Yapışqanlıq (ilişkənlik), torpağın, onunla əlaqəsi olan əşyalara ilişmə qabiliyyətidir. Yapışqanlıq torpağm qranulometrik, kimyəvi və mineroloji tərkibindən, struktur vəziyyətindən və nəmliyindən asılıdır.
Torpaq hissəcikləri arasında olan əlaqə, onların digər əşyalarla əlaqəsindən az olduqda ilişkənlik əmələ gəlir.
Ağır qranulometrik tərkibli gilli torpaqlar qumsal torpaqlara nisbətən daha çox yapışqanlıq xüsusiyyətinə malik oiuriar. Nəmliyin müəyyən həddində torpaq daha çox yapışqanlı olur. Torpağın kənd təsərrüfatı alətlərinə yapışması, dartı qüvvəsinə müqaviməti artırır və becərmələrin keyfıyyətini aşağı salır.
Rabitəlilik. torpaq hissəcikiəri arasında olan əlaqənin qırılmasına qarşı olan müqavimətdir. Rabitəlilik torpağın qranulometrik, kimyəvi və mineroloji tərkibindən, struktur vəziyyətindən və nəmlənmə dərəcəsindən asılıdır. Gilli və gillicəli şorakət torpaqlar quru vəziyyətdə daha çox rabitəliliyə malik olur. Bu cür torpaqlar müəyyon nomlik həddində nisbətən az rabitəli olmaqla asan becərilir. Rabitəliliyin azalması torpaqda gedən texnoloji proseslərin aparılmasını asanlaşdırır və becərmələrin keyfıyətini artırır.
Dostları ilə paylaş: |