İxtisasın adı: Kənd təsərrüfatı Modulun adı: Torpaqşünaslıq Modulun nömrəsi


Torpaqların aqroistehsal qruplaşması



Yüklə 10,37 Mb.
səhifə19/77
tarix10.01.2022
ölçüsü10,37 Mb.
#106563
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   77

3.4.1 Torpaqların aqroistehsal qruplaşması


Torpaqların aqroistehsalat qruplaşması – torpaqların təsnifat vahidlərinin xassələrinə və ya hər hansı bir kənd təsərrüfat bitkisinə, yaxud bitgi qrupuna münasibətdə yaxın aqronomik keyfiyyətlərinə görə birləşdirilməsidir. Torpaqlar beş aqroistehsal qrupunda qruplaşdırılmışdır.

I qrup – yüksək keyfiyyətli torpaqlar. Bu torpaqlar yüksək balla (81- dən çox) qiymətləndirilərək yüksək siniflərə (IX-X) daxil edilmişdir.

II qrup – yaxşı keyfiyətli torpaqlar münbitlik göstəricilərinə görə 61-80 balla qiymətləndirilmiş və VII-VIII bonitet sinfinə aid edilmişdir.

III qrup – orta keyfiyyətli torpaqlar. Bu torpaqlar 41-60 balla qiymətləndirilərək V - VI bonitet siniflərinə aid edilmişdir.

IV qrup – aşağı keyfiyyətli torpaqlar, 21-40 balla qiymətləndirilmiş və III-IV bonitet siniflərinə aid edilmişdir.

V qrup – kənd təsərrüfatı istehsalı üçün şərti yararsız torpaqlardır. Bura güclü şorlaşmış, güclü şorakətli, daşlı, bataqlıq torpaqları daxildir.




3.4.2 Yaylaqlar

YAYLAQLAR – mal-qaranın yay zamanı otarıldığı ərazi, yer. Maldarlıq meydana gəldikdən sonra yaylaqdan dan geniş istifadə olunur. Azərbaycanda yaylağın əksəriyyəti dəniz səviyyəsindən 3000 m-ə qədər yüksəklikdədir. Böyük və Kiçik Qafqaz dağlarındakı alp və subalp çəmənlikləri qoyunçuluğun qədim yaylağı sayılır. Azərbaycanda təqribən 6 minlik tarixi olan yaylaqdandan indi də geniş istifadə olunur (Şəkil 1.10-11).



Şəkil 1.10. İsmayıllı rayonun yay otlaqları-alp çəməni



Şəkil 1.11. İsmayıllı rayonun yay otlaqları-subalp çəmən



Yüklə 10,37 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin