Müəllim: Novruzi Nurlana Azad q. nnurlana91@mail.ru
Plan:
Müxtəlif yaş dövrlərində əzələlərin kütləsi və gücü.
Uşaq və yeniyetmələrdə dayaq – hərəkət aparatının funksiyasının pozulması.
Dayaq hərəkət aparatının formalaşmasında vitaminlərin rolu. A, C, D vitaminlərinin çatışmamazlığından əmələ gələn xəstəliklər.
Onurğa sütunu əyrilikləri: lordoz, kifoz, skalioz.
Sınıqlar və ilk yardım.
Döş qəfəsinin müxtəlif yaş dövrlərində dəyişməsi.
Əzələlərin inkişafı. Yenidoğulmuş və südəmərlərdə əzələ bədən çəkisinin 25%-ni təşkil edir. Əzələ liflərinin formalaşması 20-23 yaşa qədər davam edir.
1 aylıq uşaq- üzüüstə uzanaraq başını qaldırır.
2 aylıq uşaq- başını dik saxlamağa cəhd edir.
3 aylıq uşaq-Başı dik saxlayır, dirsəklənib gövdəni qaldırır, qolundan tutduqda ayaqlarını dirəyib durur.
4 aylıq uşaq-öz-özünə yana çevrilir, əlindən tutduqda oturur.
5-6 aylıq uşaq-müstəqil üzüüstə və əksinə çevrilir, əlindən tutduqda oturur, ayaqüstə uzun müddət durur, qolundan tutduqda addımlayır.
7 aylıq uşaq-əl və ayaqları üstə qalxır, dayaqsız oturur.
8 aylıq uşaq-iməkləyir, əlindən tutanda addımlayır, dayaqdan tutub durur.
9 aylıq uşaq-özü qalxıb oturur, addımlayır.
10 aylıq uşaq-topu diyirlədir, əvvəlki hərəkətlərin təkmilləşdirir.
11 aylıq uşaq-dayaqsız durur, əlindən tutduqda gəzir və tullanır.
12 aylıq uşaq-sərbəst qalxır, addımlayır.
Dostları ilə paylaş: |