“Təsdiq edirəm” “Razılaşdırılmışdır”
Qəbələ Peşə məktəbinin “Qəbələ Tikinti-171” ATSC-nin
direktoru: A.Məmmədov sədri: Ş.Əmirfətov
İxtisas xaraktaristikasi
İxtisasın adı: inşaatçı - dülgər, xarrat
İxtisas dərəcəsi: 3
3-cü dərəcəli inşaatçı - dülgər, xarrat bacarmalıdir:
1.Sadə xarrat, dülgər işlərini
2.Əl ilə, eiektrikləşdiriimiş və ağac emalı maşınları ilə oduncağın emal edilməsini;
3.Sadə dülgər, xarrat məmulatları hazırlamağı, quraşdırmağı, oduncağın qüsurlarını, düyünlərini təyin etməyi və bunların kəsilməsini, hamarlanmasını.
4.Qapı, pəncərə priborlannın öz yerinə taxıimasını və tam quraşdırılaraq düzəldilməsini;
5.Hissələrin mexaniki emalından sonra cilalamağı və onların işləmə üçün hazırlamağı;
6.Çertyoju oxumağı və sadə xarrat, dülgər inşaat məmulat və hissələrin eskizinin çəkilməsini;
7.Elektrikləşdirilmiş əl maşınlarının, əsas ağac emalı dəzgahlarınm istismarı qaydalarına riayət etməyi;
8.Oduncaq materiallarından və elektirik enerjisindən qənaətlə istifadə etməyi;
9.Əməyin təhlükəsizliyi, istehsalat sanitariyası və yanğın təhiükəsizliyi qaydalarının gözlənilməsini;
3-cü dərəcəli inşaatçı - dülgər, xarrat bilməlidir:
1.Oduncağın emalı üçün əl elektrikləşdirilmiş maşınların, əsas ağac emalı dəzgahlarının, əl alətlərinin və qurğuların təyinatını və quruluşunu;
2.Dülgər-inşaat məmulatlarının və mebellərin düzəldilməsində tətbiq olunan oduncaq materiallarının növlərini və xassələrini;
3.Sadə və çox mürəkkəb olmayan dülgər-inşaat, xarrat məmulatları və konstruksiyaları üçün dülgər, xarrat birləşmələrinin hazırlanması texnologiyasını;
4.Əl elektrikləşdirilmiş maşınlar, ağac emalı dəzgahları və əl dülgər, xarrat alətləri ilə oduncağın emalı üsullarını;
5.Hissələrin üzərində oian qüsurları düzəltməyi;
6.Dülgər-inşaat, məmulatlanın, rnebellərin işlənməsi,düzəldilməsi və üz çəkmə texnologiyasını;
7.Qapı, pəncərə bloklarının hazırlanması və onların yerində quraşdırılması texnologiyasını;
8.Döşəmə haşiyələrinin (plintusların), dülgər arakəsmələrin, mebellərin əl və mexaniki üsulla hazırlanması texnologiyasını və təlimatı.
9.Əl elektrikləşdirmə maşınların və ağac emalı dəzgahlarının texniki istismarı qaydalarını;
10.Ağac emalı və inşaat istehsalatının mexanikləşdirilməsi və avtomatlaşdırılması haqqında əsas məlumatları;
11.Sadə və çox mürəkkəb olmayan dülgər-inşaat, xarrat məmulatların hazırlanması üçün texniki şərtləri;
12.Əməyin təhlükəsizliyi, istehsalat sanitariyası, yanğından təhlükəsizliyi və təbiətin qorunması qaydalarını.
“İnşaatçı - dülgər, xarrat” peşəsi üzrə ixtisas xarakteristikası məktəbin ixtisas və ümumtexniki fənlər üzrə metodiki komissiyanın __ _________ 2012-ci il tarixli iclasında (protokol №__) müzakirə edilmiş və bəyənilmişdir.
Metodiki komissiyanın sədri:
Dostları ilə paylaş: |