Giriş
Hörmətli oxucu!
Torpaq, yer kürəsinin ən qiymətli ünsürü, ən sehrli maddəsidir. Hava, su, işıq onunla vəhdətdədir. Peyğəmbərimiz (s) "İnsanlar Adəm oğullarıdır (Adəmdən törəmişdir). Adəm isə torpaqdan yaradılmışdır" (Əhməd ibn Hənbəl, Müsnəd), - deyə buyurmuşdur.
TORPAQ – Yer kürəsinin quru hisəsində bitkilərin məhsuldarlığını təmin etmək qabiliyyətinə malik olan üst kövrək münbit qatıdır. Dağ (ana) süxurun üst horizontları orqanizmlərin, bitki örtüyünün atmosferin və hidrosferin uzunmüddətli dərin təsirinə məruz qalaraq torpağı dağ süxurundan fərqləndirən başlıca cəhət onun münbitliyidir.
Hörmətli oxucu! - bu modul sənə torpaq haqqında aşağıdakı sıralanan nəzəri və praktiki biliklərə yiyələnməkdə köməklik edəcəkdir.
Torpaq əmələgəlmə prosesi və onun əsas geoloji komponentləri, torpağın yaranma prosesi: fiziki, kimyəvi və bioloji aşınma, eroziya, çöküntü, torf əmələgəlməsi, torpaq layları: A-, B-, C- layları, yerdəyişmə (sürüşmə) qatları haqqında məlumat almaq və torpaq əmələgətirən süxurlar tanımaq, saymaq vərdişləri formalaşacaqdır.
Torpaq qranulometrik tərkibi haqqında məlumatlanmaq və fraksiyaları(hissəcikləri) ayird etmək bacarığını qazanmaq.
Torpağın struktur tərkibi, fiziki və fiziki mexaniki, bioloji və kimyəvi tərkibi haqqında nəzəri bilikləri artırmaq və turşuluq dərəcəsini müəyyən etmək, torpağın strukturunu qiymətləndirmə kimi praktiki bacarıqları inkişaf etdirmək.
Becərilmənin məqsədi: Torpağın münbitliyi, kök atma sahəsinin genişləndirilməsi, qalıqların işlənməsi, əkin ləklərinin (cərgə) hazırlanması, alaq otları və xəstəliklər ilə mübarizə aparmaq. Becərilmənin əsasları: Düzgün vaxtın müəyyən edilməsi, uyğun aqreqatların və alətlərin seçilməsi, aqreqatların işləmə dərinliyi kimi məlumatlara yiyələnmək və müasir torpaq becərmə işlərinin praktiki istifadəçisi olmaq.
Düzgün olmayan torpaq becərilməsi ilə yaranan bərkləşmə zonaları, torpaq növü və ya səhv becərilmədən formalaşan bataqlaşma, külək və su ilə eroziya, şoranlaşma və duzlaşma ilə torpağın strukturunun dağılmasına səbəb olacaq fəaliyyət haqqında məlumatlı olmaq və adekvat torpaq qoruyucu tədbirlərin praktiki iştirakçısı olmaq.
Torpağın qida elementləri ilə təmin olunma vəziyyəti və torpağın optimal məhsuldarlıq səviyyəsinə qaldırılması yolları haqqında məlumat almaq və analiz üçün torpaq nümunələrinin götürülmə metadologiyasına yiyələnmək və analiz etmək vərdişlərini formalaşdıracaqsan.
Bu yolda sənə UĞURLAR!
Dostları ilə paylaş: |