3.2 Torpağın yaranma prosesi: Süxurların aşınması
Aşınma – dağ süxurları və onları təşkil edən mineralların atmosfer, hidrosfer və biosfer amillərinin təsiri altında kəmiyyət və keyfiyyətcə dəyişməsindən ibarət mürəkkəb və müxtəlif proseslərin məcmusudur.
Dağ süxurlarında aşınma proseslərinin baş verdiyi horizontlara aşınma qabığı deyilir. Aşınma qabığında iki zona fərqləndirilir: birinci, səthi və ya müasir aşınma zonası, ikinci, iç və ya qədim aşınma zonası.
Torpaqəmələgəlmə prosesinin baş verdiyi müasir aşınma qabığının qalınlığı 1-2 sm-dən 2-10 m arasında dəyişir. Aşınma prosesinin üç formasını fərqləndirirlər: fiziki, kimyəvi və bioloji.
Dostları ilə paylaş: |