İxtisasın (proqramın) şifri və adı: 040535 «Radiorabitə, radio verilişləri və televiziya»


OİTP- orta ixtisas üzrə Təhsil Proqramı ÜK



Yüklə 220 Kb.
səhifə2/5
tarix10.01.2022
ölçüsü220 Kb.
#107980
1   2   3   4   5
OİTP- orta ixtisas üzrə Təhsil Proqramı

ÜK – ümummədəni kompetensiyalar

PK – peşə kompetensiyaları

    1. 040535 – «Radiorabitə, radio verilişləri və televiziya» ixtisasının xarakteristikası.

OİTP-nin mənimsənilməsinin normativ müddəti və məzunlara verilən ixtisas dərəcəsi:


İxtisasın şifri və adı

Verilən elmi ixtisas dərəcəsi

Əyani forma üzrə təhsil müddəti

Kreditlərin sayı

040535-“Radiorabitə, radioverilişləri və televiziya”



subbakalavr

Tam orta təhsil bazasından – 3 il*

180

*- Ümumi orta təhsil bazasından və qiyabi forma üzrə təhsil müddəti 1 il artıqdır (ixtisas üzrə qiyabi formada təhsiı nəzərdə tutulduqda).

  1. Məzunun ixtisas xarakteristikası və kompetensiyası

2.1. Subbakalavrın ixtisas xarakteristikası.

- – «Radiorabitə, radio verilişləri və televiziya» ixtisası üzrə subbakalavr təhsil müddətində aldığı biliklər əsasında radiorabitə sistemində avadanlıqlarının istismar olunması, köklənməsi, müxtəlif parametrlərin ölçülməsi və idarə olunmasına, həmçinin həmin ixtisas üzrə bakalavr pilləsində təhsilini davam etdirməyə hazır olmalıdır.

- “Radiorabitə, radioverilişləri və televiziya” ixtisasına yiyələnmiş mütəxəssislər uyğun istehsal və qeyri-istehsal sahələrində mülkiyyət formasından və tabeçiliyindən asılı olmayaraq təşkilatlarda, idarələrdə, müəssisələrdə və s. işləyə bilər.

- bu ixtisası bitirmiş mütəxəssislər bütün radiorabitə sahələrində istifadə olunan radioelektron aparatların istismarı, quraşdırılması, təmiri, köklənməsi və s. işlərin yerinə yetirilməsi ilə əlaqədar radioyayım, televiziya, radiorele rabitə, kosmik rabitə, radiotelemexanika, radioidarəetmə, radioölçmə, radionaviqasiya, radiolokasiya sahələrində və eləcə də dəniz donanmasında və aviasiyada istifadə olunan avadanlıqlar üzrə mütəxəssis kimi fəaliyyət göstərə bilər. Bu mütəxəssislərin əsas fəaliyyət obyektləri Teleradioyayım sistemləri və onların müvafiq struktur bölmələri ola bilər.

- mövcud qaydalara riayət olunmaqla müxtəlif təhsil müəssisələrində (ali və orta ixtisas təhsili müəssisələrində elmi, elmi-pedaqoji fəaliyyət sahələri istisna olmaqla) çalışa bilər.


2.2. Proqramın mənimsənilməsi nəticəsində məzunun kompetensiyasına qoyulan

tələblər.

Burada ixtisasından asılı olaraq subbakalavrın ümummədəni (ÜK) və peşə (PK)

kompetensiyasına qoyulan tələblər müəyyənləşdirilir və kodlaşdırılır.

2.2.1. Məzun aşağıdakı ümummədəni kompetensiyalara (ÜK) yiyələnməlidir:

- kollektivdə işləmək qabiliyyəti (ÜK-1);

- digər sahələrin mütəxəssisləri ilə ünsiyyətdə olmaq qabiliyyəti (ÜK-2);

- fəal sosial mobillik (ÜK-3);

- beynəlxalq arenada işləmək qabiliyyəti (ÜK-4);

- hüquqi biliklər və etik normalara malik olmaq (ÜK-5);

- yeni ideyalar irəli sürmək qabiliyyəti (ÜK-6);

- müstəqil işləmək (ÜK-7);

- təşəbbüskarlıq və liderlik (ÜK-8);

- işi təşkil etmək və planlaşdırmaq qabiliyyətinə malik olmaq (ÜK-9);

- nəzəri biliklərlə təcrübənin əlaqəsini möhkəmləndirmək qabiliyyəti (ÜK-10);

- İKT-dən istifadə etməyi bacarmaq (ÜK-11);

- öz inkişafına, peşəkarlığına çalışmaq (ÜK-12);

- fikrini düzgün və yiğcam ifadə etmək (ÜK-13);

2.2.2. Məzun aşağıdakı peşə kompetensiyalarına (PK) yiyələnməlidir:




Yüklə 220 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin