İxtisas: tspx kurs: IV fənn: Defektologiya və loqopediyanın əsasları



Yüklə 85,2 Kb.
səhifə13/36
tarix10.01.2022
ölçüsü85,2 Kb.
#108328
1   ...   9   10   11   12   13   14   15   16   ...   36
2.Mərkəzi nitq aparatı baş beyində yerləşir. O, baş beyin qabığından (daha çox sol yarımkürə), qabıqaltı mərkəzlərdən, ötürücü yollardan, tənəffüs, səs və artikulyasiya əzələlərinə gedən sinirlərdən ibarətdir.

Nitq refleksləri beyinin müxtəlif sahələrinin fəaliyyəti ilə əlaqədardır. Lakin beynin qabığının müəyyən hissələri nitqin yaranmasında daha böyük rol oynayırlar. Bu sol yarımkürənin gicgah, ənsə və peysər hissələridir. Alın qırışlarının alt hissələri nitqin hərəkət sahəsi olub insanın özünün nitqinin yaranmasında iştirak edir. (Brok mərkəzi). Yuxarı gicgah qırışları nitq-eşitmə sahəsi olub səs qıcıqlandırıcılarını qəbul etməkdə iştirak edir. (Vernike mərkəzi). Beyin qabığının ənsə payı isə nitqin başa düşülməsini təmin edir. Peysər hissədə görmə mərkəzi yerləşir və o, yazılı nitqi qavramağa imkan verir. Bundan başqa görmə eyni zamanda böyüklərin artikulyasiyasını qavramağa kömək edir. Qabıqaltı düyünlər nitqin ritmini, tempini və ifadəliliyini idarə edir.



Ötürücü yollar. Baş beyin qabığı danışıq üzvləri ilə iki cür sinir yolları ilə əlaqədardır: mərkəzəqaçan və mərkəzdənqaçan sinirlər.

Mərkəzdənqaçan (hərəki) sinir yolları pereferik nitq aparatının fəaliyyətini tənzimləyən əzələləri baş beyin qabığı ilə əlaqələndirir.

Beyin kökünün nüvəsində kəllə-beyin sinirləri öz başlanğıcını götürür. Bütün pereferik nitq aparatının üzvləri kəllə-beyin sinirləri ilə innervasiya (hər hansı bir üzvün və ya toxumanın sinif hüceyrələri ilə təmin olunması) olunur. Bunlardan əsasları üçlü, üz, dil-udlaq, azan, əlavə və dilaltı sinirlərdir.



3.Pereferik nitq aparatı 3 şöbədən ibarətdir: «nəfəs», (tənəffüs), səs və artikulyasiya.


Yüklə 85,2 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin