Müəllim: Novruzi Nurlana Azad q. nnurlana91@mail.ru
Plan: Tənəffüs üzvlərinin funksiyası və anatomiyası.
Ağciyərlərin həyat tutumu.
Tənəffüs siteminin yaş xüsusiyyətləri və gigiyenası.
Tənəffüs sisteminin üzvləri və quruluşu.Tənəffüs sisteminə tənəffüs yolları və ağciyərlər aiddir. Tənəffüs yollarına burun boşluğu, udlaq, qırtlaq, nəfəs borusu və bronxlar daxildir. Burun boşluğu və udlağın burun hissəsi yuxarı tənəffüs , qırtlaq, nəfəs borusu və bronxlar aşağı tənəffüs yolları adlanır. Tənəffüs yollarının divarlarında selikli, əzələ və adventisiya qişalarından başqa sümük və qığırdaq toxumalarının olması divarların sıxılmasına və bir birinə söykənməsinə imkan vermir. Bu isə havanın maneəsiz olaraq daxil və xaric olması əlverişli şərait yaradır.