İxtisas uyğunluğunun sonradan müəyyənləşdirilməsi qaydalarına əsasən İşlər və malların satın alınması üçün Tender:
Açıq Kommunal İnfrastruktur Proqramı II,
Gəncə və Şəki şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması (Mərhələ 1)
| Son tarix: 21 iyun, 2012 – ci il |
Kredit No: BMZ 2001 66 702
Açıq Kommunal İnfrastruktur Proqramı II – Mərhələ I; İşlər və Malların Satın alınması Müqaviləsi Şəki C-2
Layihə: Açıq Kommunal İnfrastruktur Proqramı II – Mərhələ I
Şəki, Müqavilə -2 Uzunluğu 7 km olan Kiş-qurcana magistral boru xəttinin və hər biri 3000 m3 olan 3 ədəd yeni su anbarının inşası və həcmi 1000 m3 olan mövcud su anbarının yenidən qurulması, anbarlar arası nəqledici boru xətlərinin inşası.
İşlər və Malların Satın alınması Müqaviləsi
ICB No. KFW/BMZ 2001 66 702/SHEKI/PH-I/C-2
Sifarişçi: “Azərsu” Açıq Səhmdar Cəmiyyəti
Benefisiar: “Şəki Sukanal” Törəmə Səhmdar Cəmiyyəti
Maliyyə mənbəyi: Almaniyanın KfW Bankı, İsveçrənin SECO təşkilatı və Azərbaycan Respublikası Hökuməti.
Müqavilənin həvalə edilməsi mövcud KfW Qaydalarına əsasən aparılacaq (bax: www.kfw.de).
Layihə Tədbirləri:
Tenderə çıxarılmış işlər və mallar Şəki şəhərinin (hal – hazırda 75.000 əhalisi vardır) su təchizatı və kanalizasiya sistemlərinin tam bərpa olunmasını nəzərdə tutan 3 mərhələli investisiya Proqramının birinci mərhələsinə aid olan hissəsidir.
Müqavilə-2 çərçivəsində nəzərdə tutulan işlərin həcmi aşağıdakı 3 iş bölməsindən ibarətdir:
-
İş bölməsi 1 –Su mənbəyi və su anbarının yenidən qurulması
-
Həcmi 1000 m3 olan mövcud su anbarının yenidən qurulması və müxtəlif təyinatlı yeni binaların tikintisi (Xlorator, nasosxana, gözətçi binası və s);
-
İş bölməsi 2 – Yeni su anbarlarının və nəqledici boru xətlərinin inşası
-
Hər birinin həcmi 3000 m3 olan 3 ədəd yeni su anbarının inşası (Su anbarı No 2,3 və 4);
-
Mövcud Kiş su anbarı ilə inşa ediləcək anbarlar arasındakı nəqledici boru xətləri
-
İş bölməsi 3– Əlavə magistral boru xətti
-
Kiş magistral boru xəttindən Qurcana zonasındakı su anbarına 7 km uzunluqda boru xəttinin inşası
Hər 4 su anbarında siyirtmələr kamerası inşa ediləcək, abadlıq işləri aparılacaq, gözətçi otağı tikiləcək və zəruri avadanlıq və elektrik xətti ilə təmin ediləcəkdir. Hər bir su anbarından “Şəki Sukanal” TSC-nin inzibati binasına məlumatların ötürülməsi sistemi tətbiq ediləcəkdir. Sistemin işə salınması və yoxlanılması, təhvil-təslim işləri , işçi heyətə müvafiq təlimlərin keçirilməsi də bu müqavilənin tərkib hissəsidir.
Bütün işlər və malların təchizatı müvafiq Avropa standartları (EN) və/ya DIN ilə həyata keçirilməlidir.
İxtisaslı işçi heyətə, müvafiq avadanlığa malik və oxşar layihələrin icrasında təcrübəsi olan iddiaçı şirkətlər ingilis dilində olan tender sənədlərini “Azərsu” ASCnin aşağıda qeyd olunan ünvanına müraciət etməklə əldə edə bilərlər:
Tender sənədlərinin əldə edilməsi üçün geri ödənilməyən məbləğ 100 AZN (125 ABŞ dolları) təşkil edir və aşağıdakı hesaba ödənilməlidir:
Sifarişçinin adı: “AZƏRSU” ASC
INTP: 9900001751
Sifarişçinin Bankı: Azərbaycan Respublikasının Beynəlxalq Bankı
Yerli cari hesab nömrəsi: 333020194493087118120
Xarici cari hesab nömrəsi: 333120184093087118120
Kod: 805250
SWIFT Code: IBAZAZ2X
Tender sənədlərinin alınması üçün yazılı müraciətə ödənişi təsdiq edən sənədin surəti əlavə edilməlidir. Tender sənədləri iddiaçı şirkətə çap edilmiş surətdə və ya elektron variantda göndəriləcək. Sənədlərin itirilməsi və ya gec çatdırılmaya görə Sifarişçi heç bir öhdəlik daşımır.
Sifarişçi hər iş bölməsini ayrı - ayrı podratçıya vermək hüququnu özündə saxlayır və buna görə də hər iki iş bölməsi üçün müraciət edən şirkətlərə nəticədə yalnız bir iş bölməsi də həvalə edilə bilər.
Təqdim etmə yeri: “Azəsu” ASC (Ünvan aşağıdakı kimidir)
Əlaqə üçün şəxs: İlqar Tağıyev, Xarici əlaqələr şöbəsinin rəisi
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti
Tel.: +994 (012)431 47 92, Faks.: +994 (012) 431 29 11
67, Moskva pr-ti., AZ 1012, Bakı,
Azərbaycan Respublikası
email: i.tagiyev@azersu.az
Surəti: Anar Məlikov, Layihə idarəetmə qrupunun direktoru
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti
Tel.: +994 (012) 489 94 56 (118), Fax.: +994 (012) 489 94 57
67, Moskva pr-ti., AZ 1012, Bakı,
Azərbaycan Respublikası
email: a.melikov@azersu.az
Surəti: Almaniya İnkişaf Bankı (KfW)
Bölmə L III d4
cənab Thomas Wolf
Palmgartenstraße 5-9
60325 Frankfurt/Main
Almaniya
email: thomas.wolf@kfw.de
Surəti: Dornier-Schneider Consulting
cənb Frank Ehrlicher
Darmstädter Straße 13
64646 Heppenheim
Almaniya
email: Frank.Ehrlicher@dco-srp.com
Dostları ilə paylaş: |