İxtisas: tspx kurs: II fənn: Uşaq anatomiyası, fiziologiyası və gigiyenası Mövzu: Fənnin məzmunu və vəzifələri. Ədəbiyyat siyahısı: Zeyniyev N. R., Axundov A. H., N. H. Sultanova, E.Ə. Yolçuyeva., T.Ə



Yüklə 222,39 Kb.
səhifə62/119
tarix01.01.2022
ölçüsü222,39 Kb.
#103703
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   ...   119
Beyin kəlləsi sümükləri.

Alın sümüyü-tək sümüklərdəndir. Uşaqlarda (2-7 yaşaqədər) isə bu sümüyün sağ və sol hissəsi vardır. Bəzən sağ və sol hissələr arasındakı tikiş sümüklşmir. Belə alın sümüyünə metapik alın sümüyü, kəlləyə isə metapik kəllə deyilir. Alın sümüyünün 4 hissəsi var:

Alın pulu-qabarıq xarici səth, basıq daxili səth və gicgah səthləri vardır.

Burun hissə-göz yuvası hissələrinin arasında yerləşir. Xəlbir oymasını ön və yan tərəflərdən əhatə edir.

3-4. Göz yuvası-cüt, nazik, üfüqi yerləşib.

Alın cibi-burun hissədə yerləşir, sağ və sol hissələrə ayrılır. Yenidoğulmuşlarda olmur. Bir yaşında tədricən formlaşır. 5-7 yaşlarda yaşlılardakı həcmə malik olur. Alın cibi kişilərdə qadınlara nisbətən genişdir.

Əsas sümük-Kəllə əsasının ortasında. Bir cismi 3 çıxıntısı var:böyük qanadlar, kiçik qanadlar və qanadabənzər çıxıntılar. Əsas sümük cisminin 6 səthi:yuxarı, aşağı, ön, dal və iki yan səth.Yuxarı səth türk yəhəri adlanır və ortasında hipofiz çuxuru yerləşir.

Ənsə sümüyü-beyin skeletinin arxa və aşağı hissəsini təşkil edir. Böyük ənsə dəliyi 4 hissədən:ənsə sümüyünün əsası və ya cismi, bir cüt yan hissələr, ənsə pulu. 3-4 yaşına kimi qığırdaqla birləşir. Böyük ənsə dəliyi kəllə boşluğunu onura kanalı ilə birləşdirir.

Təpə sümüyü-cüt və yastı sümüklərdəndir. Kəllə qapağının yuxarı yan hissəsini təşkil edir. Xarici, daxili səthlərə və 4 kənar hissəyə bölünür.

Xəlbir sümüyü-kəllənin beyin və üz hissəsinin təşkilində iştirak edir. Xəlbir sümüyü ön və yuxarıda alın sümüyü, dal tərəfdə əsas sümük, aşağıda xış sümüyü, yan tərəfdə əng və damaq sümükləri, ön tərəfdə göz yaşı sümüyü ilə birləşirlər.

Gicgah sümüyü-kəllənin yan hissələrində yerləşərək ənsə, əsas, almacıq və təpə sümükləri ilə birləşir.


Yüklə 222,39 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin