5.10 Mikroorqanizmlər.
Torpaqda müxtəlif qrup mikroorqanizmlər (bakteriyalar, göbələklər, aktinomisetlər) və yosunlar inkişaf edir. Onların miqdarı böyük ölçülərdə, 1q torpaqda milyondan milyarda qədər dəyişir.
Mikrofloranın miqdarı və tərkibi, həmçinin mikrobioloji proseslərin intensivliyi torpağın təbii vəziyyətindən və insanın torpağa istehsal təsirindən asılıdır.
Torpağın becərilməsi, xüsusən də şumlanması onun su, hava və istilik rejiminə təsir göstərir. Torpaqda əlverişli şəraitin yaradılması mikroorqanizmlərin inkişafını gücləndirir.
Torpaqda mikrobioloji fəallığı müəyyən edən əhəmiyyətli amil üzvi və mineral gübrələrin verilməsidir. Üzvi gübrələr torpaqda mikroorqanizmlərin inkişafına və onların bioloji fəallığına həmişə müsbət təsir göstərir. Peyinin sistematik verilməsi torpaqdakı mikroorqanizmlərin ümumi miqdarını əhəmiyyətli dərəcədə artırır.
Mineral gübrələr mikroorqanizmlərin inkişafını stimullaşdırır və bu da torpağın üzvi maddəsinin parçalanmasını sürətləndirir.
Dostları ilə paylaş: |