İxtisas: tspx kurs: II fənn: Uşaq anatomiyası, fiziologiyası və gigiyenası Mövzu: Fənnin məzmunu və vəzifələri. Ədəbiyyat siyahısı: Zeyniyev N. R., Axundov A. H., N. H. Sultanova, E.Ə. Yolçuyeva., T.Ə



Yüklə 222,39 Kb.
səhifə81/119
tarix01.01.2022
ölçüsü222,39 Kb.
#103703
növüDərs
1   ...   77   78   79   80   81   82   83   84   ...   119
Ürəyin quruluşu. Ürək insanda 4 kameralı, boşluqlu, əzələvi orqandır. Ürəyin mədəciklərinin yığılması (sistolası) nəticəsində qan arteriyalara qovulur, qulaqcıqların boşalması (diastolası) nəticəsində isə qan vena damarlarından qulaqcıqlara axır. Forması yastılaşmış konusa bənzəyir, əsası və zirvəsi vardır. Ürəyin zirvəsi sola, aşağıya və önədir. Əsası isə yuxarıya, dala və sağadır. Ürək döş qəfəsində ağciyərlərin arasında 2/3 hissəsi solda, 1/3 hissəsi sağda ürək kisəsində yerləşir. Ürəyin çəkisi orta hesabla 250-300 q olub, böyüklüyü hər bir şəxsin yumruğuna uyğun gəlir.

Ürəyin üzərində ön və dal mədəcikarası və habelə tac şırımlar ayırd olunur. Ürək bu şırımlarla 4 kameraya bölünür. Yuxarıda sağ və sol qulaqcıqlara, aşağıda isə sağ və sol mədəciklərə bölünür. Sağ qulaqcığa yuxarı və aşağı boş venalar, venoz cib, sol qulaqcığa ağciyər venaları açılır. Sağ mədəcikdə ağciyər kötüyü, sol mədəcikdən isə aorta başlanğıcını götürür. Ürəyin sağ yarım hissəsində venoz, sol yarım hissəsində isə arterial qan olur.

Ürəyin divarı xarici, orta və daxili qişalardan təşkil olunub. Daxili qişa endokard adlanır və ürəyi daxildən əhatə edir. Endoteldən, endotelaltı qatdan, elastik liflərdən və kardiomiositdən ibarətdir.

Əzələ qişası miokard adlanır və orta qişanı təşkil edir. Eninəzolaqlı əzələ toxuması olub, ürək divarının əsas hissəsini təşkil edir. Yığılması qeyri iradidir.

Ürəyin xarici qişası olan epikardı ürək kisəsinin visseral səhfəsi təşkil edir və diafraqmanın vətərli mərkəzi ilə birləşir. Epikard ürəyin əsasında iri damarların divarlarında ürək kisəsinin pariyetal sahəsinə keçir. Ürək kisəsinin pariyetal və visseral səfhələri arasında yarığabənzər boşluq vardır. Bu boşluqda az miqdarda seroz maye yerləşir.
Qan və limfanı daşıyan borular sistemi damar sistemi adlanır. Bu sistem qan damar və limfa sistemlərinə ayrılır. Ürək qan-damar sisteminin mərkəzi, damarlar isə periferik hissəni təşkil edir. Qan damarlarına arteriyalar, venalar və kapilyarlar aiddir.


Yüklə 222,39 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin