İxtisas: Yerquruluşu, torpaq və şəhər kadastrı Fənn: Fotoqrammetriya Müəllim: Məmmədova Aygül Mustafa qızı


Mövzu 17 Xəritələrin kombinir metodu ilə hazırlanması



Yüklə 0,88 Mb.
səhifə9/12
tarix25.05.2018
ölçüsü0,88 Mb.
#51469
1   ...   4   5   6   7   8   9   10   11   12

Mövzu 17

Xəritələrin kombinir metodu ilə hazırlanması

Plan

1.Xəritələrin kombinir metodu ilə hazırlanması

2.Metodun aeroçəkilişə olan tələbləri

3. Çöl və kameral işləri




Ədəbiyyat


  1. .R.M.Heydərova, P.Y.Nağıyev. Kosmosdan yerin tədqiq edilməsi. Bakı – 2011

  2. 2.Nağıyev P.Y., Talıbova S.S. və b. Yerin məsafədən tədqiqinin inkişaf tarixi və aerokosmik foroşəkillərin emalı əsasında təbii sərvətlərin xəritələşdirilməsi. Azərbaycan Milli Aerokosmik Agentliyinin Xəbərləri. Bakı, 2008, №3(2).

Kombinir metod icazə verir ki, topoplanın kontur hissəsini şəkillər vasitəsilə fotoplan üzərində çəkilsin. Relyefi isə çöldə menzula, nivelir və ya taxeometrlə çəkirlər. Bu metod düzənlik və təpəlik rayonların orta miqyasda xəritələrin yaradılmasında istifadə edilir və tədricən topoqrafiyanın əsas metodu hesab olunan menzula ilə çəkilişi sıxışdırıb aradan çıxartdı.

1925 – ildən sonra stereotopoqrafiyanın uğurlu inkişafı nəticəsində (bu metod vasitəsilə kameral şəraitdə düzənlik və təpəlik rayonların həm kontur, həm də relyefini çəkmək mümkün oldu) kombinir metod öz birinciliyini itirdi. Ancaq stereotopoqrafiyanın çətinliklərində, məsələn yaşayış məntəqəsinin düzənlik yerlərində iri miqyasda xəritələrin çəkilməsində kombinir metod tətbiq olunur.

Beləliklə aerofotoçəkiliş və çöl – kameral işləri kombinir metodun əsasını təşkil edir.



Metodun aeroçəkilişə olan tələbləri

Xəritələrin kombinir metodu ilə yaradılması üçün aerofotoçəkilişi normal və ya dar bucaqlı aerofotoaparatlarından istifadə etmək məqsədəuyğundur:



Bu düsturun analizindən sonra belə qənaətə gəlmək olar:



– relyefin hesabına şəkilin nöqtələrinin sürüşməsidir;

h – nöqtənin başlanğıc müstəviyə görə hündürlüyü;

m – şəklin miqyasının məxrəci;

r – radius vektor, şəklin nöqtəsini əsas nöqtə ilə birləşdirən;

f – fotokameranın fokus məsafəsidir.

Bu düsturdan görünür ki, f – böyük olduqda kiçik olur. Genişbucaqlı fotoappatın f = 100mm, normal bucaqlı fotoappatın f = 200mm olacaqdır.

Bu halda şəkillərin zonalar üzrə transformasiyasına ehityac qalmır, yox əgər lazım olarsa zonaların sayını azaltmaq olar.

Şəkilin miqyası hazırlanan xəritənin miqyasından asılıdır və adətən 2-4 dəfə kiçik olur. Şəkillərin uzununa örtümü 60%, eninə isə 30%.

Şəkilin miqyasının kiçildilməsi, aerofotoçəkiliş, geodeziya və fotoqrammetriya işlərinin həcminin azaldılmasına gətirir, eyni zamanda deşifrə və transormasiyanı çətinləşdirir.

Hidrostabilləşdirici qurğunun da istifadə olunması tövsiyə olunur ki, bu da şəkillərin mail bucağının kiçildilməsi üçündür.

Çöl və kameral işləri

Çöl işləri: Şəkillərin plan bağlantısı relyefin çəkilməsi, deşifrə olunması.



  1. Plan bağlantısı, dayaq nöqtələri;

  2. Relyefin çəkilməsi, əsasən fotoplan üzərində;

  3. Deşifrə.

Beləliklə 2 texnoloji sxem alınır.

I sxem:



  1. aerofotoçəkiliş;

  2. çöl işləri – plan bağlantısı;

  3. kameral işləri – fototrianqulyasiya, fotoplanın tərtibi.

  4. çöl işləri – relyefin çəkilməsi və deşifrə

  5. kameral – xəritənin çapa hazırlığı

II sxem:

  1. aeroçəkiliş;

  2. çöl işləri – şəkilin bağlantısı, relyefin çəkilməsi, deşifrə.

  3. Kameral – fototrianqulyasiya horizontalların və konturların fotosxemdən, şəkildən planşetə köçürülməsi, xəritənin çapa hazırlanması.


Mövzu – 18. Yerquruluşunda tətbiq edilən plan - kartoqrafik materiallar haqqında ümumi məlumat

Plan

  1. Ərazinin rəqəmsal modeli

  2. Rəqəmsal (elektron) xəritə

  3. Fotoplan

  4. Ortofotoplan


İstifadə olunan ədəbiyyatlar:

  1. Məsafədən zondlamanın fiziki əsasları – Adil Əzizov – Bakı 2014

  2. .R.M.Heydərova, P.Y.Nağıyev. Kosmosdan yerin tədqiq edilməsi. Bakı – 2011

  3. 2.Nağıyev P.Y., Talıbova S.S. və b. Yerin məsafədən tədqiqinin inkişaf tarixi və aerokosmik foroşəkillərin emalı əsasında təbii sərvətlərin xəritələşdirilməsi. Azərbaycan Milli Aerokosmik Agentliyinin Xəbərləri. Bakı, 2008, №3(2).

Yeni planalma sistemləri tipinin tətbiqi həmçinin kompyuter texnologiyalarına və informasiya sistemlərinə keçid məhəl haqqında məlumatların alınması və saxlanmasını rəqəmli modellər şəklində yerinə yetirməyə imkan verir. Tələb olunarsa rəqəmli modellər vizual şəkildədə təqdim edilə bilər (monitorun ekranında və ya qrafiki olaraq kağız üzərində). Qrafiki plan və xəritələr məhəllin rəqəmli modelinə nisbətən ikinci yerdə durur.


Məhəllin rəqəmli modeli
Məhəllin rəqəmli modeli (MRM) rəqəmlər massivindən (toplusundan) ibarətdir. Toplunun hər bir elementi məhəllin noöqtələrinin xy z koordinatları hesab edilir və bu nöqtələrin semantik məlumatlar rəqəmli kodla şifrələnir. MRM özündə relyef və təfsilat haqqında (situasiya) məlumat saxlayır. Bu informasiyalar iki yerə bölünür : relyefin rəqəmli modeli (RRM) və təfsilatın rəqəmli modeliu (TRM). RRM dedikdə yer səthi nöqtələrinin məkan koordinatlarının (xyz) toplusu başa düşülür. TRM isə müxtəlif obyektləri sərhədlərində yerləşmiş nöqtələrin plan koordinatları (xy) haqqında məlumatı özündə əks etdirir. Bu sərhədlər topoqrafik elementlər, kənd təsərrüfatı uqodiyaları, torpaq müxtəlifliklri, yerləri meşə taksasiya vahidləri və s. ola bilər.

Məhəlin rəqəmli modeli yerquruluşu işlərində və kadastr xidməyində istifadə olunan kartoqrafik məhsulların geniş spektrini yaratmaq üçün baza hesab edilir (rəqəmli xəritələr, fotoplanlar, kontur fotoplanı, topoqrafik fotoplanlar, orto fotoplanlar, fotoxəritə və topoqrafik planlar)


g:\kosmos\reqemsal.jpg

Rəqəmli (elektron) xəritə
Rəqəmli (elektron) xəritə relyefin rəqəmli modelini və situasiyanın (təsnifatın) bir neçə rəqəmli modelini birləşdirir.Təsnifatın hər bir rəqəmli modelin rəqəmli xəritənin bir layını təşkil edir. Rəqəmli xəritənin bütün layları relyefin rəqəmli modeli üzrinə salınır.Bir qayda olaraq rəqəmli xəritələrdə cooğrafi koordinatlar tətbiq olunduğu üçün o xəritələr masştabsız olur. Onların dizualizasiyası zamanı istənilən miqyas tətbiq oluna bilər, lakin miqyasın dəqiqliyi rəqəmli xəritənin yaradılması üçün başlanğıc məlumatların dəqiqliyinə uyğun olmalıdır. Rəqəmli xəritələr lay-lay saxlandığı üçün ənənəvi qrafiki xəritələrə nisbətən özündə daha böyük həcmli informasiya toplaya bilir. Həmçinin rəqəmli xəritələr fiziki qocalmayı, köhnəlməyir. Məhəl haqqında məlumatları müasir səviyyədə saxlamaq üçün müntəzəm olaraq monitorinq və kartoqrafik növbətçilik yerinə yetirilir. Relyefin rəqəmli modeli elə bir səlis səthdirki hündürlüyü məlum nöqtələrdən keçir müəyyət F funksiyası ilə təsvir olunur və məhəlin nöqtələrinin yüksəklik qiymətlərinin onun plan koordinatlarından asılılığını təyin edir: Z=F(X,Y) funksiyanın növü hər bir konkret halda enpirik yolla təyin olunur. Relyefin rəqəmli modelini qurmaq üçün istifadə olunan piketlərin yüksəklik qiymətləri çöl geodeziya ölçmələrin nəticəsində, topoqrafik xəritələrə görə və şəkillərin stereofotqrammetrik işlənməsi yolu ilə almaq mümkündür. Piketlərin yerləşməsinə görə relyein rəqəmli modelləri üç növ olur.

1.Müntəzəm

2.Yarımüntəzəm

3.Struktur.

Ən geniş yayılmış növ müntəzəm (requlyar) hesab olunur. Burada piket nöqtələri kvadrat düzbücaqlı və ya bərabər yanlı üçbucaqlılar şəbəkəsinin düyünlərində yerləşir. Lakin relyefin requlyar rəqəmli modelinin qurulması bəzən relyef haqqında məlumatların itməsinə səbəb olur. Bu onunla əlaqədardır ki, relyefin xarakter (səciyyəvi) nöqtə və xəttləri (təpələrin zirvəsi, çalıların dibi, suyığıcı və su ayırıcı xəttlər) şəbəkənin düyünləri arasında ola bilər və nəticədə relyefin rəqəmli modelində təsvir oluna bilər. RRM struktur növü relyfin daha dəqiq təsvir edib çünki piket nöqtələri relyefin xarakter yerlərində seçilir. Xətti vurğuların layihələrindirilməsində (avtomobil və dəmir yolu, elektrik xəttləri) əsasən yarı müntəzəm (yarı reqular) növ istifadə olunur. Bu modellərdə piket nöqtələri relyefin xarakter yerlərindəki eninə profillərdə və ya birbirində müəyyən məsafədə yerləşmiş olur. Relyefin rəqəmli modeli məhəllin istənilən nöqtəsinin yüksəklik qiymətini müəyyən dəqiqliklə təyin etməyə imkan verir ki buda tək şəklin rəqəmli fotoqrammetrik işlənməsi üçün vacibdir.
g:\kosmos\azerb2.jpg
g:\kosmos\azerb3.jpg

Fotoplan

Fotoplan məhəllin eyni miqyaslı (əsasən standart miqyas) fotoqrafik təsviridir ki üzərində koordinat şəbəkəsi çəkilmişdir. Fotoplanlar əsasən dövlət (və ya şərti) trapesiyalarının çərçivəsi üzrə və ya ayrı ayrı torpaq istifadəsi ərazisi üçün hazırlanır.

Kontur fotoplanlarının üzərində situasiyanın vacib elementləri şərti işarələrlə göstərilir.

Topoqrafik fotoplanlarda təsnifat şərti işarələrlə göstərilir və horizontallar keçirilir. Fototəsvir ləğv edildikdən sonra kontur və toporafik fotoplanlar uyğun olaraq kontur planına və topoqrafik plana çevirilir. Bəzən məsələn eroziyaya qarşı tədbirlərin layihıləndirilməsində fototəsvirin saxlanılması məqsədəuyğun hesab olunur. Çünki fototəsvir eroziya prosesləri haqqında maksimum informasiya daşıyır. Belə hallarda topoqrafik fotoplanlarda şərti işarələrin miqdarını mümkün qədər minimuma salmaq tələb olunur. Bunun nəticəsində alınan məhsul fotoxəritə adlanır.


g:\kosmos\fotoq-9.jpg


Ortofotoplan

Məhəllin ortoqonal proyeksiyada fotoqrafik təsvirinə ortofotoplan deyilir.İqtisadi nöqteyi nəzərdən qabaqlar ortofotoplanları dağlıq ərazilər üçün tərtib edirdilər. Müasir zamanda ortofotoplanlar istənilən yüksəlişli və relyef formalı olan müxtəlif rayonlar üçündə təltif edilir.




g:\kosmos\fotoq-36.jpg

Mövzu – 19. Tək şəkillərin rəqəmsal fotoqrammetrik işlənməsinin texnologiyası
Plan

  1. İşlərin hazırlanması

  2. Çəkilişin hazırlanması

  3. Vektorlaşdırma

  4. Korrektirovka

  5. Vektorlu şəkilləri transformasiyası

  6. Konturlu planın hazırlanması


İstifadə olunan ədəbiyyatlar:

  1. Məsafədən zondlamanın fiziki əsasları – Adil Əzizov – Bakı 2014

  2. 1.R.M.Heydərova, P.Y.Nağıyev. Kosmosdan yerin tədqiq edilməsi. Bakı – 2011

  3. 2.Nağıyev P.Y., Talıbova S.S. və b. Yerin məsafədən tədqiqinin inkişaf tarixi və aerokosmik foroşəkillərin emalı əsasında təbii sərvətlərin xəritələşdirilməsi. Azərbaycan Milli Aerokosmik Agentliyinin Xəbərləri. Bakı, 2008, №3(2).


Tək şəkillərin fotoqrammetrik işlənməsi aşağıdaki mərhələlərdın ibarətdir:



  1. Hazırlıq mərhələsi

  2. Təsvirin daxil edilməsi

  3. Vektorlaşdırma və verktorlaşdırılmış təsvirin korrekt edilməsi

  4. Transformasiya olunmuş şəkillərin və ya onun fraqmentlərinin birləşdirilməsi (dikilməsi)

  5. Kontur planının yaradılması


Hazırlıq işləri

Hazırlıq işlərində işlərin obyekti üçün neqativlərin kontakt şəkillərinin mövcud topoqrafik plan və xəritələrin, həmçinin aerofotoşəkil və fototrianqulasiyanın çöl bağlanışı materiallarıseçilib toplanılır. Bundan əlavə AFA –nın pasport məlumatları, aerofotoplanalmanın parametləri (miqyas və şəkilçəkmə hündürlüyü) alınmalıdır. Əgər uçan aparatın bortunda aerofotoplanalma üçün GPS qəbul edicisi və inersion naviqasiya sistemi qurulmuşdursa onların işlənmə nəticlərinin göstəriciləridə toplanılmalıdır.



g:\kosmos\fotoq-16.jpg


Təsvirin daxil edilməsi

Fotoqrammetrik işlənmə zamanı ilkin təsvir üçün aerofilmlərin neqativlərin deşifrə edilmiş şəkillər və onların böyüdülmüş fraqmentləri istifadə olunur. Hazırda təsviri daxil edilməsi əsasən skaner yolu ilə yerinə yetirilir. Bu zaman skaner qurğusu texniki xarakteristikasına və qiyməti ilə məhsuldarlığının nisbətinə əsasən seçilir. Skanerin texniki xarakteristikası şəkillərin işlənməsinin xətti bacarıq gücünə əsasən təyin edilir. Skanerin pozisiya dəqiqliyi şəkillərdə koordinatların ölçünmə dəqiqliyindən (2-5mkm) az olmamalıdır. Belə dəqiqlikli skanerlər yalnız çox baha fotoqrammetrik skanerlərdir. Lakin rastrın həndəsi korreksiyası proqramının istifadəsi şəkilləri fotoqrammetrik işlənməsində ofis skanerlərinin tətbiqinə imkan verir.




Vektorlaşdırma

Vektorlaşdırma – deşifrələnmə nəticələrinin vektor formasında təqdim edilməsidir. Bu zaman deşifrə olunmuş obyektlərin sərhədləri sınıq xəttlə ifadə olunur. Sınız xəttlərin hər bir manqası kompyuterin yaddaşına başlanğıcının və sonunun koordinatları formasında yazılır. Yəni obyektlərin sərhədləri döngə nöqtələrinin koordinatları şəklində daxil edilir. Vektorlaşdırma əl üsulu yarı avtomat və avtomat rejimində yerinə yetirilir.

Vektorlaşdırma əməliyatının xətalarının ləğv edilməsi vektorlaşdırılmış təsvirin korrektirovkası adlanır. Belə xətalar konturların sərhədlərinin qapanmaması sərhədlərin ikiqat xəttli olması kəsişmə nöqtələrində sərhədlərin çıxışı və s. ola bilər. Korrektirovka avtomatik olaraq yerinə yetirilir və qalıq xətalar operator tərəfindən aradan qaldırılır. Bundan sonra transformasiya prosesi aparılır. Dayaq nöqtələri üçün geodeziya koordinatlarının faylı yaradılır.
g:\kosmos\pic2_big.jpg


g:\kosmos\pic3_big.jpg


Transformasiya olunmuş şəkillərin və ya onun fraqmentlərinin birləşdirilməsi (dikilməsi)

Transformasiya olunmuş şəkillər və yaxud onların böyüdülmüş fraqmentləri ümumi elektron təsvirdə birləşdirilir. Onların birləşmə xəttlərində eyni bir konturun plan vəziyyətində uyğunsuzluq yarana bilər. Onun qiyməti 1 millimetrdən çox olmasa buraxıla bilən hesab edilir. Bu halda konturların məlumatlarının ümumiləşdirilməsi geodeziya planalmasının planşetlərində olduğu kimi yerinə yetirilir.


Kontur planının yaradılması

Konturların uyğunsuzluğunun yaranmasının əsas səbəbi relyefdir, daha dəqiq desək relyefin modelinin düzünə fotoqrammetrik kəstirmə həllinin yaradılması və istifadə edilməsidir. 2 tansformasiya olunmuş təsvirin birləşdirmə xətti üzərində yerləşən konturun eyni bir nöqtəsinin plan koordinatları birinci və ikinci şəkillərinin əsasında alınmış relyef modellərinin yeksəkliyindən istifadə etməklə hesablanılır. Əgər onların yüksəklikləri eyni alınmayırsa, onda birinci və ikinci şəkillərdəki konturlarn nöqtələrinin hesablanmış koordinatlarda fərqli olacaqdır. Koordinatların fərqləri yüksəkliklərin fərqinə uyğun olaraq, həmçinin kontur nöqtələrinin transformasiya olunmuş şəkillərin nadir nöqtəsindən olan məsafəsinə görə artıb azalır. Birləşdirilmiş təsvirərin ümumi məlumatlarının alınması işini azaltmaq üçün birləşmə xəttlərini mümkün qədər xətti obyektlər boyu seçmək məqsədəuyğundur.

Birləşmə nəticəsində xəritələşən ərazinin və ya onun hissəsinin vahid transformasiya olunmuş elektron təsviri alınır. Deşrifləmə məlumatları əsasında hər bir kontura müəyyən şərti işarə verilir. Bundan sonra avtomatik rejimdə bahid planın qəbul olunmuş miqyasa əsasən dövlət bölgüsünə uyğun bölünməsi yerinə yetirilir.


g:\kosmos\206285193_1_644x461_geodeziya-topografiya-kartografiya-fotogrammetriya-kontrlnye-dnepropetrovsk.jpg

g:\kosmos\fotogram6.jpg


Mövzu 20. Şəkillərin rəqəmli stereofotoqrammetrik işlənməsinin texnologiyası.

Plan:


  1. Şəkillərin rəqəmli stereofotoqrammetrik işlənməsi.

  2. Şəkillərin rəqəmli işlənməsinin aparat vasitələri.

  3. Proqram təminatı.

ƏDƏBİYYAT

1.R.M.Heydərova, P.Y.Nağıyev. Kosmosdan yerin tədqiq edilməsi. Bakı – 2011

2.Nağıyev P.Y., Talıbova S.S. və b. Yerin məsafədən tədqiqinin inkişaf tarixi və aerokosmik foroşəkillərin emalı əsasında təbii sərvətlərin xəritələşdirilməsi. Azərbaycan Milli Aerokosmik Agentliyinin Xəbərləri. Bakı, 2008, №3(2).
Şəkillərin rəqəmli stereofotoqrammetrik işlənməsini

Şəkillərin rəqəmli stereofotoqrammetrik işlənməsinin nəticəsi ortofotoplanın yaradılmasıdır ki,onları rəqəmli fotoqrammetrik işçi stansiyalardan və xüsusi proqram təminatlı fərdi kompüterlərdə hazırlayırlar.Eyni vaxtda yüzlərlə şəkildən ibarət bir neçə bloku işləmək mümkündür.

Təsviri yüksək dəqiqlik fotoqrammetrik skaner vasitəsilə daxil edirlər.Skaner olunma zamanı ilkin təsvirin fotoqrafik keyfiyyətinin yaxşılaşdırılması nəzərdə tutulur.(Kontranslıq əmsalının artırılıb azaldılması,kölgəli və işiqlı sahələrin işlənməsi və s.) Müasir skanerlərdə avtomatik rejimdə 500 şəklə qədər skaner etmək mümkündür.

g:\kosmos\fotoq-15.jpg

Şəkillərin rəqəmli işlənməsinin aparat vasitələri.

Şəkillərin rəqəmli stereofotoqrammetrik işlənməsinin fərdi kompüterlərdə,fərdi işçi stansiyalarda (PC Workstation-PC WS); RİSK-UNİX işçi stansiyası-( UNİX WS).Hansı aparatların seçilməsi istifadə olunan materialdan onun növü və həcmindən asılıdır.Şəkillərlə ixtisaslı iş UNİX işçi stansiyalarında yerinə yetirilir ki,onun tərkibinə bərk diskdə böyük yaddaş həcimli və güclü yüksək taktlı tezlikli ( 450 MQs) güclü prosesrlər daxildi.

Fərdi işçi stansiyalar funkiyasına və məhsuldarlıqına görə UNİX işçi stansiyaları ilə müqayisə oluna bilən və qiyməti adi fərdi kompüterə bərabər olan stolüstü EHM-dir. PC WS versiyası yeni aparat kateqoriyası kimi 1996 – cı ildə yaradılıb və fərdi kompüterlərdə UNİX işçi stansiyalar arasında yer tutur.Ona üç amil təsir edir.


  1. Daha ucuz Pentium Pro və Pentium II prosesrlərinin yaradılması (məhsuldarlığına görə UNİX versiyasında istifadə olunan PA-RİSC;SPARC MİRS prosessorları ilə müqaysə olunur.

  2. 32- bitlik Windows NT əməliyyat sisteminin tətbiqi.

  3. Open GL yüksək məhsuldarlıqlı qrafiki alt sistemin tətbiqi.

Əsas aparat vasitəsi olan kompüterlərin vacib xarakteristikası prosessorun taktlı tezliyi, bərk diskin həcmi və tez işləməsi hesab olunur.Bu xarakteristikaların əhəmiyyətinin artımı kompüterlərinin qiymətini bahalaşdırır.Bu səbəbdən aparat vasitəsi seçimindən onun qiyməti ilə tələb olunan funkisonal imkanı arasında optimal nisbət tapılmalıdır.

g:\kosmos\fotoq-19.jpg

Proqram təminatı.

Rəqəmli fotoqrammetrik üsulların tətbiqi xüsusəndə onun fərdi kompüterlərdə istifadəçilərinin özlərinin şəkillərin fotoqrammetrik işlənməsinə imkan verdi.Nəticədə bahalı optiki mexaniki alətlərə və yüksək ixtisaslı kadrlara ehtiyac qalmır.”Şəkillərin işlənməsi” termini “şəkillərlə iş” termini tərəfindən sıxlaşdırılır.Buna iki termin səbəb olur.



  1. Kompüter texnikasının imkanı və ona girişin asan olmasıdır ki,istifadəçinin özü tərəfindən yerinə yetirilə bilir.

  2. Logik strukturlu ixtisaslı proqram paketlərinin tətbiqi, interfeysdən istifadənin rahatlığı müxtəlif ixtisaslı mütəxəssislərin(yerquruluşçusu torpaqşünas,kadastr mütəxəsisi və s.) işini yüngülləşdirir.

Proqram təminatı məxxüsusi xüsusiyyətə malikdir.Bu da ilk növbədə böyük həcimli fayıllarla işləmək məcburiyyəti və məlumatın məkan bağlılığı ilə əlaqədardır.

Şəkillərin işlənməsi proqramının müasir paketi elə tərtib olunmuşdur ki,işlənmə nəticəsini deyil lazımi olan zamanı nəticəni almaqa imkan verən ilkin şəkil və alqoritmlər yaddaşda saxlanılsın.Bunu belə aydınlaşdırmaq olar.



  1. Hər bir dəyişiklik ilkin informasiyanın itgisinə səbəb olur və qabaqcadan bu itkinin nə qədər əhəmiyyətli olması məlum olmayır.

  2. Müasir kompüterlərin sürətli işli və disk yaddaşının çox bahalıqını nəzərə alaraq ilkin təsvirlərlə əməliyyatı təkrar etmək yaddaşı dəyişilmiş təsvirlərlə doldurmaqdan iqtisadi cəhətdən daha əlverişlidir.

Fotoqrammetrik proqram təminatı iki sinifə bölünür.

  1. Tək şəkillərin işlənməsi proqramı.

  2. Stereofotoqrammetrik işlənmə proqramı.


Mövzu 21.
Ərazinin rəqəmsal modelinin yaradılmasının texnoloji sxemləri
Plan

1.Texnoloji sxem

2.Şəkillərin rəqəmsal stereofotoqrammetrik üsulla ortofotoplanın yaradılmasının texnoloji sxemi.

3.Şəkillərin fotoqrammetrik emalı üçün aerofotoşəkilçilərin parametrlərinin seçimi .

4.Plan kartoqrafik materialların hazırlanması
Ədəbiyyat

1.R.M.Heydərova, P.Y.Nağıyev. Kosmosdan yerin tədqiq edilməsi. Bakı – 2011

2.Nağıyev P.Y., Talıbova S.S. və b. Yerin məsafədən tədqiqinin inkişaf tarixi və aerokosmik foroşəkillərin emalı əsasında təbii sərvətlərin xəritələşdirilməsi. Azərbaycan Milli Aerokosmik Agentliyinin Xəbərləri. Bakı, 2008, №3(2).

Ərazinin rəqəmsal modelinin yaradılmasının texnoloji sxemləri
Texnoloji sxemlə texniki və təşkilat proseslərinin qarşılıqlı ardıcıllığı olmaqla yerinə yetirilməsi nəticəsində ərazinin rəqəmsal modelinini alırlar. Aero və kosmik çəkilişlərin sənədlərinə əsasən ərazinin modelini yaradan zaman aşağıdakıları yerinə yetirirlər; aero-yaxud kosmik çəkilişləri ; şəkillərin geodezik bağlanması ; şəkillər deşifrlənməsi; şəkillərin fotoqrammetrik emalı və ərazinin rəqəmsal modelinin alınması .

Sadalanan hər bir prosesin özünə məxsus həyata keçirilmə xüsusiyyəti vardır. Ona görə də onların birləşdirilməsi ərazinin rəqəmsal modelinin yaradılması zamanı texnologiyanın müxtəlif variantlarına gətirib çıxarır. Texnoloji sxemin seçilməsinə hər şeydən əvvəl son məhsulun görünüşü təsir edir: 1.Tələb olunan metrik dəqiqlik 2. Modelin semantik informasiyasının məzmunu və həcmi .

Texnologiyanın seçilməsini müəyyənləşdirən əsas faktorlar:

1.texniki təminat(kompyüterlər, proqramlar , giriş-çıxışın quruluşu)

2.icraçıların ixtisaslığı və işin yerinə yetirilmə müddəti.

Bunlardan başqa işin aparıldığı rayonun fiziki –coğrafi və iqlim faktorları nəzərə alınır. İqtisadi cəhətdən vahid məhsul alınması minimal xərclə olmalıdır; məsələn 1 ha və yaxud 1km2 sahənin plan- kartoqrafik materialları yaradılmasına çəkilən xərclər.




Şəkillərin rəqəmsal stereofotoqrammetrik üsulla ortofotoplanın yaradılmasının texnoloji sxemi.

Verilmiş texnologiyanın fərqli xüsusiyyətləri-şəkillərin sterqoskopik emalından istifadə, hansı ki, ərazinin relyefi tamamilə nəzərə alınır. Rəqəmsal fotoqrammetriya üsulları az lavazimat, əmək və zaman məsarifi ilə tələb olunan dəqiqliklə ortofotoplanların hazırlanma prosesini təşkil etməyə imkan yaradır.

Ortofotoplanın yaradılmasının əsas mərhələlərinə baxaq.

Süni dayaq işarələrinin ərazidə qoyulma prosesinə çöl markirovkası deyilir. Ərazidə təbii konturun olmadığı yerlərdə markirovka aparılır. Ərazidə dayaz xəndəklər qazılır, əhənglənir yaxud digər materiallardan istifadə edilir. Taninma forması əsas,kvadrat və s. şəklində ola bilər. İşarənin ölçüsü olunan planalmanın miqyasından asılıdır. Markirovkası şəkillərin fotoqrammetrik emalı tələblərini ödəyən əvvəlcədən nəzərdə tutulmuş zonalarda həyata keçirirlər. Sərhəddin şəkilməsini asanlaşdırmaq üçün torpaqdan istifadənin sərhədlərinin saxlanılmış döngə məntəqələrini işarələyirlər.

Aerofotoplanalmanın miqyasını, sahə çəkilişin hündürlüyünü elə hesablayırlar ki, planlı və yüksəklik koordinatlarının lazimi dəqiqliyi təmin edilsin.

Fotoqrammetrik emala daxildir:

1.Şəkillərin skanlaşdırılması(skanirovanie)və maqnit daşıyıcılarında rəqəmsal şəkillər bazasının yaradılması;

2.Şəkillərin emalı üçün lazımi giriş;

3.marşrutlu yaxud bloklu fototranqulyasiya ;

4.ərazinin rəqəmsal modelinin yaradılması;

5.ortofototranqulyasiya, elektron ortofotoplanların hesablanması.

Ortofotoplan müştəriyə maqnit yaxud kağız daşıyıcılarda vektor formasında verilir.



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin