AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 01 oktyabr 2014-cü il tarixli 1045 nömrəli əmri ilə təsdiq edilmişdir
ORTA İXTİSAS TƏHSİLİ PİLLƏSİNİN DÖVLƏT STANDARTI
SUBBAKALAVRİAT SƏVİYYƏSİNİN İXTİSAS ÜZRƏ
T Ə H S İ L P R O Q R A M I
İxtisasın (proqramın) şifri və adı:
040534 - «Poçt rabitəsi»
BAKI – 2014
-
Ümumi müddəalar
-
Subbakalavr səviyyəsinin 040534 – “Poçt rabitəsi” ixtisası üzrə Təhsil Proqramı (bundan sonra Təhsil Proqramı) “Təhsil haqqında” Azərbaycan Respublikasının qanununa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş “Orta ixtisas təhsilinin Dövlət Standartı və Proqramı”, “Orta ixtisas təhsili üzrə ixtisasların təsnifatı” və “Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili qaydaları”na uyğun hazırlanmışdır.
-
İxtisas üzrə Təhsil Proqramı tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən və həmin ixtisas üzrə subbakalavr hazırlığını həyata keçirən bütün orta ixtisas təhsili müəssisələri üçün məcburidir.
-
Strukturda istifadə olunan işarələr:
OİTP- orta ixtisas üzrə Təhsil Proqramı
ÜK – ümummədəni kompetensiyalar
PK – peşə kompetensiyaları
-
040540 – “Poçt rabitəsi” ixtisasının xarakteristikası.
OİTP-nin mənimsənilməsinin normativ müddəti və məzunlara verilən ixtisas dərəcəsi:
-
İxtisasın şifri və adı
|
Verilən elmi ixtisas dərəcəsi
|
Əyani forma üzrə təhsil müddəti
|
Kreditlərin sayı
|
040534-“Poçt rabitəsi”
|
subbakalavr
|
Tam orta təhsil bazasından – 2 il*
|
120
|
*- Ümumi orta təhsil bazasından və qiyabi forma üzrə təhsil müddəti 1 il artıqdır (ixtisas üzrə qiyabi formada təhsil nəzərdə tutulduqda).
-
Məzunun ixtisas xarakteristikası və kompetensiyası
2.1. Subbakalavrın ixtisas xarakteristikası.
- «Poçt rabitəsi» ixtisası üzrə subbakalavr təhsil müddətində aldığı biliklər əsasında rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsində peşə fəaliyyətinə, eləcə də təhsilini bakalavr pilləsində davam etdirməyə hazır olmalıdır.
- bu ixtisası bitirmiş mütəxəssislər poçt rabitəsi sahəsində bağlanmaların, sifarişli məktubların qəbulu, onların sənədləşdirilməsi, mübadilə edilməsi, çatdırılması, beynəlxalq poçt göndərişlərinin qəbulu, işlənib göndərilməsi, müəyyən səbəblərdən geri qaytarılması, rüsum haqlarının düzgün alınması, qeyri- ənənəvi xidmətlərin (qaz, işıq pullarının) toplanması, bank əməliyyat xidmətlərinin yerinə yetirilməsi üzrə mütəxəssis kimi fəaliyyət göstərə bilər.
- «Poçt rabitəsi» ixtisasını bitirən mütəxəssis bütün telekommunikasiya sistemlərində, poçt şöbələrində, şəhər, rayon rabitə qovşaqlarında, poçt daşınma şöbələrinin sexlərində operator kimi fəaliyyət göstərə bilər
2.2. Proqramın mənimsənilməsi nəticəsində məzunun kompetensiyasına qoyulan
tələblər.
Burada ixtisasından asılı olaraq subbakalavrın ümummədəni (ÜK) və peşə (PK)
kompetensiyasına qoyulan tələblər müəyyənləşdirilir və kodlaşdırılır.
2.2.1. Məzun aşağıdakı ümummədəni kompetensiyalara (ÜK) yiyələnməlidir:
- kollektivdə işləmək qabiliyyəti (ÜK-1);
- digər sahələrin mütəxəssisləri ilə ünsiyyətdə olmaq qabiliyyəti (ÜK-2);
- fəal sosial mobillik (ÜK-3);
- beynəlxalq arenada işləmək qabiliyyəti (ÜK-4);
- hüquqi biliklər və etik normalara malik olmaq (ÜK-5);
- yeni ideyalar irəli sürmək qabiliyyəti (ÜK-6);
- müstəqil işləmək (ÜK-7);
- təşəbbüskarlıq və liderlik (ÜK-8);
- işi təşkil etmək və planlaşdırmaq qabiliyyətinə malik olmaq (ÜK-9);
- nəzəri biliklərlə təcrübənin əlaqəsini möhkəmləndirmək qabiliyyəti (ÜK-10);
- İKT-dən istifadə etməyi bacarmaq (ÜK-11);
- öz inkişafına, peşəkarlığına çalışmaq (ÜK-12);
- fikrini düzgün və yığcam ifadə etmək (ÜK-13);
2.2.2. Məzun aşağıdakı peşə kompetensiyalarına (PK) yiyələnməlidir:
Tədqiqat sahəsi üzrə:
-
ixtisasının mahiyyətini və sosial mənasını bilməli, ona davamlı maraq göstərməli, ixtisası üzrə tədqiqat üsullarından istifadə etmək qabiliyyətinə malik olmalıdır (PK-1);
-
ixtisasına uyğun planlaşdırma üsullarından istifadə etmək bacarığı (PK-2);
-
tədqiqat işinin aparılması (PK-3);
-
ixtisasa uyğun məsələlərin təhlilini aparmaq bacarığı (PK-4);
-
vəzifə borcunun yerinə yetirilməsi üçün müxtəlif üsulları seçməyi və onları qiymətləndirməyi bacarmalıdır (PK-5);
-
elektron kitabxanalardan, referativ jurnallardan ixtisasına uyğun aktual elmi-texniki məlumatları əldə etmək (PK-6);
İstehsalat-texnoloji sahəsi üzrə:
-
peşə fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarından istifadəni
bacarmalıdır (PK-7);
-
informasiyanın alınması, işlənməsi, saxlanılması və ötürülməsi texnologiyalarına yiyələnməlidir (PK-8);
-
ixtisas səviyyəsini daim artırmalı və iş sahəsində yeniləşən texnika və
texnologiyalardan istifadə etməyi bacarmalıdır (PK-9);
Təşkilati-inzibatçılıq sahəsi üzrə:
-
iş yoldaşları və istehlakçılarla mədəni davranış qaydalarına malik olmalıdır (PK-10);
-
iqtisadi və sosial proseslərin təhlilində riyazi və alqoritmik modelləşdirmə üsullarından istifadə etməlidir (PK-11);
-
işin nəticəsinə görə məsuliyyəti öz üzərinə götürməyi bacarmalıdır (PK-12);
-
görüləcək işlər barəsində öz fikrini qısa və dürüst ifadə etməlidir (PK-13);
3. Təhsilin məzmununa və səviyyəsinə qoyulan minimum tələblər
3.1. Peşə fəaliyyətinin xarakteristikası.
3.1.1. Peşə fəaliyyətinin əsas istiqamətləri: 040534 - “Poçt rabitəsi” ixtisası üzrə subbakalavrın peşə fəaliyyətinin əsas istiqamətləri:
- peşə fəaliyyəti ilə əlaqədar olan sahələr;
- istehsal-texnoloji;
Təşkilati-inzibatçılıq və s.
3.1.2. Peşə fəaliyyəti üzrə hazırlıq səviyyəsinə qoyulan tələblər.
Burada peşə fəaliyyətinin hər bir istiqaməti üzrə tələblər müəyyənləşdirilir.
3.2. İxtisas üzrə fənn bölümləri, fənlərin kreditləri, onların mənimsənilməsinin nəticələri (bilik, bacarıq və vərdişlər baxımından) və qazanılması nəzərdə tutulan kompetensiyaların kodları.
3.2.1. Ümumtəhsil fənn bölümü
Fənnin kodu
|
Fənnin bölümləri
|
Saatların ümumi miqdarı
|
O cümlədən
|
Fənnin tədrisi nəzərdə tutulan semestr
|
I semestr
|
II semestr
|
ÜF-B00
|
Ümumtəhsil fənlər bölümü
|
900
|
|
|
1;2
|
ÜF-B01
|
Azərbaycan dili (xarici dildə təhsil alanlar üçün)*
|
60
|
30
|
30
|
1;2
|
ÜF-B02
|
Azərbaycan (rus) dili
|
60
|
30
|
30
|
1;2
|
ÜF-B03
|
Ədəbiyyat
|
60
|
30
|
30
|
1;2
|
ÜF-B04
|
Xarici dil
|
60
|
30
|
30
|
1;2
|
ÜF-B05
|
Azərbaycan tarixi
|
30
|
|
30
|
2
|
ÜF-B06
|
Tarix
|
30
|
30
|
|
1
|
ÜF-B07
|
İnsan və cəmiyyət
|
30
|
30
|
|
1
|
ÜF-B08
|
İqtisadiyyatın əsasları
|
30
|
|
30
|
2
|
ÜF-B09
|
Cəbr və analizin başlanğıcı
|
90
|
60
|
30
|
1;2
|
ÜF-B10
|
Həndəsə
|
45
|
|
45
|
2
|
ÜF-B11
|
İnformatika
|
45
|
|
45
|
2
|
ÜF-B12
|
Fizika
|
60
|
30
|
30
|
1;2
|
ÜF-B13
|
Astronomiya
|
30
|
|
30
|
2
|
ÜF-B14
|
Kimya
|
60
|
30
|
30
|
1;2
|
ÜF-B15
|
Biologiya
|
45
|
45
|
|
1
|
ÜF-B16
|
Fiziki coğrafiya
|
45
|
45
|
|
1
|
ÜF-B17
|
Fiziki tərbiyə
|
60
|
30
|
30
|
1;2
|
ÜF-B18
|
Gənclərin çağırışaqədərki hazırlığı
|
60
|
30
|
30
|
1;2
|
- ümumtəhsil fənləri bölməsinə daxil olan fənlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.10.2006-cı il tarixli 233 №-li qərarı ilə təsdiq olunmuş «Azərbaycan Respublikasında ümumtəhsilin konsepsiyası «Milli Kurikulumu»-na uyğun müəyyənləşdirilir və məzun bu konsepsiyaya uyğun olan biliklərə nail olmalıdır;
3.2.2. İxtisasın peşə hazırlığı fənləri bölümü
Fənn bölümünün kodu
|
Fənn bölümləri, onların mənimsənilməsinin nəticələri (bilik, bacarıq və vərdişlər baxımından)
|
Fənn bölümləri üzrə kreditlərin sayı
|
Fənnlər
|
Fənlər üzrə kreditlərin sayı
|
Qazanılması nəzərdə tutulan kompetensiyaların kodları
| -
| -
| -
| -
| -
| -
|
Təhsil hissəsi
|
HF-B00
|
Humanitar fənlər bölümü
bilməlidir;
Respublikanın uzaq və yaxın keçmişi haqqında ümumi biliyi, Azərbaycan Respublikasının müstəqil dövlət kimi formalaşdığı indiki dövrə qədər keçdiyi tarixi yolun xronologiyasını, müstəqillik və istiqlaliyyət uğrunda mübarizələri və bu yolda misilsiz xidmətləri olan şəxsiyyətləri;
bacarmalıdır:
Tarixin, keçmişin qiymətləndirilməsinə dair öz mövqeyini əsaslandırmağı və fikrini ifadə etməyi;
Azərbaycan dili üzrə:
bilməlidir;
Azərbaycan dilindən orta məktəbdə alınan vərdişləri möhkəmləndirmək və inkişaf etdirmək; sərbəst danışıq vərdişinə yiyələnmək, Azərbaycan dilində istənilən məqamlarda ünsiyyət saxlamaq.
bacarmalıdır:
Dialoq aparmağı, ixtisasa dair ədəbiyyatı lüğətsiz oxumağı;
Xarici dil üzrə:
bilməlidir;
xarici dillərin birində öz fikrini sərbəst ifadə etməyi, texniki ədəbiyyata aid mətni lüğətin köməyi ilə tərcümə etməyi.
bacarmalıdır:
İctimai – siyasi mətnləri, bədii və texniki ədəbiyyatları lüğətin köməyi ilə tərcümə etməyi, öyrəndiyi leksik və qrammatik materialları lüğətsiz oxuyub başa düşməyi, öz fikrini sərbəst ifadə etməyi, texniki terminləri sərbəst tərcümə etməyi;
Seçmə yolu ilə öyrənilməsi nəzərdə tutulan fənləri dinləməklə :
bilməlidir;
sosial mühit və sosial inkişafda istiqamətin rolunu və mahiyyətini;
Azərbaycan Respublikası hüquq sisteminin və qanunvericiliyinin əsaslarını;
Gələcək peşə fəaliyyətinin mahiyyətini və ona dair normativ və hüquqi sənədlərin tərtibini və onlardan istifadə etməyi, pozulmuş hüququnun bərpa yollarını öyrənməlidir.
bacarmalıdır:
Gələcək peşə fəaliyyətini və onun mahiyyətini qiymətləndirməyi, istiqamət üzrə aldığı ilkin məlumatlardan ixtisas peşə hazırlığında məqsədyönlü istifadəni.
yiyələnməlidir:
Azərbaycan tarixinin mühüm məqamlarına: sosial-iqtisadi sahədə əsas təlimlərə; Sosial əhəmiyyətli problemlərin təhlilini aparma qabiliyyətinə, sərbəst danışıq vərdişinə, Azərbaycan dilində istənilən məqamlarda ünsiyyət saxlamağa, öz fikrini sərbəst izah etmək qabiliyyətinə;
|
20
|
HF-B01 Azərbaycan tarixi
HF-B03-
Azərbaycan dili (təlimi xarici dildə olanlar üçün)**
HF-B02 Xarici dil
HF-B04 Seçmə fənlər
|
2
6
6
6
|
ÜK-3
ÜK-4
ÜK-5
ÜK-7
ÜK-13
|
İPF-B00
|
İxtisasın peşə hazırlığı fənləri bölümü:
Bu bölümə daxil olan fənlərin öyrənilməsi nəticəsində tələbə
bilməlidir:
- İnformasiyanın növləri, informasiyanın toplanması, ötürülməsi, işlənməsi, ümumi xüsusiyyətləri, tətbiqi proqramlar paketi; paketin tərkibi və strukturu (MS Office); Sistem proqram təminatı; Əməliyyat sistemləri, əməliyyat sistemləri ilə işin əsasları, qrafik interfeys; xidməti proqramlar; mətn prosessorlarının, cədvəl redaktorlarının, VBİS-lərin, kompyuter qrafikasının imkanları.
bacarmalıdır:
-
Müasir proqramlaşdırma vasitələ-rindən, əməliyyat sistemləri və tətbiqi proqramlardan Mətn proses-sorlarından, cədvəl redaktorlarından, kompyuter qrafikasının ımkanlarından istifadə etməyi;
bilməlidir:
- Matrislər və onlar üzərində əməlləri, İki və üç tərtibli determinantlar və onların hesablanması qaydalarını, n-tərtibli determinant haqqında anlayış. Tərs matris, onun varlığı və tapılmasını;
bacarmalıdır:
-
Vektorlar və onlar üzərində əməllər, vektorların xətti asılılığı, vektorların skalyar və vektoryar hasilləri və onların xassələrini, iki tərtibli əyrilər, onların kanalik tənliklərini həll etməyi;
bilməlidir:
-Elektronun elektrik sahəsində, maqnit sahəsində hərəkəti, Bərk cismin enerji zonaları, yük daşıyıcıların hasil edilməsi rekombinasiyası, yarımkeçiricilərdə yükdaşıyıcılarının qreyf və diffuziya hərəkəti, yarımkeçiricilərdə elektrik keçiriciliyi, yarımkeçiricilər aramsızlıq nəzəriyyəsi, yarımkeçiricilərdə səthi hadisələr, sahə effekti. Hann effekti, elektron keçid deşiyi. Keçiddə potensial səddin rolu. Keçidin düz və əks istiqamətdə qoşulması. Keçidin sədd və diffuziya tutumları, metal-dielektrik yarımkeçirici strukturları. Heterokeçid, düzləndirici diod, yüksək və ifrat yüksək tezlikli diodlar. İmpuls diodları, yarımkeçirici stabilitron. Tunel diodu, gücləndiricilər, əsas parametrləri və xarakteristikaları, dəyişən cərəyan gücləndiriciləri. Güc gücləndiriciləri;
bacarmalıdır:
-
Elektron qurğularında istifadə olunan bütün elementləri oxumağı və iş prinsipini izah etməyi;
bilməlidir:
- Azərbaycanın siyasi, hüquqi, iqtisadi, sosial və digər sahələrdə beynəlxalq əlaqələrin genişlənməsinə, etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsinə xidməti, qeyd olunan məsələlərin həllində rabitə və informasiya texnologiyalarının xüsusi yeri olmasını;
bacarmalıdır:
-
Bu sahədə məqsədyönlü fəaliyyət aparılmasını və informasiya texnologiyaları sahəsini ölkənin inkişaf prioritetlərinə daxil etməyi;
bilməlidir:
- Telekommunikasiya şəbəkə və sistemləri fəninin proqramı məlumat mübadiləsinin, bu mübadiləni təşkil edən rabitə xətti qurğuları, sistem və şəbəkələrin, istənilən növ məlumatların ötürülməsi, qəbulu və avadanlıqların qurulmasının öyrənilməsini;
bacarmalıdır:
-
fənnin tədrisində rabitə xətt qurğularını, telefon, teleqraf, faksmil, müasir informasiya texnologiyaları, telekonfrans, teletekst, videofaks, təlimat email xidməti və teleyozma informasiya texnologiyalarının inkişaf perspektivlərinin öyrənilməsini;
bilməlidir:
-
Poçt rabitəsinin təşkili və istismarı fənni üzrə poçt rabitəsinin respublikamızda ümumi quruluşunu, onun rolunu, daxili və beynəlxalq poçt göndərişlərinin qəbulunu, onların işlənməsini, göndərilməsini, çeşidlən-məsini və çatdırılmasını;
bacarmalıdır:
- «Azərbaycan Respublikasının kredit təşkiltalarında kassa əməliyyatlarının aparılması və qiymətlərin inkassasiyasının təşkili qaydaları» na, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və Milli Operatorun (MO) poçt maliyyə xidməti göstərən (PMX) poçt müəssisələrində (PM) kassa əməliyyatlarının aparılması qaydasını;
bilməlidir:
- Bu qaydalar «Azərbaycan Respublikasının Poçt haqqında», «Azərbaycan Respublikasının Milli Bankı haqqında», «Azərbaycan Respublikasının kredit təşkiltalarında kassa əməliyyatlarının aparılması və qiymətlərin inkassasiyasının təşkili qaydaları» nı;
bacarmalıdır:
-
Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və Milli Operatorun (MO) poçt maliyyə xidməti göstərən (PMX) poçt müəssisələrində (PM) kassa əməliyyatlarının aparılması qaydasını;
bilməlidir:
-«Rabitə müəssisələrinin iqtisadiyyatı» fənni tələbələri xalq təsərrüfatının sahələrindən biri olan rabitə sahəsində istehsal prosesinin təşkilini, onun ayrı-ayrılıqda iqtisadiyyatını, rabitənin iqtisadiyyatı, rabitə sahələrində əhalinin artmaqda olan tələbatının ödənilməsini, obyektiv iqtisadi qanunlardan istifadə edilməsini;
bacarmalıdır:
-«Azərbaycan Respublikasının kredit, təşkiltalarında kassa əməliyyatlarının aparılması və qiymətlərin inkassasiyasının təşkili qaydaları» na, habelə, Azərbaycan Rsepublikasını digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və Milli Operatorun (MO) poçt maliyyə xidməti göstərən (PMX) poçt müəssisələrində (PM) kassa əməliyyatlarının aparılması qaydasını;
bilməlidir:
- «Marketinqin əsasları» fənni üzrə yeni iqtisadi sistemə keçid, mülkiyyətə münasibət, mülkiyyətin və təsərrü-fatçılığın müxtəlif formalarının tətbiqi üçün əlverişli şərait yaratmağı, çox incə və mürəkkəb baza münasibətləri, iqtisadi biliklə yanaşı, iqtisadi psixoloji xüsusiyyətlərə malik olmağı;
bacarmalıdır:
- Çox incə və mürəkkəb baza münasibətləri, iqtisadi biliklə yanaşı, iqtisadi psixoloji xüsusiyyətlərə malik olmağı;
-
yiyələnməlidir:
-
- Poçt rabitəsinin sürətlə inkişafını nəzərə alaraq yeni texnologiya, sistem və qaydalara, müasir poçt və bank xidmətləri zamanı istifadə olunan sistemlərdən istifadə qaydalarına, mütəmadi təhlükəsizlik texnikası üzrə təlimlərə, yanğın zamanı təxriyyə planı üzrə hərəkət etməyə;
|
46
|
İPF-B01 – Kompyuterin proqram təminatı
İPF-B02 – Ali riyaziyyatın əsasları
İPF-B03 - Elektrotexnika və elektronikanın əsasları
İPF-B04 – Poçt rabitəsində idarəetmə və informasiya texnologiyaları
İPF-B05 – Telekommunikasiya şəbəkə və sistemlərinin qurulma əsasları
İPF-B06 – Poçt rabitəsinin təşkili və istismarı
İPF-B07 – Poçt rabitəsində bank əməliyyatı xidməti
İPF-B08 – Rabitə müəssisələrinin iqtisadiyyatı
İPF-B09 –Marketinqin əsasları
|
5
3
4
5
4
10
4
7
4
|
ÜK-1
ÜK-2
ÜK-6
ÜK-7
ÜK-8
ÜK-9
ÜK-10
ÜK-11
ÜK-12
PK-1
PK-2
PK-3
PK-5
PK-6
PK-7
PK-8
PK-9
PK-10
PK-11
PK-12
PK-13
|
|
Peşə hazırlığının seçmə fənləri
|
24
|
|
|
|
TE-B00
|
Təcrübələr və yekun attestasiya
Bu bölməyə aid olanların öyrənilməsi nəticəsində təhsil alan
bilməlidir:
-Poçt müəssisələrində hüquqi və fiziki şəxslərə göstərilən poçt xidmətlərinin növlərini, kateqoriyalarını, ölçü və çəkilərini mövcud qanunvericiliklə tənzimlənən tarifləri, o cümlədən ənənəvi daxili və beynəlxalq poçt göndərişlərinin növlərini, qəbul olunma, işləmə, çeşidləmə və çatdırılma qaydalarını;
bacarmalıdır:
-Poçt müəssisələrində istifadə olunan qurğu və avadanlıqların istifadə qaydalarını, Bank xidmətlərində istifadə qaydalarını, poçt müəssisələrinin işinin xarakterinə uyğun olaraq təhlükəsizlik tədbirlərinə riayət etməyi, göndərilən PG-nin xarakter və xüsusiyyətlərinə uyğun olaraq onların qəbul olunaraq qablaşdırılmasını;
yiyələnməlidir:
-təsərrüfat fəaliyyətinin təhlilinə dair materialların toplanması və təhlili haqqında biliklərə və praktiki bacarıqlara.
|
30
|
TE-B01
Təcrübələr
TE-B02
Yekun dövlət attestasiyası
|
24
6
|
ÜK-10
PK-13
|
|
Kreditlərin ümumi sayı:
|
120
|
|
|
|
* Azərbaycan bölməsində təhsil alanlar üçün həmin saat həcmində təhsil müəssisəsi tərəfindən ixtisasın profilinə uyğun müəyyənləşdirilən fənlər və ya ikinci xarici dil tədris olunur.
** Azərbaycan bölməsində təhsil alanlar üçün humanitar fənlər bölümündə olan “Azərbaycan dili” (təlim xarici dildə olduqda) fənninə verilən saat həcmində “Azərbaycan dili və nitq mədəniyyəti”, “Etika və psixologiya” fənni və ya ikinci xarici dil tədris olunur.
Humanitar fənlər bölümündə seçmə fənlərə ayrılan saatlar hesabına orta ixtisas məktəbi tərəfindən “Fəlsəfə”, “Politologiya”, “Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları” , “Milli əxlaq və ailə etikası” və “Dünya və vətən mədəniyyəti” fənlərindən müəyyən olunmaqla tədris oluna bilər.
*** İxtisasın peşə hazırlığı bölümünün seçmə fənləri orta ixtisas məktəbi tərəfindən “Beynəlxalq poçt rabitəsi”, “Rabitənin statistikası”, “Poçt rabitəsinin təhlükəsizliyi”, “Vergi sistemi”, “Menecment”, “Poçt rabitəsinin elektron qurğuları”, “Poçt-kassa əməliyyatlarının avtomatlaşdırılması” fənlərindən seçilə bilər.
Ümumtəhsil fənlər bölümü yalnız ümumi orta təhsil bazasından qəbul olunanlara aiddir. Ümumtəhsil fənlər bölümündə olan fənlərin saatları saxlanılmaq şərti ilə semestrlər üzrə bölgüsü orta ixtisas təhsili müəssisəsi tərəfindən müəyyən oluna bilər.
Humanitar fənlər bölümünə daxil olan Azərbaycan dili (xarici dildə təhsil alanlar üçün), «Azərbaycan tarixi», «Xarici dil», fənləri ümumi orta təhsil bazasından qəbul olunanlar üçün ikinci, tam orta təhsil bazasından qəbul olunanlar üçün isə birinci dərs ilindən başlayaraq tədris olunur.
Fiziki tərbiyə idmanın növləri üzrə bölmələrdə keçirilir.
3.2.3. «Poçt rabitəsi» ixtisası üzrə subbakalavr təhsil proqramının yerinə yetirilməsinin müddəti:
Subbakalavr təhsil proqramını mənimsəmək üçün ayrılan ümumi həftələr:
-
Ümumi orta təhsil bazasından - 146
-
Tam orta təhsil bazasından -94
Nəzəri təlim üçün ayrılan həftələr:
-
Ümumi orta təhsil bazasından - 75
-
Tam orta təhsil bazasından - 45
Təcrübələr üçün ayrılan həftələr (tədris, istehsalat) - 16
İmtahan sessiyası üçün ayrılan həftələr:
-
Ümumi orta təhsil bazasından - 25
-
Tam orta təhsil bazasından - 15
Tətillər üçün ayrılan həftələr
- Ümumi orta təhsil bazasından - 26
- Tam orta təhsil bazasından - 14
Yekun dövlət imtahanına ayrılan həftələr - 4
4. Maddi-texniki baza, tədris bazası və kadr potensialı
4.1. - Təhsil proqramını həyata keçirən orta ixtisas təhsil müəssisəsi subbakalavr hazırlığını təmin edən maddi-texniki bazaya (kabinetlər, laboratoriyalar, idman zalları, kitabxana və oxu zalları) malik olmalıdır. Maddi – texniki baza qüvvədə olan
inşaat normalarına, sanitar və gigiyenik qaydalarına uyğunlaşdırılmalıdır.
4.2. Kadr potensialı:
Orta ixtisas təhsili müəssisəsi müvafiq ixtisas üzrə ali təhsilli rabitəçi - mühəndis
pedaqoji kadrlarla təmin olunmalıdır.
Orta ixtisas təhsili müəssisələrində təhsil verənlərin keyfiyyət göstəricilərinə daxildir:
- öz fəaliyyətlərində innovativ təlim, informasiya – kommunikasiya, müasir texnika,
yeni istehsal və pedaqoji texnologiyalardan istifadə etməli;
-təhsilverənlər ali təhsilli olmaqla yanaşı müəyyən istehsalat və pedaqoji təcrübəyə
malik olmalı;
-mütəmadi olaraq öz bilik və bacarıqlarını artırmaq üçün müəyyən olunmuş müddətdə
və qaydada ixtisasartırmadan keçməlidirlər.
5. Tədris prosesinin forma və metodları
5.1. Tədris formal təhsil formasında həyata keçirilir.
Təhsilalma formaları əyani və qiyabidir.
«Poçt rabitəsi» ixtisası tələbələrin kredit sisteminə uyğunlaşdırılmış tədris plan və proqramları əsasında həyata keçirilir.
5.2. Tədris prosesində müxtəlif dərs növlərindən istifadə edilir (nəzəri, praktiki, laborator məşğələləri, yoxlama işləri, kurs işi və s.) Bununla yanaşı təhsil alanların fəaliyyətini, tədqiqatçılıq bacarıqlarını stimullaşdıran dərslərə geniş yer ayırılmalıdır. Yeni pedaqoji texnologiyaları və müasir interaktiv təlim metodlarını əks etdirən dərs-ekskursiya, dərs-yarış, dərs-müzakirə, dərs-disput kimi qeyri - standart dərslərdən istifadəyə üstünlük verilməli, təlim prosesinin çevikliyini təmin edən müxtəlif iş formalarından (kollektiv iş, qruplarla iş) istiıfadə olunmalıdır.
Təlim prosesində dialoqa, məntiqi və tənqidi təfəkkürü inkişaf etdirən, yaradıcı fəaliyyətə əsaslanan fəal və interaktiv metodlardan istifadə edilməlidir.
6.Yekun dövlət attestasiyasına qoyulan tələblər və
qiymətləndirmə
-
Subbakalavr səviyyəsində ixtisaslar üzrə təhsil proqramları təhsil alanların dövlət attestasiyası ilə yekunlaşır.
-
Tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan, təcrübələrdən) müvəffəqiyyətlə keçmiş tələbələr yekun attestasiyasına buraxılırlar.
-
Yekun attestasiya bütün təhsil alanlar üçün məcburidir, onun hazırlanmasına və təşkilinə ayrılan müddət 4 həftədir.
-
Yekun attestasiya ixtisas üzrə buraxılış yekun dövlət imtahanlarından ibarətdir.
-
Subbakalavriat səviyyəsində tələbələrin topladığı kreditlərin sayı tam orta təhsil bazasından 120 kredit olmalıdır. İxtisaslar üzrə təhsil proqramlarında nəzərdə tutulmuş kreditləri toplayan tələbə həmin proqramı mənimsəmiş hesab edilir. Orta ixtisas təhsili müəssisələrində subbakalavriat səviyyəsinin təhsil proqramı üzrə tədris planını tam yerinə yetirmiş şəxslərə yekun Dövlət Attestasiya Komissiyasının qərarı əsasında “Poçt rabitəsi” ixtisası üzrə “subbakalavr” peşə-ixtisas dərəcəsi verilir.
-
Yekun attestasiyanın təşkili və keçirilməsi qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir.
Razılaşdırılmışdır:
Azərbaycan Respublikasının Təhsil Azərbaycan Respublikası Təhsil
Problemləri İnstitutunun direktoru Nazirliyinin Orta ixtisas təhsili sektorunun müdiri:
__________________Q.N.Novruzov _______________İ.K.Mikayılov
«_____»_______________ 2014-cü il «_____»______________2014-cü il
Texniki və Texnoloji ixtisaslar üzrə Azərbaycan Respublikası Təhsil
Dövlət Təhsil Standartlarını hazırlayan Nazirliyi Elmi-Metodik Şurasının
___Elektronika və rabitə________
işçi qrupun sədri: ______________ bölməsinin sədri:
________________F.Q. Məmmədov _________________A.N.Həsənov
«_____»______________2014-cü il «_____»_______________ 2014-cü il
Dostları ilə paylaş: |