Torpağın tərkibinin, torpaqda mikroorqanizmlərin (göbələk, bakteriya) miqdarının, mikroelementlərin və bəzi makroelementlərin ehtiyatının bu və ya digər dərəcədə kəskin pozulması və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının azalması. Torpağın gücdən düşməsinin əsas səbəbləri eyni sahədə uzun müddət eyni kənd təsərrüfatı bitkisinin becərilməsi, torpaqda xəstəliktörədən mikroorqanizmlərin toplanması, zərərli cücü və alaqların inkişafı və s.-dir. Qarşısını almaq üçün növbəli əkinə riayət etməli, gübrələrdən və pestisidlərdən istifadə etmək lazımdır.