, oturaq) sümükləri təşkil edir.

Bud nahiyyəsində bud sümüyü, baldırda içəri tərəfdə qamış sümüyü, və bayır tərəfdə incik sümüyü, diz nahiyyəsində isə diz qapağı yerləşir.

Ayaq daraqarxasında aşıq, daban, qayığabənzər, kubabənzər və üç ədəd pazabənzər sümüklər yerləşir. Ayaq darağı sümükləri 5 ədəddir. Barmaqların skeletini falanqalar təşkil edir.

Çanaq sümüyü – sirkə kasası ətrafında birləşmiş qalça, qasıq və oturaq sümüklərindən təşkil olunub. Bu sümüklər uşaq yaşlarında bir-birilə qığırdaq vasitəsilə birləşirlər. 14-16 yaşdan sonra həminn sümüklərin bir-birilə sinostoz vasitəsilə birləşməsi bir sümük-çanaq sümüyü əmələ gəlir. Sirkə kasası-daxilində bud sümüyünün başı ilə birləşməyə məxsus aypara oynaq səthi və ortasında sirkə kasası çuxuru vardır.

Çanaq sümüyü yastı süngəri sümüklərdəndir. Çanaq orqanlarını mühafizə edir və bədənin ağırlığını sərbəst aşağı ətrafa ötürür.

Bud sümüyü-ən uzun borulu sümükdür. Proksimal ucunda kürə formal bud sümüyü başı yerləşir. Bud sümüyünün başı sirkə kasası ilə birləşir.

Diz qapağı- ən böyük sesomoid sümükdür. Onun enli əsası yuxarı, zirvəsi aşağı baxır. Ön səthi çıxıq və qabarıqdır. Üzərində dammar və sinirlərə məxsus dəliklər yerləşir.

Qamış sümüyü uzun borulu sümüklərdən olub baldırın içəri tərəfində yerləşir. Bədənin ağırlığı diz oynağından qamış sümüyünə ötürüldüyündən incik sümüyündən kütləlidir.

Incik sümüyü – baldırın bayır tərəfində yerləşir və nazik borulu sümükdür. Proksimal ucu piramidə bənzəyir və incik sümüyü başı adlanır. İncik sümüyünün başı üzərində oynaq səthi vardır. İncik sümüyünün distal ucu bayır topuq adlanır.

Ayaq sümükləri

Ayaq 3 hissəyə bölünür. Daraqarxası, ayaq darağı və ayaq barmaqları. Ayağın iki səthi:yuxarı ayaqarxası , aşağı ayaqlatı səth və iki kənarı –içəri və bayır kənarları vardır.

Daraqarxası sümüklər- iki cərgədə yerləşmiş yeddi sümükdən ibarətdir. Proksimal cərgədə aşıq, daban və qayığabənzər, distal cərgədə isə üç ədəd pazabənzər və kubabənzər sümüklər yerləşir.

Ayaqdarağı sümükləri-5 ədəddir və qısa borulu sümüklərdir. Ayaqdarağı sümüklərin əsası, cismi və başı vardır.

Ayaq barmaqları 5 ədəddir və skeletini falanqalar təşkil edir. Ayaq baş barmağı iki(proksimal və distal), digərləri 3 cərgədə (proksimal, orta və distal) yerləşmiş falanqalardan ibarətdir.

Kəllə müxtəlif mənşəli və funksiyalı sümüklərdən təşkil olunub. Çənə sümüyü(oynaq vasitəsilə) istisna olmaqla digər sümüklər fasiləsiz birləşmələr vasitəsilə birləşib. Kəllənin skeleti iki hissəyə ayrılır: beyin skeleti və üz skeleti.

Beyin skeletinin yuxarı hissəsi kəllə qapağı, aşağı hissəsi isə kəllə əsası adlanır. 4 tək və 2 cüt sümükdən təşkil olunmuşdur. Tək sümüklərə alın, əsas, ənsə, xəlbir; cüt sümüklərə isə təpə və gicgah sümüyü aiddir.

Üz skeleti 6 cüt və 3 tək sümükdən təşkil olunub. Cüt sümüklərə əng sümüyü, almacıq sümüyü, burun sümüyü, göz yaşı sümüyü, aşağı burun balıqqulağı, damaq; tək sümüklərə isə çənə sümüyü, xış sümüyü, dilaltı sümük.

İnsan kəlləsinin xüsusiyyətləri:

1. Baş beynin yüksək dərəcədə inkişaf etməsi ilə əlaqədar beyin skeletei üz skeletinə nisbətən daha yaxşı inkişaf edib.

2. çeynəmə aparatı zəif inkişaf etmişdir.

3. ənsə sümüyünün böyük dəliyi üfüqi istiqamətdə yerləşib (heyvanlarda şaqulİ)

4. Sümüklər birləşdiyi üçün kəlləni təşkil edən sümüklər heyvanlara nisbətən azdır.

5. Baş beyin yaxşı inkişaf etdiyi üçün kəllə qapağı tağı yüksəkdir.




Yüklə 222,39 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin