İxtisas: Yerquruluşu, torpaq və şəhər kadastrı Fənn: Fotoqrammetriya Müəllim: Məmmədova Aygül Mustafa qızı


Şəkillərin fotoqrammetrik emalı üçün aerofotoşəkillərin parametrlərinin seçimi



Yüklə 0,88 Mb.
səhifə10/12
tarix25.05.2018
ölçüsü0,88 Mb.
#51469
1   ...   4   5   6   7   8   9   10   11   12

Şəkillərin fotoqrammetrik emalı üçün aerofotoşəkillərin parametrlərinin seçimi.
AFÇ-parametrlərinin seçimi zamanı hər şeydən əvvəl uyğun miqyasda kartoqrafik məhsulun son görünüşü, həmçinin onun hazırlanmasının tətbiq edilən texnologiyası müəyyənləşdirilir.

Beləki, şəkillərin rəqəmsal texnologiyalı fotoqrammetrik emalının əsas nəticəsi ərazinin geodezik koordinat nöqtələrinin hesabatından ibarət olduğundan AFÇ-nin parametrlərinin seçimi onların tələb olunan dəqiqliyini təmin etməyə əsaslanmalıdır. Lazımı dəqiqlik məsələnin tipindən asılıdır, hansı ki, yaradılan plan-kartoqrafik materialların köməyilə həll ediləcəkdir. Az dəqiqlik qoyulmuş məsələni keyfiyyətli həll etməyə imkan vermir, çox dəqiqlik isə maddi, əmək və vaxt məsariflərinin artmasına gətirib çıxarır.

Seçilmiş texnologiyadan asılı olaraq plan-kartoqrafik məhsulu mətn yaxud stereocüt şəkillərin fotoqrammetrik emalı əsasında hazırlamaq olar.

Bu hər iki üsul üçün AFÇ-nin parametrlərinin seçilməsinə hərtərəfli baxaq.



1.Tək şəkilli fotoqrammetrik emalı zamanı aerofotoplanalmanın parametrlərinin seçimi. Son məhsul situasiya və onun törəmələrinin (kontur planı, fotoplan və. s.) rəqəmsal modeli ola bilər.

2.Şəkillərin stereofotoqrammetrik emalı zamanı aerofotoplanalmanın parametrlərinin seçilməsi.

Şəkillərin seterofotoqrammetrik emalı zamanı ərazinin plan yüksəklik koordinat məntəqələri alınır. Alınan plan kartoqrafik materiallardan istifadə etməklə müxtəlif məsələləri həll edən zaman onun müxtəlif dəqiqliyi tələb olunur.

Belə ki , ərazinin eroziyaya qarşı təşkili layihəsini tərtib edən zaman 1:100000 miqyaslı relyef kəsişməsi 5 m olan plandan istifadə edilir.

Bu və digər halda alınmış planın koordinatlarının tələb olunan dəqiqliyi eyni alınan hündürlüklərin dəqiqlikləri ilə müxtəlifdir. Deməli, bu dəqiqliyi təmin edən planalmanın parametrləri müxtəlif olmalıdır.




Mövzu 22

Kənd Yaşayış Məntəqələrinin fotoplanının yaradılması.

Plan:

1. Kənd yaşayış məntəqəsi kimi kənd ərazisi fotoplanının yaradılması texnologiyası.

2. Kənd yaşayış məntəqələrinin torpaqlarının vəziyyəti və istifadəsinin baza planının yaradılma texnologiyası.

3. İstifadə olunan sənədlər.

4. Baza planının göstəricilərinin qiymətləndirilməsi.

Ədəbiyyat

1.R.M.Heydərova, P.Y.Nağıyev. Kosmosdan yerin tədqiq edilməsi. Bakı – 2011

2.Nağıyev P.Y., Talıbova S.S. və b. Yerin məsafədən tədqiqinin inkişaf tarixi və aerokosmik foroşəkillərin emalı əsasında təbii sərvətlərin xəritələşdirilməsi. Azərbaycan Milli Aerokosmik Agentliyinin Xəbərləri. Bakı, 2008, №3(2).

Kənd yaşayış məntəqəsi kimi kəndin ərazisinin kənd fotoplanın yaradılma texnologiyası. B.N. Radionovun irəli sürdüyü bu texnologiya əvvəlki bölmələrdə yerinə yetirilənlərin texniki əsaslandırılmasının nəticələrinə əsaslanır. Onlar ona görə kənd fotoplanları adlanır ki, kənd təsərrüfatı istehsalının təşkili və idarəsi, xəttin uzunluğu və sahəni müəyyənləşdirməyin dəqiqliyini kifayət qədər təmin etməsi üçün onlardan istifadə edilir. Belə fotoplanların yaradılma texnologiyası kifayət qədər sadə və qənaətlidir.

Aero şəkildən sonra qısa müddət ərzində onlar hazırlanır və istifadəçiyə təhvil verilir. Texnologiyanın məqsədi aerofoto çəkiliş zamanı şəklin və relyefin meyl bucağının minimallaşdırılmasından ibarətdir.

Kənd fotoplanlarının həmçinin sərbəst adlandırırlar. Belə ki, onları geodezik koordinatları olan dayaq nöqtələrsiz hazırlayırlar. Ona görə də onlarda geodezik koordinat şəbəkəsi və dövlət trapesiyasının çərçivəsi yoxdur. Fotoplanların vərəqlərinin şəbəkələnməsi yaşayış məntəqələrinin və tikinti kvartallarının sərhədlərinə uyğunlaşdırılır. Hər bir vərəqin üz tərəfində şimala istiqamət və nominal miqyas, (1:2000)məntəqənin adı, yaşayış məntəqəsi bir neçə vərəqdən ibarət olduğu halda vərəqin sıra nömrəsi göstərilir. Vərəqlərin qarşılıqlı yerləşmə sxemini əks tərəfdə verirlər. Ölçülərin yüksək dəqiqliyini təmin etmək üçün kənd fotoplanlarını 1:1000 və 1:500 miqyasında buraxmaq olar. Bunun üçün aerofoto çəkilişləri daha iri miqyasda yerinə yetirirlər, ancaq bu zaman maddi və əmək məsarifləri nəzərə çarpacaq dərəcədə artır. Kənd fotoplanları kadastr planlarının yaradılması üçün əsas ola bilər.

Fotoşəkillərlə az-çox iş bacarığı olduğu zaman inzibati idarə işçiləri kənd fotoplanlarının köməyi ilə ərazinin xətti və sahə ölçülərini müəyyən edə bilər .Qonşu torpaqların sərhədləri haqqında müqayisəli məsələləri həll edə bilər , sərhədləri müəyyənləşdirə və bərpa edə bilər. Bundan başqa torpağın zəbt edilməsini müəyyənləşdirə bilər, həmçinin torpağın təyinatına görə istifadə edilmədiyini və inventarizasiyasını və s apara bilər.



Kənd yaşayış məntəqələrinin torpaqlarının vəziyyəti və istifadəsinin baza planının yaradılma texnologiyası.

Tək şəklin yaxud onun böyüdülmüş hissəsinin (fraqmentləri) fotoqrammetrik emallarından istifadəyə əsaslanmış texnologiyanın iki variantına baxaq. Birinci variant deformasiyaya uğramayan fotoqrafik kağızda fototransformatorların köməyi ilə çap edilmiş böyüdülmüş şəkillərdən istifadəyə əsaslanır. İkinci variantda şəkillərin bir miqyasda alınmasını və onun kağız əsasda çap edilməsi nəzərdə tutulur.

Verilmiş texnoloji sxemlərin bəzi iş növlərinin məzmununa baxaq.

Hazırlıq mərhələsində işin ərazisi üzrə plan-kartoqrafik sənədlər toplanır,geodezik şəbəkə məntəqələrinin mövcudluğu , relyef , yol şəbəkəsi , su məntəqələri , iş ərazisinin təbii -iqlim xüsusiyyətləri və s öyrənilir.Tərtib edilən planındəqiqliyinə uyğun olaraq aeroşəkillərin parametrləri hesablanır , aerofotoaparatların tipi , aerofotoşəkil işlərinin istehsal müddəti seçilir.

Yaşayış məntəqələrinin baza planları 1:500 , 1:1000 miqyasında hazırlanır, aerofotoşəkilləri 5....10 dəfə kiçik miqyaslarda aparırlar. Rusiya istehsalı olan aerofotoaparatlardan və plyonkalardan istifadə planalma miqyasının və planın 5 qat nisbətinə qədər çıxarışına imkan yaradır. Xarici firmaların texniki vasitə və materiallarından istifadə zamanı bu nisbət 10 dəfə daha artığa qədər artırmaq olar. Aerofotoaparatların obyektivinin foks məsafəsini mümkün qədər böyük seçilir və uyğun olaraq planalma daha yüksəkdən həyata keçirilir.

İstifadə olunan sənədlər

Layihələrin tərtib olunması və əsas iş növlərinin yerinə yetirilmə qrafikinin tərtib olunması zamanı istifadə olunan sənədlər aşağıdakılardır: sifarişçi ilə müqavilə , məhsulun verilməsinin təqvim planı , yeni aeroplanalmanın aerəşəkilləri və əlavə montajın reproduksiyası . Planlaşdərma zamanı geodeziya şəbəkəsi sistemindən ,geodeziya şəbəkəsinin məntəqələrinin koordinatlarının kataloqu , mövcud plan və xəritələr , keçmiş illərin aerofotoplanalma materialları və s.Texniki layihəni yüksək səviyyəli mütəxəssis tərtib edirlər. Layihədə hər bir kameral və çöl işləri üzrə əmək və pul məsarifləri hesablanır və onların yerinə yetirilmə qrafiki tərtib edilir.Qrafiklərdə trapesiya yaxud sahələr və işin yerinə yetirilmə müddəti göstərilir. Qrafiklər ayrı-ayrı iş növləri arasında qarşılıqlı əlaqəni yaratmağa , mütəxəssislərin optimal yerləşdirilməsinə , sifarişçiyə məhsulun yerinə yetirilmə və təhvili müddətinə nəzarət etməyə imkan yaradır.

Güclü həll etmə qabiliyyəti və az distorsiyalı optik sistemi olan xüsusi alətlərin köməyi ilə böyüdülmüş şəkilllərin fraqmentlərini hazırlayırlar. Belə böyüdücülər kimi fototransformatorlardan istifadə edilə bilər. Böyüdülmüş fraqmentlər çox olmayan üst-üstə düşmələrlə nəşr edilir.Bu zaman seçilmiş nöqtələr vahid elektron baza planında təsvirin birləşdirilməsi üçün istifadə ediləcək.

Baza planının göstəricilərinin qiymətləndirilməsi

Nəzərdən keçirilən texnoloji mərhələlərin yerinə yetirilməsi nəticəsində baza planı yaradılır.Sifarişçiyə baza planının təhvili zamanı aşağıdakı göstəricilər qiymətləndirilir:

-metrik informasiyanın dəqiqliyi

-sematik informasiyanın etibarlığı -yaşayış məntəqəsinin ərazisinin sərhədində torpaq balansının olması

Faktiki situasiyanın mövcud sərhədə və torpaq sahəsindən istifadəyə nəzərən əks edilməsi.

Baza planının yaradılmasından sonra torpaq-kadastr informasiya bankının təşkilinə başlanılır.Bu zaman baza planı kartoqrafik əsas götürülür və torpaq –kadastr informasiyasının fəza yerləşməsi üçün nəzərdə tutulur.

Baxılan texniki sxemə uyğun olaraq yerinə yetirilən işlərin nəticələri aşağıdakılardır:

-yaşayış məntəqəsinin ərazisinin kadastr planı ( miqyas 1:500,....1:2000)

-ayrı-ayrı torpaq sahələrinin planı;

-torpaq-kadastr informasiya bazası

Sifarişçiyə sənədlər disketlərdə və yaxud CD disklərində təqdim edilə bilər.

11
Mövzu 23

Yeni aerofoto planalma materiallarından istifadə etməklə plan və xəritələrin yeniləşdirilməsi metodikası
Plan
1.Qısa məlumat
2. Yeniləşdirmənin üsulları
3.Planın korrektrofka işlərinin təşkili
4. İşin texnoloji sxemi

5. Fototrianqulyasiya üsulu

İstifadə olunan ədəbiyyatlar:

1Fotoqrammetriya- A.İ.Obiralov, A.N.Limonov, L.A.Qavrilova -Moskva “KolosS” 2004



2Məsafədən zondlamanın fiziki əsasları – Adil Əzizov – Bakı 2014

  1. 3.R.M.Heydərova, P.Y.Nağıyev. Kosmosdan yerin tədqiq edilməsi. Bakı – 2011

Qısa məlumat
Fotoplanlarda , ortofotoplanlarda və qrafiki planlarda olan metrik və izahlı məlumatlar zaman keçdikcə köhnəlir.Köhnəlməyə səbəb yer səthinjin obyektlərinin təbii və antropogen dəyişmələridir. Məlumatları müasir səviyyədə saxlamaq üçün planların üzərində düzəlişlər aparılır.Planın tərkibinə düzəlişlər edilməsi əməliyyatına yeniləşdirmə və ya növbətçi müşaiət deyilir.Yeniləşdirmə zamanı meydana şıxan yeni obyektlər plana köçürülür.İtmiş elementlər ləğv edilir.

Yeniləşdirmənin üsulları
Yeniləşdirmənin iki üsulu var.

  1. Geodeziya üsulu. Bu üsulda kağız əsası üzərində olan plan çöl şəraitində natura ilə tutuşdurulur.Yeni əmələ gələn obyektlərin vəziyyəti planda və yer üzərində olan kontrlara əsasən geodeziya ölçmələri vasitəsilə təyin edilir.Sonra monitorun ekranında kursorla nəticələr qeyd olunur.Dəyişikliklərin miqdarı çox olduqda əməliyyatı geodeziya alətləri və ya GPS vasitəsilə yerinə yetirilir və ölçmələrin nəticəsinə görə yeni obyektlər elektron plana köçürülür.Bu məqsədlə klaviaturanın yeni əmələ gələn obyektlərin döngə nöqtələrinin geodezi koordonatları komputerə daxil edilir.Geodeziya ölçmələrinin materialları həmçinin baza planlarının korrektirofkasında istifadə edilir.Geodeziya üsulu yuksək dəqiqliyi təyin edilir və yer səthinin təfsilatının kiçik lokal dəyişikliklərində istifadə olunur.

  2. Fotoqrametrik üsul. Bu üsulda yeniləşdiriləcək plan komeral şəraitdə yeni aerofoto planalma materialı ilə tutşdurulur.Yeni əmələ gəlmiş obyektlər deşifrə edilir.Çöl yoxlamalarından sonra dəyişiliklər plana köçürülür.Bu üsuldan böyük sahələrin planını yeniləşdirilməsində istifadə olunur.


İşin texnoloji sxemi aşağıda göstərilmişdir.


Dövri AFP-nın yerinə yetirlməsi



Hazırlıq işləri




Kameral deşifrələnmə.Dəyişikliklərin vizual aydınlaşdırılması.



Çöl deşifrələnməsi .Kameral deşifrələnmiş obyektlərin tətqiqatı.




Dayaq nöqtələrinin koordonatlarının təyini




Dəyişilmiş situasiyyanın fotoqrametrik üsulla plana köçürülməsi.

Dəyişilmiş situasiyyanın fotoqrametrik üsulla plana köçürülməsi.

Planın korrektirofka işlərinin təşkili
Planın korrektrofka işlərinin təşkilinin konkret variantı bir çox amillərlə təyin edilir: Texniki təminat qənaətçilik işlərin yerinə yetirlməsinin operativliyi və s. Şəkillərin rəqəmli üsulla fotoqrametrik işlənməsi planların yeniləşdirilməsini sadələşdirir.Müasir komputer proqramları bu işlərin keyfiyyətli və iqtisadi cəhətdən qənaətli yerinə yetirməsini təmin edir.Ən sadə üsul dəyişirilən situasiyalı şəkildən fraqmentin “kəsilməsidir”.Bunun üçün fraqmentin perimetri boyu deşifrə edilmiş şəkillərdən və dayaq planından 5-6 nöqtənin eyniləşdirilir (identifikasiya).Fraqmentin sahəsini elə seçirlərki orada təsvir edilən ərazi müstəvi kimi olsun.Şəkildə nöqtələrin yerlərinin tanınılmasının xətası 0.1 mm –dən çox olmamalıdır.


Fototrianqulyasiya üsulu
Situasiyanın dəyişikliklərinin böyük qiymətində fototrianqulyasiya üsulu tətbiq edilir.İdendifikasiya olunmuş nöqtələrin bazislərin sol nöqtəsi kimi istifadə edərək şəkilin verilmiş fraqmentinin miqyasının əmsalını hesablayırlar.Yeniləşdirilmiş planın miyasına gətirilən şəkil fraqmentin elektron planda geodeziya məkanında yer tutur.Planın yeniləşdirilməsi üçün aparılan aerofotoplanalmanın dövriliyi onlardakı metrik və məzmun məlumatlarının köhnəlməsinin tezliyi və dərəcəsi ilə təyin edilir.Köhnəlmə dərəcəsi torpaq fondunun il ərzində qeydiyyatı məlumatları vasitəsilə həmçinin plan və xəritələrin kohnəlməsini qiymətləndirən metodikanın köməyi ilə təyin oluna bilər.Baş verən dəyişiklikləri vizual və ya avtomatik aydınlaşdırmaq olar. Bunun üçün yeniləşdirilmiş plan saxlanılan komputerə aerofotoplanalmanın yeni materialları daxil edilir.Köhnə və yeni məlumatlar tutuşdurulur,operator nəzarət edir və dəqiqləşdirir.Aerofotoplanalmanı fokus məsafəsi f=200-500 mm olan aerofotoaparatla (AFA) yerinə yetirirlər. Şəkillərin örtülməsi standart qiymətli ola bilər.Planalma işlərinin aparılma vaxtının seçilməsi yeniləşdirilən məlumatın növündən asılıdır.Yaşayış məntəqələrinin baza planlarının yeniləşdirilməsinin yarpaqsız dövrdə (yazın əvvəli və payızın sonu) yerinə yetirirlər.Kənd təsərrüfat torpaqlarının məlumatlarını yeniləşdirmək üçün əsas çöl işlərinin son dövrü qəbul edilir.Planların yeniləşdirlməsi zamanı yeni aerofotoplanalma işlərinin GPS aparaturasının tətbiqi ilə yerinə yetirilər.Aerofotoplanalmanın parametrləri elə hesablanmalıdır ki, meyl bucağının və relyefin təsiri minimum olsun.

Hazırlıq dövrü zamanı planı yeniləşdiriləcək ərazi üçün plan-kartoqrafik və məlumat mahiyyətli materiallar toplanılır və analiz(təhlil) edilir.




Mövzu – 24

Aero ve kosmik şəkil materiallarının k/t – da istfadəsisi

Plan

  1. Kosmik təsvirlərin rəqəmli emalı əsasında kənd təsərrüfatı və digər torpaq sahələrinin xəritəyə alınması.

  2. Torpaqların vəziyyətinin qiymətləndirlməsi

  3. Torpaq xəritələrinin yaradılması

  4. Su və külək eroziyasının dinamikasının öyrənilməsi

  5. Bitki örtüyünün tətqiqatı

  6. Aerofotoplanalmanın köməyi ilə arid zonada qrunt sularının distansiyon axtarışı.

Ədəbiyyat

1.Adil Əzizov. Məsafədən zondlamanın fiziki əsasları. Bakı - 2011

2.R.M.Heydərova, P.Y.Nağıyev. Kosmosdan yerin tədqiq edilməsi. Bakı – 2011.

3.Amin İsmayılov. Coğrafi İnformasiya Sistemləri. Bakı – 2014.

4.Nağıyev P.Y., Əsədov X.Ə. və b. Kosmik fotoşəkillərin rəqəmli təhlili əsasında Şirvan düzündə kənd təsərrüfatı sahələrinin xəritələşdirilməsi. Azərbaycan Milli Aerokosmik Agentliyi. Bakı,2006, №3-4, cild 9,səh.14-19.

5.Nağıyev P.Y., Talıbova S.S. və b. Yerin məsafədən tədqiqinin inkişaf tarixi və aerokosmik foroşəkillərin emalı əsasında təbii sərvətlərin xəritələşdirilməsi. Azərbaycan Milli Aerokosmik Agentliyinin Xəbərləri. Bakı, 2008, №3(2).
Kosmik təsvirlərin rəqəmli emalı əsasında kənd təsərrüfatı və digər torpaq sahələrinin xəritəyə alınması. Azərbaycanın mürəkkəb fiziki-coğrafı şəraitə malik olması bu ərazidə torpaq-bitki örtüyünün nəzərə çarpacaq dərəcədə müxtəlifliyinə səbəb olmuşdur.

Hazırda dünyanın inkişaf etmiş əksər dövlətləri kənd təsərrüfatı və digər torpaq sahələrinin xəritəyə alınmasında kosmosdan Yerin çəkilmiş təsvirlərin emalından geniş istifadə edirlər. Aparılmış tədqiqatların nəticələri göstərir ki, kosmik təsvirlərin emalı əsasında az müddət ərzində100 min hektarlarla ərazilərdə kənd təsərrüfatı və digər torpaq sahələrini xəritələşdirmək, eləcə də həmin ərazilərdə baş vermis bir çox dəyişiklikləri öyrənmək olar. Adi üsulla bu işləri görmək üçün xeyli vaxt və vəsait lazım gəlir. Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutu Elmi-İstehsalat Birliyin sifarişi əsasında 1998-ci ilin yay və payız fəsillərində "LANDSAT-TM" peykindən Azərbaycan ərazisinin təsvirləri çəkilmişdir. Aşağıda "LANDSAT-TM" peykindən Yerin çəkilmiş təsvirlərinin sifarişçiyə çatdırılması eləcə də kosmik təsvirlərin emalı barədə qısa məlumat verilir.

"LANDSAT-TM" peykindən Yerin təsvirlərin 7 spektral kanalda 0,45-0,52, 0,52-0,60, 0,63-0,69, 0,76-0,9, 1,55-1,75, 2,08-2,35 və 10,40- 12,50 mkm diapazonlarda 903-912 km hündürlükdə eyni vaxtda çəkilişi aparılmışdır.

Peykin bir dəfə planetimizi dövrə vurması 103,1 dəqiqə çəkir. Beləliklə, "LANDSAT-TM" peyki Yer kürəsini 18 gün ərzində 261 dəfə dövrə vuraraq, onun bütün ərazisini peykdən fotoşəkillərini rəqəmlərlə təyin edib, avtomatik olaraq həmin məlumatlar yerdəki qəbuledici stansiyalara ötürür.

Alınan məlumatların yerdə birinci və ikinci təhlilləri aparılır. Əvvəlcə həmin rəqəmlər videomaqnit lentinə yazılır. Sonra bu məlumatları ayrı-ayrı kanallar üzrə (1:3369000 miqyasında) bir-birini 10 faiz örtən kadrları 70 millimetirli fotoplyonkaya köçürülür. Bu əməliyyatlardan sonra Yer səthinin təsviri filmi, yenidən 1:1000000 miqyasında 242 millimetirli fotoplyonkaya yazılır və dəqiq geodezik nöqtə ilə təsvirin kadrları və s. göstəricilər qeyd edilir.

Maqnit lentə yazılmış Yerin fotoşəkillərinin rəqəmlərlə əksetmə qiymətlərinin təhlilində, tədqiq edilən ərazinin əldə edilmiş topoqrafık xəritəsi və yaxud tematik xəritələri kompüterin yaddaşına köçürülür.

Qeyd etmək lazımdır ki, kosmik təsvirlərin işlənməsinin müasir sistemlərinin tətbiqi proqram təminatına 100-dən çox əməliyyat daxildir. Onların çoxu konkret məsələlərin həlli üçün yönəldilmişdir. Əsas yeri aşağıdakı əməliyyatlar qrupu təşkil edir:


  • Utilistlər və təsvirin vizualizasiyası;

  • Həndəsi dəyişdirilmə;

  • Radiometrik dəyişdirilmə;

  • Təsvirin süzgəcdən keçirilməsi;

  • Təsvirin seqmentasiyası;

Kənd təsərrüfatı və digər torpaq sahələrini xəritələşdirmək üçün kosmosdan Yerin çəkilmiş təsvirlərinin emaImda ERDAS-İsodata alqoritmi əsasmda klaster analizi üsulımdan istifadə edilmişdir. Bu məqsədlə, "LANDAST - TM" təsvirinin ТМЗ, TM4, YM5 spektral kanallan se-çilmişdir. Spektral parlaqlığın üçölçülü fəzası, əvəllcə100 klasterə bölünür. Sonra isə, hər klasterə uyğun lay uyğun-laşdmlaraq, öyrənilən ərazi xəritələşdirilir [23].

Kosmik fototəsvirlərin ilkin emalmm həndəsi, həm dəradiometrik korreksiyalann yerinə yetirilməsi məqsədilə coğrafı məlumatlar sistemi (CMS) verilənlər bankmdan istifadə edilmişdir. Bu vaxt təsvirlərin radiometrik korrek-siyası üçün, kənd təsərrüfatı və digər torpaq sahələrin ka-teqoriyalan haqqmda məlumatlardan istifadə edilmişdir.

Kosmik təsvirlərin rəqəmli emalına əsasən kənd təsərrüfatı sahələrinin xəritəyə alınması iki mərhələdə aparılır. Birinci mərhələ tədqiqat apadığımız ərazinin sərhədlərinin xəritələşdirilməsidir. Bu yerüstü ölçmələr və kosmik fəzadan verilənlər ilə müəyyənləşdirilir.

İkinci mərhələdə, yerüstü ölçmələrdə öyrənilən ərazi-nin 1:100000 miqyaslı topoqrafık xəritədə sərhədləri təyin edilir. Bu sərhədlərin dəyişdirilməsi üçün CPS qurğusunun köməyilə ауrı-ауrı nöqtələrin koordinantları müəyyən olunur.

Bundan sonra, alınmış obyektlərin konturları şeyp taylar şəklində AZC, VİEW, CMS proqramına köçürülür və başqa elektron laylar, yəni relyefin üçölçülü xəritələri ərazinin hündürlük nöqtələri, çay, kanal şəbəkələri və s. ilə birlikdə istifadə olunur. Kosmik təsvirlərin Yer koordinatlarına bağlanması üçün, AZC VİEW Image Analysis modulundan və tədqiq edilən ərazisinin iri miqyaslı vektor xəritəsindən istifadə edilir. Coğrafi koordinatlarla kosmik təsvir bağlantısından sonra, məlum obyektlərin dəqiq seçilməsi aparılır.

Aerofotoçəkilişlərin emalı zamanı ən mürəkkəb məsələlərdən biri bu və digər torpaq sahələrinin aşkarlanmasıdır. Kosmik fotoçəkilişlərin materialları əsasında hazırlanmış bütün xəritələri ümumi bir cəhət birləşdirir: Təbii obyektlərin optik xüsusiyyətləri, landşaft indikatorları, mütəxəssislərin cəlb edilməsi əsasında təyin olunur. Bunun nəticəsində də xəritələrin sərhədlərinin məkan vəziyyətlərinin dəqiqliyi, onların hərtərəfli qoyulması və obyektivliyi ilə bir-birindən fərqlənirlər.

Aşkarlanma əməliyyatının apanlmasına tələb olunan dəqiqlik, test sahələrinin optimal spektral xarakteristikalarının seçimini əsaslandırır. Elə buradan da təsvirin test fraqmentinin seçilməsi prosesini optimallaşdıran metodika işlənib hazırlanmışdır ki, bu da növbəti əməliyyatlarla aparılır:


  • Spektral analiz metodları (histoqramların müqayisə olunması, birləşmiş spektral sxemlərin qurulması, kənd təsərrüfatı və digər torpaq sahələrinin bölünməsi üçün daha çox məlumatlı spektral kanalların seçilməsi);

  • təsvirlərin vizual keyfıyyətinin yaxşılaşdırılma əməliyyatı (rəng kontrastı, sərhədlərin qeyd olunması);

  • təsvirlərin nəzarət olunmayan təsnifatının alqoritmlərindən istifadə olunması (İSODATA alqoritmi);

  • kənd təsərrüfatı obyektlərinin, onların landşaftı indikatorları əsasında differensiasiyası üçün vizual analiz metodları. Bu halda landşaft-indikator əlamətlərinin sistemi diqqətlə işlənməlidir.

Test sahələrinin elementlərinin aşkarlanma dəqiqliyi nəzarət nöqtələri ilə müəyyənləşdirilir. Optimal test sahələrinin seçilməsi zamanı bütün tədqiqat ərazisinin avtomatik aşkarlanma prosesi nəzarət təsnifatı (uyğunluq funksiyasının maksimumunun axtarılma alqoritmi) əməliyyatlarının köməyilə aparılır.

  • Təsnifatın nəticəsi olaraq, kənd təsərrüfatı və digər torpaq sahələrinin siniflərini əks etdirən aşkarlanan obyektlərin rastr təsviri alınır. Bununla da xəritələşdirmənin birinci mərhələsi sona çatır.

  • İkinci əsas mərhələ kənd təsərrüfatı və digər torpaq sahələrinin xəritəsinin mətninin hazırlanması, yığcamlaşdırılması və çapının təmin olunmasından ibarətdir. Bunun üçün hal-hazırda CMS Arc View 3.2.a proqram həllindən ibarət olan geoinformasiya texnologiyasından geniş istifadə olunur.

  • Təsnifatlandırılmış kənd təsərrüfatı və digər torpaq sahələrinin və ona bitişik verilənlər bazasının konturlarının vekror mövzusunun hazırlanması.

Təsnifatın doğruluğu haqqında deşifrəliyici müqaisə və analiz aparmaqla qərar qəbul etməlidir ki, bunun köməyilə aşkarlanmanın dəqiqliyi və düzgünlüyü haqqında inteqral qiymətləndirmə formalaşdırılır. Aşkarlanmanın doğruluğu haqqında qərar yaradılmış verilənlər bazasına qeyd edilir.

Xəritələrin birləşdirilməsi və çapı yekun verilənlər bazası ilə korrektləşdirilmiş CMS-texnologiyası qaydalarına uyğun aparılır.

Bu məqsədlə təsnifatın nəticəsi aşkarlanmış siniflərin konturlarının vektor qatını almaq üçün, lazım olan vektor formatına konvertləşdirilir.

Aşağıda "LANDSAT-TM" peykindən çəkilmiş təsvirlərin rəqəmli emalı əsasında Kür-Araz düzənliyinin kənd təssərrüfatı sahələri xəritəsi verilmişdir (şəkil 1).



c:\users\user\appdata\local\microsoft\windows\temporary internet files\content.word\изображение0004.jpg


Torpaq xəritələrinin yaradılması
Məqsəddən asılı olaraq torpaq deşifrələməsi iki istiqamətdə olur: 1) Torpaq- kartoqrafik istiqamət. Burada şəkillərə görə torpaq tiplərinin və onların yayılma sərhədlərinin təyini ilə xüsusi xəritələr yaradılır. 2)Torpaq- tədqiqat istiqamətində torpaq örtüyündə baş verən dinamik proseslər öyrənilir.

Torpaq xəritələri miqyasa görə belə bölünür:

1) Detal (təfsilatlı) – 1:5000 və daha böyük

2) İri miqyaslı - 1:10000-1:25000

3) Orta miqyaslı – 1:50000-1:200000

4) Kiçik miqyaslı – 1:500000 və daha kiçik

Yerquruluşu praktikasında əsasən iri miqyaslı torpaq xəritələri istifadə olunur. Onların koməyilə konkret şərait üçün növbəli əkinlərin mümkünlüyü, layihələndirilən tarlaların torpaqlarının eynicinsliyi və s. təyin edilir.İntensiv əkinçilik rayonları ərazilərinin təşkili həmçinin eroziya qarşı tədbirlərin, suvarma və qurutma şəbəkələrin layihələndirilməsi məqsədilə təfsilatlı torpaq xəritə çəkmə işləri yerinə yetirilir.

Təfsilatlı və irimiqyaslı torpaq xəritələri və torpaq kadastrında, o cümlədən torpaqların bonitirovkasında və iqtisadi qiymətıəndirlməsində istifadə edilir.


Su və külək eroziyasının dinamikasının öyrənilməsi

Aerokosmik şəkillər vasitəsilə torpaqların neçə faizi su eroziyası və külək eroziyasına məruz qaldığını müəyyənləşdirmək olar.Eroziya prosesini zəif , orta və şiddətlilik dərəcələrini aydınlaşdırmaq olar. Köhnə və yeni çəkilmiş aerofotoplanalma materallarından istifadə etməklə eroziya prosesini illər üzrə eroziyanın güclənməsi və zəifləməsi müşahidə etmək olur. Külək eroziyasının dinamikasını və istiqamətini müəyyənləşdirilə bilər. Bundan başqa torpaqların eroziya prosessinə məruz qalma dərəcəsini hesablamaq mümkündür.



Aerofotoplanalmanın köməyi ilə arid zonada qrunt sularının distansiyon axtarışı

Şirin və az minerallaşmış qrunt sularının axtarışı kənd təsərrüfatı istehsalında, xüsusən də cənub rayonlarında heyvanların su təminatında böyük əhəmiyyət kəsb edir.Aero və kosmik şəkillərin hidrogeoloji deşifrələnməsi qrunt sularının yerlərinin tapılması , onların yerləşmə dərinliyinin, minerallaşma dərəcəsinin və ərazidə yerləşməsinin təyini məqsədi ilə yerinə yetirilir. Bu zaman 2 variant tətbiq olunur. İndekasiya və landşaft .1 ci variantda axtarış işləri qrunt sularının xarici əlaməntlərinin mövcudluğu, bitkilərin müəyyən növləri və onların birlikləri, bəzi geomorfoloji yaranışların torpaq tipləri (məs: suffoz qıfı) üzrə aparılır.Bu geniş yayılmış variant sadədədir.Lakin, ərazinin hidrogeoloji xüsusiyyətlərinin təyini üçün böyük həcmli iş tələb edir.

Landşaft variantı hidrogeoloji xüsusiyyətlərin landşaftın müəyyən taksomomik vahidləri ilə (fasiya və mərz )qarşılıqlı əlaqəsinə əsaslanır.

İndikatorların vizual deşifrəsində əsasən birbaşa əlamətlər istifadə edilir.Burada foto təsvirin tonu böyük əhəmiyyət kəsb edir.Ton fərqliliyi bitkilərin növ tərkibində və onların vegentasiyasının fazasından , proyektiv örtüyündən və torpağın tipindən asılıdır.

Mezofil bitki birlikləri, həmçinin mezofit bitkilər şirin qrunt sularının yerləşmə indikatoru olaraq spetrin görünən sahəsində nisbətən yüksək əksetmə imkanına malikdirlər.Kserofit və qalofit bitkilər böyük parlaqlıla səciyyələnirlər.Bunun üçün yaşıl vegetasiya dövründə spektral zonadan (λ=0,6-0,7) mkm. Alınmış 1:10000 - 1:25000 miqyaslı aerofotşəkillərin üzərində bitki – indikatorlar təsvirin tonuna görə etibarlı fərqləndirilirlər. Ərazinin yüksək sahələrində bitkilərin quruması ilə əlaqədar çökəkliklərin kontraslı parlaqlı şirin suların linzasında daha da artır. Duzlu qrunt sularının çökək yerləri daha böyük parlaqlığı ilə fərqlənir. Onların təsviri duzların rənginin solmasının işıqlı çərcivə xətti ilə kələkötrlü xallı teksturaya malik olur.Bitki örtüyü tam quruyan indekasiyanın təyinatı torpaqlara keçir.Minerallaşmış qrunt sularının yerləşmə torpaqlarının parlaqlığı şirin sularınkından çox olur.

Hidrogeoloji axtarışlar üçün aerofotoplanalmanın optimal mövsümü yaz - yayın əvvəli.İşlərin təxmini texnologiyası belədir: Vacib sahələrdə indekatorların və onların deşifrə əlamətlərinin öyrənilməsi, şəkillərin ilkin kameral deşifrələnmə nəticələrinin çöl nəzarəti və dəqiqləşdirlməsi.

Hidrogeoloji axtarışların perspektiv üsulu dərinlik radiolokasiya zondlaşması hesab edilir ki, adi aerofotoplanalma ilə paralel yerinə yetirilir. Bu zaman aerofotoplanalma materialları radizondlama məlumatların bağlanışına hidrogeoloji fotoxəritənin hazırlanmasına xidmət edir.


Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin