İxtisas: tspx kurs: II fənn: Uşaq anatomiyası, fiziologiyası və gigiyenası Mövzu: Fənnin məzmunu və vəzifələri. Ədəbiyyat siyahısı: Zeyniyev N. R., Axundov A. H., N. H. Sultanova, E.Ə. Yolçuyeva., T.Ə


Sümüyün kimyəvi tərkibi və fiziki xassələri



Yüklə 222,39 Kb.
səhifə64/119
tarix01.01.2022
ölçüsü222,39 Kb.
#103703
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   ...   119
Sümüyün kimyəvi tərkibi və fiziki xassələri.

Yetkin şəxsin canlı sümüyü kimyəvi tərkibcə 50%-i su, 28%-i üzvi və 22%-i qeyri-üzvi maddədən ibarətdir. Maserasiya olmuş (yağı alınmış, yumşaq toxumalardan ayrılmış qurudulmuş) sümük 33,3%-i üzvi və 66,7%-i qeyri-üzvi maddədən ibarətdir.

Sümüyün üzvi maddələrinə ossein, osseomukoid, yağlar, qeyri-üzvi maddələrinə isə mineral duzlar, əsasən kalsium duzları aiddir. Sümüyün tərkibində bir də A, D və C vitaminləri var.

Üzvi maddələr sümüyə elastiklik, qeyri-üzvi maddələri isə möhkəmlik verir. Sümükdən turşu vasitəsilə qeyri-üzvi maddələrin çıxarılması prosesi dekalsinasiya, yandırılmaqla üzvi maddələrin çıxarılması kalsinasiya adlanır. Qeyri-üzvi və üzvi maddələrin nisbəti sabit qalmayıb yaşdan asılı olaraq dəyişir. Bu nisbətə qidalanma təsir edir. Yaşa dolduqca üzvi maddələr azaldığı, qeyri-üzvi maddələr isə çoxaldığı üçün sümük elastikliyini itirir və kövrək olur. Belə ki, uşaqlarda qeyri üzvi və üzvi maddələrin miqdarı uyğun olaraq 59% və 41% olduğu halda, qocalarda 70% və 30% uyğundur.

Sümüyün fiziki xassələrinə sərtlik, möhkəmlik, elastiklik və gərilmə xüsusiyyətləri aiddir.


Yüklə 222,39 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin