2.2.2. Məzun aşağıdakı peşə kompetensiyalarına (PK) yiyələnməlidir:
Tədqiqat sahəsi üzrə:
ixtisasının mahiyyətini və sosial mənasını bilməli, ona davamlı maraq göstərməli, ixtisası üzrə tədqiqat üsullarından istifadə etmək qabiliyyətinə malik olmalıdır (PK-1);
ixtisasına uyğun planlaşdırma üsullarından istifadə etmək bacarığı (PK-2);
tədqiqat işinin aparılması (PK-3);
ixtisasa uyğun məsələlərin təhlilini aparmaq bacarığı (PK-4);
vəzifə borcunun yerinə yetirilməsi üçün müxtəlif üsulları seçməyi və onları qiymətləndirməyi bacarmalıdır (PK-5);
elektron kitabxanalardan, referativ jurnallardan ixtisasına uyğun aktual elmi-texniki məlumatları əldə etmək (PK-6);
İstehsalat-texnoloji sahəsi üzrə:
peşə fəaliyyətində öz ixtisasının mahiyyətini və sosial mənasını bilməli və vaqonlardan istifadəni bacarmalıdır (PK-7);
standart və qeyri-standart şəraitlərdə qərar qəbul etməli və ona cavabdeh olmağı bacarmalıdır (PK-8);
ixtisas səviyyəsini daim artırmalı və iş sahəsində yeniləşən texnika və
texnologiyalardan istifadə etməyi bacarmalıdır (PK-9);