İxtisas: tspx kurs: IV fənn: Defektologiya və loqopediyanın əsasları


Loqopediya defektologiyanın bir sahəsi kimi



Yüklə 85,2 Kb.
səhifə5/36
tarix10.01.2022
ölçüsü85,2 Kb.
#108328
1   2   3   4   5   6   7   8   9   ...   36
Loqopediya defektologiyanın bir sahəsi kimi

Plan

  1. Loqopediyanın bir elm kimi tərifi və mövzusu

  2. Loqopediya elminin qarşısında duran əsas vəzifələr

1.Cəmiyyətdə normal nitq inkişafı olan insanlarla yanaşı nitqində müxtəlif növ qüsurlar olan insanlar da mövcuddur. Bu kateqoriyadan olan insanları öyrənən elm sahəsi loqopediya adlanır. Loqopediya – nitq qüsurları, xüsusi təlim və tərbiyə vasitəsilə onların qarşısının alınması, aşkar edilməsi və aradan qaldırılması metodları haqqında elmdir. Loqopediya nitq fəaliyyətinin pozulmasının səbəbini, mexanizmini, simptomatikasını, və quruluşunu öyrənir (tədqiq edir). “Loqopediya” termini iki yunan sözünün birləşməsindən əmələ gəlmişdir: Loqos (söz), paydeo (tərbiyyə edirəm, öyrədirəm) tərcüməsi “düzgün nitq tərbiyəsi” mənasını bildirir.

Loqopediyanın bir elm kimi mövzusu – nitq pozğuntusu və nitq fəaliyyəti pozulmuş şəxsin təlimi və tərbiyəsi prosesidir.

Loqopediyanın tədqiqat obyekti nitq qüsurundan əziyyət çəkən insandır. (fərddir).

Nitqin pozulması bir sıra elm sahələri tərəfindən tədqiq edilir: (linqivistika, fiziologiya, nevropotologiya, psixologiya və s.). Bu zaman hər bir elm sahəsi buna öz elminin məqsəd və vəzifələrinə uyğun nöqteyi – nəzərdən yanaşır.

Loqopediya isə nitq (qüsurlarını) pozğunluqlarını xüsusi təşkil edilmiş təlim və tərbiyə vasitəsilə qarşısının alınması və aradan qaldırılması nöqteyi – nəzərdən təhlil edir.

Müasir loqopediyanın quruluşunu məktəbəqədər, məktəb, yeniyetmə və yaşlıların loqopediyası təşkil edir.




Yüklə 85,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin