Uşaq orqanizminin immun reaksiyalarının formalaşması- Embrional inkişaf dövründə dölün orqanizmində antitellər formalaşmır. Ilk 3 aylıqda körpələr keçici xəstəliklərə tutulmur. Buna səbəb ana orqanizmindən alınan immun tellərdir. Anadan plasenta vasitəsilə antitel daşıyıcısı -qammaqlobulin dölə keçir. Antitellərin bəziləri isə süd vasitəsilə körpəyə çatır.
Orqanizm böyüdükcə onun immunoloji xüsusiyyəti formalaşmağa başlayır. 2-ci ilin sonunda 1 neçə immun cisimciyi əmələ gəlir. Müəyyənləşdirilib ki, kollektivdə böyüyən uşaqlarda immun reaksiyaları daha tez formalaşır. Buna səbəb isə, həmin uşaqlarda gizli immunlaşma ehtimalının çox olmasıdır. Sağlam uşağa xəstə uşaqdan xəstəlik törədicisinin zəif dozası düşür, sonra törədicilər ölür, uşaq isə xəstələnmir, ya da xəstəliyi zəif keçirir. Həmin dövrdə orqanizmdə bu xəstəliyə qarşı antitellər əmələ gəlir. 10 yaşlı uşaqlarda orqanizmin immun xüsusiyyəti yaxşı inkişaf edir. 10 yaşdan 40 yaşına qədər nisbi sabitlik dövrü olur. 40 yaşından sonra orqanizmin immun xüsusiyyəti azalır.
Orqanizmin immunitetinin formalaşmasında profilaktik peyvəndin rolu çox böyükdür. Bəzi xəstəlik törədicilərinə qarşı peyvənd və təkrar peyvənd-revaksinasiya vaxtı aşağıdakı kimidir.
1. Vərəmə qarşı anadan olandan 5-7 gün sonra təkrar peyvənd 7,12 və 17 yaşında
2. Polimelitə qarşı ilk dəfə 2 aylığında, revaksinasiya 1,2 və 3 yaşında, daha sonra 7 və 15-16 yaşında
3. Difteriya, göy öskürəyə qarşı ilk dəfə 5-6 aylığında, təkrar peyvənd 2-3 və 6 yaşında (məktəbə getməmişdən əvvəl)
4. Çiçəyə qarşı ilk dəfə 1-1,5 yaşında, təkrar peyvənd 8 və 15 yaşında
5. Qızılcaya qarşı ilk dəfə 10 aylığında, 8 yaşında isə peyvənd olunmamış qızılcaya tutulmamış körpələrin hamısına.