səhifə 32/77 tarix 10.01.2022 ölçüsü 10,37 Mb. #106563 növü Dərs
5.2 Humus (Torpağın üzvi hissəsi)
“Humus ” - Latın sözü olub mənası” çürüntü ” deməkdir. Bitki və heyvan qalıqlarının mürəkkəb proseslər nəticəsində parçalanaraq tamamilə mütəşəkkil hüceyrə quruluşunu itirmiş, torpağın üst qatlarında toplanan üzvi maddəyə humus deyilir(Şəkil 3.15).
Şəkil 3.15. Torpaqda humus maddəsinin formalaşması ardıcıllığı
Torpaqda humusun aşağıdakı növləri var:
Sərbəst humus turşuları( Humin və fulvo turşuları.)
Humus turşularının heteropolyar duzları (qüvvətli turşuların humatları- fulvatları);
Humus turşularının kompleks –heteropolyar duzları (Fe və Al duzları);
Torpaqda humusun miqdarının və tərkibinin saxlanılmasından ötrü aşağıdakı tədbirlərin görülməsi nəzərdə tutulur:
Peyin və torf kompostlar şəklində verilməsi
Yaşıl gübrələrin tətbiqi(acı paxla, seradella və s.)
Ot əkinləri
Turş torpaqların əhəngləşdirilməsi
Şorakətlərin gipsləşdirilməsi
Torpaqların düzgün becərilməsi
Səmərəli melorasiya
Dostları ilə paylaş: