İxtisasın (proqramın) şifri və adı 040529 – Nəqliyyatda daşımaların təşkili baki – 2014



Yüklə 191,37 Kb.
tarix17.01.2017
ölçüsü191,37 Kb.
#610



AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 01 oktyabr 2014-cü il tarixli 1045 nömrəli əmri ilə təsdiq edilmişdir


Orta İxtisas Təhsilinin Dövlət Standartı
Subbakalavr hazırlığı üzrə

T Ə H S İ L P R O Q R A M I

İxtisasın (proqramın) şifri və adı
040529 – Nəqliyyatda daşımaların təşkili

BAKI – 2014



  1. Ümumi müddəalar


    1. Subbakalavriat səviyyəsinin 040529- “Nəqliyyatda daşımaların təşkili” ixtisası üzrə Təhsil Proqramı (bundan sonra ixtisas üzrə Təhsil Proqramı) «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş «Orta ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı»na, «Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı»na və “Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili qaydaları”na uyğun hazırlanmışdır.

    2. İxtisas üzrə Təhsil Proqramı tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən və həmin ixtisas üzrə subbakalavr hazırlığını həyata keçirən bütün orta ixtisas təhsili müəssisələri üçün məcburidir.

    3. Strukturda istifadə olunan işarələr:

OİTP –orta ixtisas üzrə Təhsil Proqramı

ÜK – ümummədəni kompetensiyalar

PK peşə kompetensiyaları


    1. 040529-“Nəqliyyatda daşımaların təşkili” ixtisasının xarakteristikası.

OİTP-nin mənimsənilməsinin normativ müddəti və məzunlara verilən ixtisas dərəcəsi:




İxtisasın şifri və adı

Verilən elmi ixtisas dərəcəsi

Əyani forma üzrə təhsil müddəti*

Kreditlərin sayı

040529-“Nəqliyyatda daşımaların təşkili”

subbakalavr

Tam orta təhsil bazasından – 3 il*

180

* Ümumi orta təhsil bazasından və qiyabi forma üzrə təhsil müddəti 1 il artıqdır (ixtisas üzrə qiyabi formada təhsil nəzərdə tutulduqda).



  1. Məzunun ixtisas xarakteristikası və

kompetensiyası


    1. Subbakalavrın ixtisas xarakteristikası.

  • “Nəqliyyatda daşımaların təşkili” ixtisası üzrə subbakalavr təhsil müddətində aldığı biliklər əsasında nəqliyyat prosesinin idarə olunmasına, həmçinin həmin ixtisas üzrə bakalavriat təhsilini davam etdirməyə hazır olmalıdir;

  • mülkiyyət formasından və tabeçiliyindən asılı olmayaraq “Nəqliyyatda daşımaların təşkili” ixtisasına uyğun gələn istehsal sahələrində, avtonəqliyyat müəssisələrində, dövlət yol polisində və s. işləyə bilər;

  • mövcud qaydalara riayət olunmaqla müxtəlif təhsil müəssisələrində (ali və orta ixtisas təhsili müəssisələrində elmi, elmi-pedaqoji fəaliyyət sahələri istisna olmaqla) çalışa bilər.




    1. Proqramın mənimsənilməsi nəticəsində məzunun kompetensiyasına qoyulan tələblər.

Burada ixtisasdan asılı olaraq subbakalavrın ümummədəni (ÜK) və peşə (PK) kompetensiyasına qoyulan tələblər müəyyənləşdirilir və kodlaşdırılır.
2.2.1.Məzun aşağıdakı ümummədəni kompetensiyalara (ÜK) yiyələnməlidir:


  • Azərbaycan tarixinin əsas mərhələlərini, tarixi şəxsiyyətləri və əsas tarixi hadisələrlə bağlı məlumata malik olmalı (ÜK-1);

  • Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilməli və fikrini düzgün ifadə etməli (ÜK-2);

  • ixtisasına dair xarici dildə olan ədəbiyyatlardan istifadə etməli (ÜK-3);

  • sosial-iqtisadi sahədə əsas təlimləri, sosial əhəmiyyətli problemlərin təhlilini aparmalı bacarmalı (ÜK-4);

- fəal sosial mobillik (ÜK-5);

- hüquqi biliklər və etik normalara malik olmalı (ÜK-6);



  • kollektivdə işləmək qabiliyyətinə malik olmalı (ÜK-7);

- digər sahələrin mütəxəssisləri ilə ünsiyyət yaratmağı bacarmalı (ÜK-8);

- beynəlxalq arenada işləmək qabiliyyətinə malik olmalı (ÜK- 9);

- ixtisasına uyğun yeni ideyalar irəli sürməyi bacarmalı (ÜK- 10);

- müstəqil işləmək , təşəbbüskarlıq və liderlik bacarığı olmalı (ÜK-11);

- işi təşkil etmək və planlaşdırmaq qabiliyyətinə malik olmalı (ÜK-12);

- nəzəri biliklərlə təcrübənin əlaqəsini möhkəmləndirməyi bacarmalı (ÜK-13);

- İKT-dən istifadə etməyi bacarmalı (ÜK-14);

- öz inkişafına, peşəkarlığın artırlmasına çalışmalı (ÜK-15).


2.2.2.Məzun aşağıdakı peşə kompetensiyalarına (PK) yiyələnməlidir:

Tədqiqat sahəsi üzrə:

- nəqliyyat sahəsində məlum tədqiqat üsullarından istifadə etmək qabiliyyəti (PK-1);

-nəqliyyatda planlaşdırma üsullarından istifadə etmək bacarığı (PK-2);

-tədqiqat işinin aparılması (PK-3);

-nəqliyyat məsələlərinin təhlilini aparmaq (PK-4)

-nəqliyyat prosesinin ümumi mənzərəsini qurmaq (PK-5);



İstehsalat-texnoloji sahəsi üzrə:

- nəqliyyat prosesinin təşkili və idarə edilməsi (PK-6);

- informasiyanın alınması, işlənməsi və ötürülməsi (PK-7);

- nəqliyyatın intelektual idarəolunma sistemlərində müasir proqram komplekslərini və alqoritmlərini realizə etmək (PK-8);



Təşkilati-inzibatçılıq sahəsi üzrə:

- nəqliyyat prosesinin təşkilində və idarə edilməsində qruplara da iştirak etmək (PK-9);

- iqtisadi və sosial proseslərin təhlilində riyazi və alqoritmik modelləşdirilmə üsullarından istifadə etmək (PK-10);

- nəqliyyat sahəsində bilikləri təqdim etmək və onları iş şəraitinə adaptasiya etmək (PK-11);

- ayrı-ayrı fənləri (o cümlədən humanitar) qısaca və dürüst ifadə etmək (PK-12);

Pedaqoji sahə üzrə:

- ümumtəhsil, texniki-peşə, təhsil müəssisələrində nəqliyyat üzrə fənləri tədris etmək (PK-13);

-elektron kitabxanalardan, referativ jurnallardan ixtisasına uyğun aktual elmi-texniki məlumatları əldə etmək (PK-14);

-alınmış nəzəri bilkləri tətbiq etmək (PK-15).


3.Təhsilin məzmununa və səviyyəsinə qoyulan

minimum tələblər
3.1. Peşə fəaliyyətinin xarakteristikası.

3.1.1. Peşə fəaliyyətinin əsas istiqamətləri: 040529– “Nəqliyyatda daşımaların təşkili” ixtisası üzrə subbakalavrların peşə fəaliyyətinin əsas istiqamətləri:

- nəqliyyatda daşıma prosesi ilə əlaqədar olan sahələr;

- istehsal-texnoloji;

- təşkilati-inzibatçılq və s.



3.1.2. Peşə fəaliyyəti üzrə hazırlıq səviyyəsinə qoyulan tələblər.

- müasir hesablama texnikasından və proqram təminatından istifadə etmək;

- nəqliyyat sahəsində fundamental texniki biliklərdən istifadə etmək;

- nəqliyyat vasitəsilə yük və sərnişin daşımalarının müasir texnologiyalarından istifadə etmək;

- nəqliyyat məsələlərinin optimallaşdırlmasında iştirak etmək;

- daşımaların yerinə yetirlməsi zamanı nəqliyyat vasitələrinin hərəkətinin təşkili və təhlükəsizliyinin təmin olunmasında iştirak.



Təşkilati-inzibatçılıq sahəsi üzrə:

- istehsalatda kollektivlə işləməyi bacarmaq;

- nəqliyyat vasitələrinin, nəqliyyat-texnoloji komplekslərin və

avadanlı­ğın effektiv istismarını təşkil etmək;

- nəqliyyatda daşımalarla bağlı layihələrin texniki şərtlərinin, standartların və başqa texniki sənədlərin hazırlanmasında iştirak;

- nəqliyyat vasitələrinin, nəqliy­yat-texnoloji komplekslərin və avadanlığın sertifikatlaşdırılmasının yerinə yetiril­məsində iştirak etmək;

- qəza, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin ləğvi prosesində təşkilati tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək.

- nəqliyyatda daşımaların təşkili ilə bağlı qəbul olunmuş qərarların nəticələrini kəmiyyət və keyfiyyətcə qiymətləndirmək.


3.2. İxtisas üzrə fənn bölümləri, fənlərin kreditlər, onların mənimsənilməsinin nəticələri

(bilik, bacarıq və vərdişlər baxımından) və qazanılması nəzərdə tutulan



kompetensiyaların kodları.
3.2.1. Ümumtəhsil fənlər bölümü



Fənnin adı


Fənn bölümləri

Ümumi saatlar

O cümlədən

Fənnin tədrisi

nəzərdə tutulan semestr

I semestr

II semestr

ÜF-B00

Ümumtəhsil fənlər bölümü *













ÜF-B01

Azərbaycan dili (xarici dildə təhsil alanlar üçün ) **

60

30

30

1,2

ÜF-B02

Azərbaycan (rus) dili

60

30

30

1,2

ÜF-B03

Ədəbiyyat

60

30

30

1,2

ÜF-B04

Xarici dil

60

30

30

1,2

ÜF-B05

Azərbaycan tarixi

30




30

2

ÜF-B06

Tarix

30

30




1

ÜF-B07

İnsan və Cəmiyyət

30

30




1

ÜF-B08

İqtisadiyyatın əsasları

30




30

2

ÜF-B09

Cəbr və analizin başlanğıcı

90

60

30

1,2

ÜF-B10

Həndəsə

45




45

2

ÜF-B11

İnformatika

45




45

2

ÜF-B12

Fizika

60

30

30

1,2

ÜF-B13

Astronomiya

30




30

2

ÜF-B14

Kimya

60

30

30

1,2

ÜF-B15

Biologiya

45

45




1

ÜF-B16

Fiziki coğrafiya

45

45




1

ÜF-B17

Fiziki tərbiyə

60

30

30

1,2

ÜF-B18

Gənclərin çağırışaqədərki hazırlığı

60

30

30

1,2




Cəmi

900

450

450



*Ümumtəhsil fənləri bölümünə daxil olan fənlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.10.2006-cı il tarixli, 233 № li qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ümumtəhsilin konsepsiyası (Milli Kurikulumu)”na uyğun müəyyənləşdirilir. Birinci kurslarda ümumtəhsil fənləri tədris olunduğu üçün kredit sisteminə daxil edilmir.


**Azərbaycan bölməsində bu saat hesabına təhsil müəssisəsinin ixtisasının profilinə uyğun müəyyənləşdirdiyi fənnlər tədris oluna bilər.


      1. Kadr hazırlığı üçün tələb olunan fənlər bölümü




Fənn bölümü-nün kodu

Fənn bölümləri, onların mənimsənilməsinin nəticələri (bilik, bacarıq və vərdişlər baxımından)

Fənn bölmələri üzrə kreditlərin sayı

Fənlər

Fənlər üzrə kreditlə-rin sayı

Qazanılması nəzərdə tutulan kompetensiyaların kodları

1

2

3

4

5

6

Təhsil hissəsi

HF – B00


Humanitar fənlər bölümü * * *

Bu bölümdə tələbə:

bilməlidir:

Azərbaycan tarixi üzrə: Azərbaycan tarixinin əsas mərhələləri və xronologiyası barədə təsəvvürə, tarixi şəxsiyyətlər və əsas tarixi hadisələr haqqında məlumata malik olmalı;
Xarici dil üzrə: xarici dillərin

birində danışığın və yazının məzmununu başa düşməli.
Azərbaycan dili üzrə:(təlim xarici dildə olanlar üçün) Azərbaycan Respublikasının dövlət dilini (Azərbaycan dilini) sərbəst bilməli.


Seçmə yolu ilə öyrənilməsi

nəzərdə tutulan fənləri dinləməklə: sosial mühit və sosial vərəsəlik münasibətlərini, sosial inkişafda istiqamətin rolunu və mahiyyətini;

Azərbaycan Respublikası hüquqi sisteminin və qanunvericiliyinin əsaslarını, tərbiyəvi-etik normaları bilməli;

gələcək peşə fəaliyyətinin mahiyyətini və ona dair normativ və hüquqi sənədlərin tərtibini və onlardan istifadə etməyi bacarmalı, pozulmuş hüquqların bərpa yollarını öyrənə bilər.

bacarmalıdır:

Azərbaycan tarixi üzrə:

tarixin, keçmişin

qiymətləndirilməsinə dair öz mövqeyini əsaslandırmağı və fikrini ifadə etməyi;

Xarici dillər üzrə:

peşə səviyyəsinin artırılmasında mühüm əhəmiyyət kəsb edən və xarici dillərdə olan ədəbiyyat və mənbələrdən sərbəst istifadə etməyi, ixtisasına dair mətnləri oxumağı, ixtisasa dair mətnləri tərcümə etməyi, annotasiya, referat, tezis, tərcümeyi-hal və s. yazmağı bacarmalı;



Azərbavcan dili üzrə: (təlim xarici dildə olanlar üçün)

Azərbaycan dilinin leksikonundan gündəlik və peşə fəaliyyətində istifadə etməyi; natiqlik qabiliyyətinə malik olmalı;



Secmə volu ilə ovrənilməsi nəzərdə tutulan fənləri dinləməklə:

gələcək peşə fəaliyyətlərini və onun mahiyyətini qiymətləndirməyi, istiqamət üzrə aldığı ilkin məlumatlardan ixtisas peşə hazırlığında məqsədyönlü istifadəni.



yiyələnməlidir:

Azərbaycan tarixinin mühüm məqamlarına; sosial - iqtisadi sahədə əsas təlimlərə; sosial əhəmiyyətli problemlərin təhlilini aparma qabiliyyətinə; İstiqamətin inkişaf əsaslarının və müasir problemlərinin peşə hazırlığında, istehsalat və sosial fəaliyyətdə yerini dərk etmə qabiliyyətinə.



30

HF–B01 Azərbaycan tarixi
HF–B02 Xarici dil

HF–B03**** Azərbaycan dili (təlimi rus dilində olanlar üçün


HF–B04 Seçmə fənlər*****

4

10

10



6

ÜK-1
ÜK-2


ÜK-3
ÜK-4
ÜK-5
ÜK-6

İPF–B00

İxtisasın peşə hazırlığı fənləri bölümü

Bu bölümə daxil olan fənlərin öyrənilməsi nəticəsində subbakalavr;



72













bilməlidir:

-kompleks ədədlər, onların üzərində əməlləri, matrislər və onların üzərində əməlləri, determinatlar, onların hesablanma qaydalarını, düz xəttin tənliklərini, düz xətt və müstəvi arasında qarşılıqlı vəziyyətləri, diferensial tənlikləri, kombinatorika elementlərini;



bacarmalıdır:

-kompleks ədədlər üzərində əməllər aparmağı, onların köməyi ilə tətbiqi elektrotexniki məsələlərin həllini, matris və determinatların hesablanmasını, differensial tənliklərin həllini, onların ixtisasa uyğun məsələlərin qoyuluşu və həllində tətbiqini;







İPF – B01 – Riyaziyyat


4


ÜK-7

ÜK-8


ÜK-9

ÜK-10


ÜK-11

ÜK-12


ÜK-13

ÜK-14


ÜK-15





-bilməlidir:
-Bir, iki və üç qarşılıqlı perpendikulyar müstəvidə düzbucaqlı proyeksiyasını və mürəkkəb olmayan aksonometrik təsvirlərin qurulmasını;çertyojları və sxemləri DÜYST-ə görə tərtib etməyi, onların düzgün oxunmasını; ölçü alətlərindən düzgün istifadə etməyi, şriftlərin və xətlərin düzgün çəkilməsini və yazılmasını: proyeksiya olunmasını və ölçülərin yazılma qaydalarını; öyrənilmiş qaydalar əsasında çertyojların yerinə yetirilməsini və detalların formasının naturaya köçülməsini; qrafik təsvirlərin tərkibini təhlil etməyi; mürəkkəb olmayan əşyaların çertyojlarını, eskizlərini əyani təsvirləri oxumağı və yerinə yetirməyi;ixtisasa uyğun çertyoj və eskizlərin tərtib edilməsini;
bacarmalıdır:

-texniki çertyojları oxumağı, texniki və texnoloji sənədləşmənin sxemini tərtib etməyi, proyeksiya rəsmxətinin əsaslarını tətbiq etməyi, ixtisasına uyğun sxem, eskiz və çertyoju tərtib etməyi, əşyanın proyeksiya və aksonomerik quruluşunu;





İPF – B02 – Rəsmxət

8


ÜK-7

ÜK-8


ÜK-9

ÜK-10


ÜK-11

ÜK-12


ÜK-13

ÜK-14


ÜK-15





bilməlidir:
-nəzəri mexanikanın əsas anlayışlarını və statikanın aksiomlarını; qüvvələrin fəza sistemini; kinematikanın əsas anlayışlarını; cismin sadə və mürrəkəb hərəkətini; dinamikanın əsas anlayışını və aksiomunu; dinamikanın ümumi teoremlərini; materiallar müqaviməti bölməsində; səthi kəsiklərinin həndəsi xarakteristikalarını; materiallar müqavimətində dinamiki məsələləri; maşın hissələri,hissələrin düyün və mexanizmlərini; ötürmələr və mexanizmlər haqqında anlayışı; reduktorları, yiv, qaynaq və pərçim birləşmələrini;
bacarmalıdır:

- mexanikanın sadə məsələlərinin həllini, cismin sadə və mürəkkəb hərəkətinə aid məsələlərin həllini, konstruksiya elementlərinin hesabını;







İPF – B03 –

Texniki mexanikanın əsasları


8


ÜK-7

ÜK-8


ÜK-9

ÜK-10


ÜK-11

ÜK-12


ÜK-13

ÜK-14


ÜK-15





- bilməlidir:

-Elektromaqnit hadisələrini, sabit, dəyişən cərəyan elektrik dövrələrini və onların hesablanmasını; elektrik enerjisinin istifadəsinin iqtisadi səmərəliliyinin artırılması üsullarını; elektron

aparatlarının elementlərinin təyin edilməsini; verilmiş şərtlərlə sadə elektrik dövrələrini hesablamağı;

elektrik qurğu elementlərinin seçilməsini; nəzarət-ölçü cihazlarından istifadə etməyi; məlumat materiallarından istifadəni; sxemlər üzrə elektrik və elektron dövrələrini yığmağı; təhlükəsizlik texnikasının qaydalarına riayət etməyi;


bacarmalıdır:

-elektrik dövrəsinin parametrlərini hesablamağı, elektrik sxemlərini yığmağı və onların işini yoxlamağı, yarımkeçiricilərin tətbiqi ilə cihazların sadə sxemlərinin oxunuşu və yığmağı;







İPF – B04 – Elektrotexnika və elektronika

6


ÜK-7

ÜK-8


ÜK-9

ÜK-10


ÜK-11

ÜK-12


ÜK-13

ÜK-14


ÜK-15





bilməlidir:

- Qara və əlvan metalların metallurgiyasını; materialşünaslıq və texniki emalın əsaslarını, tökmə istehsalını, metalların təzyiqlə emalını; qaynaq istehsalını və konstruksiya materiallarını; əlvan metal və ərintiləri, polad və çuqun istehsalını, struktur quruluşunu və təsnifatını; metal və ərintilərin keyfiyyətinə nəzarət edilməsini, markalanmasını, tətbiq sahəsini; korroziya növlərini və korroziyadan mühafizə metodlarını; metalların təzyiqlə emalını,tökmə istehsalını; qeyri-qaynaq istehsalının təsnifatını; metal konstruksiya materiallarının tərkibini müəyyən etməyi;



bacarmalıdır:

-metalların markalarına görə onların növünü təyin etmək, qaynaq istehsalının texnologiyasını, konstruksiya materiallarından ixtisasına uyğun sahələrdə istifadəni, konstruksiya materiallarının tərkibinin müəyyən edilməsini, metalların korroziyadan qorunmasını;







İPF–B05– Konstruksiya materiallarının texnologiyası

4


ÜK-7

ÜK-8


ÜK-9

ÜK-10


ÜK-11

ÜK-12


ÜK-13

ÜK-14


ÜK-15





bilməlidir:

nəqliyyat vasitələrinin konstruksiyasını; mühərriklər və onların növlərini, quruluşunu, iş prinsipini; digər aqreqat və mexanizmlərin təyinatını, quruluşunu və iş prinsipini; ixtisaslaşdırılmış hərəkət tərkiblərini; nəqliyyat vasitələrinin istismar xüsusiyyətlərini və nəzəriyyəsinin

əsaslarını;

bacarmalıdır:

-mühərrikin blok başlığının bərkitmə ardıcıllığını, mühərrikin sistem və mexanizmlərindəki nasazlıqları təyin etməyi və aradan qaldırmağı, ilişmə muftasının nizmlanmasıını, sükan idarəetmə sistemində lüftün dərəcəsini nizamlamağı, alışdırma bucağının qurulmasını, karbiratorun və injektor sisteminin nizamlanmasını, nəqliyyat vasitəsinin sürət xarakteristikasını təyin etməyi, tormozlama keyfiyyət göstəricilərini hesablamağı, qabarid və çəki parametrlərini müəyyən etməyi, yaxınlaşma və razval bucağının nizamlanmasını;







İPF-B06

Nəqliyyat vasitələrinin konstruksiyası və nəzəriyyəsi



10


ÜK-7

ÜK-8


ÜK-9

ÜK-10


ÜK-11

ÜK-12


ÜK-13

ÜK-14


ÜK-15





bilməlidir:

-yol hərəkətinin iştirakçılarının vəzifələrini; yol hərəkəti qaydalarını; yol nişanları və nişanlanmalarını; onların təyinatı və təsnifatını; yol nəqliyyat hadisələri zamanı xəsarət alana ilk tibbi yardımın göstərilməsi ardıcıllığını, yol polisi və hərəkətin təhlükəsizlik xidmətləri haqqında ümumi məlumatı,yol nəqliyyat hadisələri və onların baş vermə səbəblərini; yol hərəkətinin və piyada hərəkətinin əsas xarakteristikalarını və tədqiqini; küçə yol şəbəkəsinin buraxma qabiliyyətini;yollarda mübahisəli nöqtələr və mübahisəli vəziyyətləri; yol hərəkətinin təşkilinin metodiki əsaslarını, xüsusi şəraitlərdə hərəkətin təşkili və təhlükəsziliyini;


bacarmalıdır:

-verilmiş şəraitə uyğun hərəkətin təşkilini və nizamlanmasını, xəsarət alana ilk tibbi yardımın göstərilməsini, yol nəqliyyat hadisələrinin araşdırılmasını, onların nəticələrinin aradan qaldırılmasını, piyada və nəqliyyat axınlarının əsas xarakteristikalarının öyrənilməsini, yol şəbəkəsi elementlərinin buraxma qabiliyyətinin tədqiqini, yollarda mübahisəli nöqtələrin sayının təyinini, yol hərəkətinin operativ təşkilini və nizamlanmasının xüsusi şəraitində yol hərəkətinin təşkilini, svetafor nizamlanmasının tətbiqini və onun məqsədəuyğunluğunun əsaslandırılmasını;




İPF-B07

Yol hərəkətinin təşkili və təhlükəsizliyi


10


ÜK-7

ÜK-8


ÜK-9

ÜK-10


ÜK-11

ÜK-12


ÜK-13

ÜK-14


ÜK-15





bilməlidir:

-Avtomatlaşdırıcı sistemlərinin köməyi ilə yol hərəkətinin idarə olunmasının texnologiyasının, strukturunun, texniki və riyazi təminatını,yol hərəkətinin idarə olunmasının, avtomatlaşdırılmasının prespektivlərini, avtomatlaşdırmanın strukturunun qurulmasını, texniki vasitələrini, hesablama konplekslərinin təşkilini, avtomotlaşdırmanın effektivliyini təmin edən faktorları, hərəkətin təhlükəsizliyinin təminini, böyük şəhərlərdə yol hərəkətinə nəzarət edən avtomotlaşdırma vasitələrini,yol hərəkətinin idarə vasitələrinin aqreqat sistemini; avtomotlaşdırmanın funksiyalarının genişləndirilməsini, nəqliyyat vasitəsinin idarə olunması proseslərinin avtomotlaşdırılmasını;


bacarmalıdır:

- yol hərəkətinin təşkilində tətbiq olunan avtomatlaşdırlmış idarəetmə sistemləri işlətməyi, yol hərəkətinin avtomatik idarəolunmasını, böyük şəhərlərdə yol hərəkətinə nəzarət edən avtomatlaşdırma vasitələrini işlətməyi, hesablama komplekslərnin təşkilini;






İPF-B08 - Nəqliyyatda avtomatlaşdırılmış idarəetmə sistemləri

8


ÜK-7

ÜK-8


ÜK-9

ÜK-10


ÜK-11

ÜK-12


ÜK-13

ÜK-14


ÜK-15





bilməlidir:

- Nəqliyyat müəssisələrinin idarə olunmasının əsaslarını idarəetmə funksiyalarını, məsrəflərin idarə olunması, məntiqlik, nəzarətlilik, əməyin normalaşdırılması və s. nəqliyyatın idarə olunmasına marketinqli yanaşma, nəqliyyat sistemləri və müəssisələrinin yaradılması və onların idarə olunmasını, şəbəkələrin (sistem) qarşılıqlı fəaliyyətinin təşkili, nəqliyyat sahəsində ticarət razılaşmaları və onların fəaliyyət ardıcıllığının təsirini, nəqliyyat müəssisələrində əməyin təşkili və avadanlıqlara xidmət; keyfiyyət sistemi və onun idarə olunması, investisiyaların effektivliyinin qiymətləndirilməsi üsulları; hazırki xalis dəyər üsulunu, daxili faydalı iş əmsalı norması üsulunu, ierarxiyanın təhlili üsulunu, telekommunikasiya sahəsində beynəlxalq əməkdaşlığın əsaslarını;



bacarmalıdır:

-nəqliyyat müəssisələrinin idarə olunmasını, yük və sərnişin daşımalarının iqtisadi səmərələliyinin qiymətləndirilməsini, daşımaların maya dəyərinin hesablanmasını, daşımalardan əldə olunan gəlirlərin hesablanmasını, daşımalarda intensivliyin effektivliyinin qiymətləndirilməsini, biznes planın hazırlanmasını;






İPF-B09Nəqliyyatın iqtisadiyyatı

6


ÜK-7

ÜK-8


ÜK-9

ÜK-10


ÜK-11

ÜK-12


ÜK-13

ÜK-14


ÜK-15





bilməlidir:

Beynəlxalq daşımalar haqqında anlayışı; beynəlxalq yük daşımalarını,beynəlxalq yük daşımalarda istifadə olunan hərəkət tərkiblərinə qoyulan tələbləri, beynəlxalq sərnişin daşımalarını beynəlxalq sərnişin daşımalarında istifadə olunan hərəkət tərkiblərinə qoyulan tələbləri, beynəlxalq daşımaların hüquqi təmzinlənməsinı, beynəxalq daşımaların ölkə iqtisadiyyatında rolnu, beynəlxalq daşımaların yerinə yetirilməsində hərəkətin təşkili prinsiplərini;



bacarmalıdır:

-beynəlxalq daşımaların təşkilini, bu daşımalarda istifadə olunan hərəkət tərkibnin seçilməsini, beynəlxalq daşımaların yerinə yetirilməsində istifadə olunan sənədlərin rəsmiləşdirilməsini;






İPF-B10-

Beynəlxalq daşımalar



4


ÜK-7

ÜK-8


ÜK-9

ÜK-10


ÜK-11

ÜK-12


ÜK-13

ÜK-14


ÜK-15





bilməlidir:

-vahid nəqliyyat sistemini, nəqliyyat sisteminin təsnifatını, magistral nəqliyyat növlərini, onların inkişaf prespektivlərini, dəniz və çay (su) nəqliyyatını, bu nəqliyyat növü ilə yük və sərnişin daşımalarının xüsusiyyətlərini, hava nəqliyyatı ilə yük və sərnişin daşımalarının xüsusiyyətlərini, boru kəməri nəqliyyatını, bu nəqliyyat növünü respublikanın inkişafında rolunu, şəhər nəqliyyatı və onun fərqli xüsusiyyətlərini;

bacarmalıdır:

-daşımaların təşkili zamanı vahid nəqliyyat sisteminin ayrı –ayrı nəqliyyat növləri arasındakı əlaqənin yaradılmasını, qarışıq daşımaların təşkilini, daşımaların yerinə yetirilməsi üçün daha səmərəli nəqliyyat növünün seçilməsini;








İPF-B011 –

Vahid nəqliyyat sistemi




4


ÜK-7

ÜK-8


ÜK-9

ÜK-10


ÜK-11

ÜK-12


ÜK-13

ÜK-14


ÜK-15


İPFS-B00

İxtisaslaşmanın seçmə fənləri

Bu bölümə daxil olan fənlərin öyrənilməsi nəticəsində subbakalavr;



28












bilməlidir:

-nəqliyyat prosesini, yük daşımalarında istifadə olunan hərəkət tərkibinin təsnifatını, istismar keyfiyətlərini, marşrutlar, onların növlərini, texniki istismar göstəricilərini, məhsuldarlıq, nəqliyyat işini, yük daşımalarının maya dəyərini, taariflər, onların növlərini, müxtəlif növ yüklərin daşınmasının təşkili və texnologiyasını, nəqliyyat məsələlərinin riyazi qoyuluşu və onların həlli üsullarını optimallaşdırma məsələlərinin həllini;



bacarmalıdır:

-uyğun hərəkət tərkibini seçməyi, yük daşımalarının müvafiq marşrutlar üzrə təşkilini, texniki-istismar göstəricilərini, məhsuladarlıq və maya dəyərinin hesablanmasını, məhsuldarlıq və maya dəyərinin analizlərinin aparılmasını, nəqliyyat hadisələrinin optimallaşdırılmasını;





İPFS – B01-

Yük daşımaları



10


ÜK-7

ÜK-8


ÜK-9

ÜK-10


ÜK-11

ÜK-12


ÜK-13

ÜK-14


ÜK-15





bilməlidir:

- sərnişin daşımalarının inkişafını və daşımalara loqistik yanaşmanı, şəhərin, rayonun nəqliyat sistemini, sərnişin axınını, sərnişin avtomobil nəqliyyatını, ona qoyulan tələbləri, nəqliyyat prosesini, onun elementlərini, sərnişin avtomobil nəqliyyatının xətti tsikillərini, avtobus daşımalarının növlərini, avtobus marşrut şəbəkəsini, marşrut taksi avtomobilləri ilə sərnişin daşımalarının təşkilini, minik avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını, yeni nəqliyyat növlərini;



bacarmalıdır:

-sərnişin avtomobil nəqliyyatı tərkibinin seçilməsini, sərnişin daşımalrında texniki istismar göstəricilərinin hesablanmasını, marşrutların açılmasını, marşrutda avtobusların hərəkətinin təşkilini, sürücülərin əməyinin təşkilini, avtobus daşımalarının idarə edilməsini, avtobusların hərəkət cədvəlinin tərtib edilməsini;






İPFS – B02 –

Sərnişin daşımaları



12


ÜK-7

ÜK-8


ÜK-9

ÜK-10


ÜK-11

ÜK-12


ÜK-13

ÜK-14


ÜK-15





bilməlidir:

-yükləmə-boşaltma işlərinin elementlərini, yükləmə-boşaltma məntəqələri və anbarları, yükləmə-boşaltma işlərinin təşkili və planlaşdırılmasını, bu işlərin mexanikləşdirilməsini və avtomatlaşdırılmasını, yükləmə-boşaltma maşın və mexanizmləri, onların texniki xarakteristikalarını, yükləmə-boşaltma işlərinin mexanikləşdirilməsi üzrə xüsusiləşdirilmiş müəssisələri;

bacarmalıdır:

-yükləmə-boşaltma postların sayının hesablanmasını, müxtəlif yüklərin yüklənib-boşaldılmasının mexanikləşdirilməsi üçün müvafiq yükləmə-boşaltma mexanizm, maşın və ya qurğunun seçilməsini, yükləmə-boşaltma işlərinin mexanikləşdirilməsini iqtisadi göstəriciləri üzrə optimal variantının seçilməsini, yükqaldırıcı mexanizmlərin istismarının texniki təhlükəsizliyini;






İPFS – B03 –Nəqliyyatda yükləmə-boşaltma işlərinin təşkili

6


ÜK-7

ÜK-8


ÜK-9

ÜK-10


ÜK-11

ÜK-12


ÜK-13

ÜK-14


ÜK-15





Peşə hazırlığının seçmə fənləri******

20










TE-B00

Təcrübələr ve yekun attestasiya

Bü bölümə aid olanların öyrə-nilməsi nəticəsində təhsil alan



bilməlidir:

nəqliyyatın cəmiyyətdəki rolunu, nəqliyyat sisteminin ümumi struktukturu, nəqliyyat vasitələrinin konstruktiv xüsusiyyətlərini; marşrutların növlərini, müxtəlif növ yüklərin daşınmasının təşkili və texnologiyasını, sərnişin daşımalarının təşkili və idarəolunmasını.



bacarmalıdır:

nəqliyyatda yeni texnika və texnologiyaların tətbiqini, müəssisələrin təsərrüfat fəaliy-yətinin təhlilini aparmağı, hərəkətinin idarə olunması və hərəkət təhlükəsizliyinin təmin olinmasını; nəqliyyat vasitələrinin xətdəki işinə nəzarət etməyi, sürücülərin iş qrafikinin tərtib olunmasını, yeni marşrutların açılmasının təşkilinin,




30

TE-B01

Təcrübələr


TE-B02

Yekun dövlət attestasiyası



24

6



ÜK-13



















Kreditlərin ümumi cəmi:

180











*** Humanitar fənlər bölümünə daxil olan “Azərbaycan dili”(xarici dildə təhsil alanlar üçün),”Azərbaycan tarixi”,”Xarici dil” fənləri tam orta təhsil bazasından qəbul olunanlar üçün birinci,ümumi orta təhsil bazasından qəbul olunanlar üçün isə ikinci dərs ilindən başlayaraq tədris olunur.
**** Orta ixtisas məktəblərinin təklifləri əsasında Azərbaycan bölməsində təhsil alanlar öz arzuları ilə həmin saat həcmində ikinci xarici dili, Azərbaycan dili və nitq mədəniyyəti, etika və psixologiya fənnini seçə bilərlər.
***** Seçmə fənlərə orta ixtisas məktəbi tərəfindən fəlsəfə,politalogiya,sosiologiya,milli əxlaq və ailə etikası,dövlət və vətən mədəniyyəti,hüququn əsasları və s. humanitar,sosial-iqtisadi fənlər daxil oluna bilər.
******İxtisasın peşə hazırlığı bölümünün seçmə fənləri orta ixtisas məktəbi tərəfindən müəyyənləşdirilir.

******* Fiziki tərbiyə idmanın növləri üzrə bolmələrdə keçirilir.

    1. “Nəqliyyatda daşımaların təşkili” ixtisası üzrə subbakalavr təhsil proqramının yerinə yetirilməsinin müddəti:

Subbakalavr təhsil proqramını mənimsəmək üçün ayrılan ümumi həftələr:

- ümumi orta təhsil bazasından - 198

- tam orta təhsil bazasından - 146

Nəzəri təlim üçün ayrılan həftələr:

- ümumi orta təhsil bazasından - 105

- tam orta təhsil bazasından - 75

Təcrübələr üçün ayrılan həftələr (tədris, istehsalat) - 16

İmtahan sessiyası üçün ayrılan həftələr

- ümumi orta təhsil bazasından - 35

- tam orta təhsil bazasından - 25

Tətillər üçün ayrılan həftələr - 38

Yekun dövlət imtahanına ayrılan həftələr - 4




4. Maddi-texniki, tədris bazası və kadr potensialı


    1. BTK-nın “Nəqliyyatda daşımaların təşkili” ixtisasının təhsil proqramına müvafiq hazırlanmış tədris planında nəzərdə tutulan fənlər üzrə dərslərin aparılması, təcrübələrin keçirilməsi üçün müvafiq İKT ilə təchiz olunmuş kabinet və laboratoriyalar, kompüter sinifləri, emalatxanalar və s. ilə təmin olunmuş maddi-texniki bazası vardır. Təhsil alanların BTK-nı lokal şəbəkəsinə, internetə, məlumat bazalarına, axtarış sistemlərinə çıxışı təmin edilmişdir.

    2. Fənlərin tədrisi, bir qayda olaraq, ali təhsilli müəllim heyəti tərəfindən aparılır. Bu fəaliyyətə həmin şərtləri ödəyən digər müəssisə və təşkilatlarda çalışan şəxslər cəlb edilir.


  1. Tədris prosesinin forma və metodları




    1. Subbakalavr hazırlığı mühazirə,seminar, məşğələ,laboratoriya, sərbəst iş, təcrübə və s. formalarda həyata keçirilir.

    2. Subbakalavr hazırlığı üzrə tədris prosesində şifahi şərh, müsahibə, interaktiv təlim, müstəqil iş, diskussiya, dəyirmi masa, illüstrasiya, laboratoriya və praktik iş və digər metodlardan istifadə edilə bilər.

    3. 040529 “Nəqliyyatda daşımaların təşkili” ixtisası üzrə subbakalavr hazırlığında tədris və istehsalat təcrübələr nəzərdə tutulur (təcrübələrin məqsəd və vəzifələri ixtisasdan asılı olaraq müəyyənləşdirilir). Təcrübələr növündən asılı olaraq müvafiq idarə və təşkilatlarda keçirilə bilər.Bunlardan başqa bu ixtisas üzrə hər tələbə üçün 60 saata qədər sürmə təlimi dərsləri nəzərdə tutulur.




  1. Yekun dövlət attestasiyasına qoyulan tələblər və

qiymətləndirmə
6.1. Subbakalavriat səviyyəsində ixtisaslar üzrə təhsil proqramları təhsil alanların dövlət attestasiyası ilə yekunlaşır.

6.2. Tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalarda) müvəffəqiyyətlə keçmiş tələbələr yekun attestasiyasına buraxılırlar.

6.3. Yekun attestasiya bütün təhsil alanlar üçün məcburidir, onun hazırlanmasına və təşkilinə ayrılan müddət 4 həftədir.

6.4. Yekun attestasiya ixtisas üzrə buraxılış yekun dövlət imtahanlarından ibarətdir.

6.5. Subbakalavriat səviyyəsində tələbələrin topladığı kreditlərin sayı 180 olmalıdır. İxtisaslar üzrə təhsil proqramlarında nəzərdə tutulmuş kreditləri toplayan tələbə həmin proqramı mənimsəmiş hesab edilir. Orta ixtisas təhsili müəssisələrində subbakalavriat səviyyəsinin təhsil proqramı üzrə tədris planını tam yerinə yetirmiş şəxslərə yekun Dövlət Attestasiya Komissiyasının qərarı əsasında nəqliyyatda daşımaların təşkili üzrə “subbakalavr” peşə-ixtisas dərəcəsi verilir.

6.6. Yekun attestasiyanın təşkili və keçirilməsi qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir.

Razılaşdırılmışdır:

Azərbaycan Respublikası Azərbaycan Respublikası Təhsil Na-

Təhsil Problemləri İnsti- zirliyinin orta ixtisas təhsili

tutunun direktoru sektorunun müdiri

_________ Q.Novruzov _______________K.Mikayılov

“___”______2014-ci il “____”____________2014-ci il

Texniki və texnoloji ixtisaslar Təhsil Nazirliyinin Elmi-metodik

üzrə Dövlət Təhsil Standartları şurasının nəqliyyat bölməsinin sədri

hazırlayan işçi qrupunun sədri ______________Ə.Tağızadə

____________F.Məmmədov



“____”________2014-ci il “_____”_____________2014-ci il



Yüklə 191,37 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin