səhifə 32/77 tarix 10.01.2022 ölçüsü 10,37 Mb. #106563 növü Dərs
5.2 Humus (Torpağın üzvi hissəsi)
“Humus ” - Latın sözü olub mənası” çürüntü ” deməkdir. Bitki və heyvan qalıqlarının mürəkkəb proseslər nəticəsində parçalanaraq tamamilə mütəşəkkil hüceyrə quruluşunu itirmiş , torpağın üst qatlarında toplanan üzvi maddəyə humus deyilir(Şəkil 3.15).
Şəkil 3.15. Torpaqda humus maddəsinin formalaşması ardıcıllığı
Torpaqda humusun aşağıdakı növləri var:
Sərbəst humus turşuları( Humin və fulvo turşuları.)
Humus turşularının heteropolyar duzları (qüvvətli turşuların humatları- fulvatları);
Humus turşularının kompleks –heteropolyar duzları (Fe və Al duzları);
Torpaqda humusun miqdarının və tərkibinin saxlanılmasından ötrü aşağıdakı tədbirlərin görülməsi nəzərdə tutulur:
Peyin və torf kompostlar şəklində verilməsi
Yaşıl gübrələrin tətbiqi(acı paxla, seradella və s.)
Ot əkinləri
Turş torpaqların əhəngləşdirilməsi
Şorakətlərin gipsləşdirilməsi
Torpaqların düzgün becərilməsi
Səmərəli melorasiya
Dostları ilə paylaş: