OİTP- orta ixtisas üzrə Təhsil Proqramı
ÜK – ümummədəni kompetensiyalar
PK – peşə kompetensiyaları
040524 – «Vaqon və refrejerator təsərrüfatı» ixtisasının xarakteristikası.
OİTP-nin mənimsənilməsinin normativ müddəti və məzunlara verilən ixtisas dərəcəsi:
-
*- Ümumi orta təhsil bazasından və qiyabi forma üzrə təhsil müddəti 1 il artıqdır (ixtisas üzrə qiyabi formada təhsiı nəzərdə tutulduqda).
Məzunun ixtisas xarakteristikası və kompetensiyası
2.1. Subbakalavrın ixtisas xarakteristikası.
- “Vaqon və refrejerator təsərrüfatı” ixtisası üzrə subbakalavr təhsil müddətində aldığı biliklər əsasında «Vaqon və refrejerator təsərrüfatı» ixtisası üzrə iş sahələrində peşə fəaliyyətinə, həmçinin həmin ixtisas üzrə bakalavr pilləsində təhsilini davam etdirməyə hazır olmalıdır.
- “Vaqon və refrejerator təsərrüfatı” ixtisasına yiyələnmiş mütəxəssislər uyğun istehsal və qeyri-istehsal sahələrində mülkiyyət formasından və tabeçiliyindən asılı olmayaraq təşkilatlarda, idarələrdə, müəssisələrdə və s. işləyə bilər.
- bu ixtisası bitirmiş mütəxəssislər istismar olunan vaqonlar üzrə mütəxəssis kimi fəaliyyət göstərə bilər. Bu mütəxəssislərin əsas fəaliyyət obyektləri Vaqon Depoları və onların müvafiq struktur bölmələri ola bilər.
2.2. Proqramın mənimsənilməsi nəticəsində məzunun kompetensiyasına qoyulan
tələblər.
Burada ixtisasından asılı olaraq subbakalavrın ümummədəni (ÜK) və peşə (PK)
kompetensiyasına qoyulan tələblər müəyyənləşdirilir və kodlaşdırılır.
2.2.1. Məzun aşağıdakı ümummədəni kompetensiyalara (ÜK) yiyələnməlidir:
- kollektivdə işləmək qabiliyyəti (ÜK-1);
- digər sahələrin mütəxəssisləri ilə ünsiyyətdə olmaq qabiliyyəti (ÜK-2);
- fəal sosial mobillik (ÜK-3);
- beynəlxalq arenada işləmək qabiliyyəti (ÜK-4);
- hüquqi biliklər və etik normalara malik olmaq (ÜK-5);
- yeni ideyalar irəli sürmək qabiliyyəti (ÜK-6);
- müstəqil işləmək (ÜK-7);
- təşəbbüskarlıq və liderlik (ÜK-8);
- işi təşkil etmək və planlaşdırmaq qabiliyyətinə malik olmaq (ÜK-9);
- nəzəri biliklərlə təcrübənin əlaqəsini möhkəmləndirmək qabiliyyəti (ÜK-10);
- İKT-dən istifadə etməyi bacarmaq (ÜK-11);
- öz inkişafına, peşəkarlığına çalışmaq (ÜK-12);
- fikrini düzgün və yiğcam ifadə etmək (ÜK-13);
Dostları ilə paylaş: |