Fənnin bölümləri
|
Saatların ümumi miqdarı
|
O cümlədən
|
Fənnin tədrisi nəzərdə tutulan semestr
|
I semestr
|
II semestr
|
ÜF-B00
|
Ümumtəhsil fənlər bölümü
|
900
|
|
|
1;2
|
ÜF-B01
|
Azərbaycan dili (xarici dildə təhsil alanlar üçün)*
|
60
|
30
|
30
|
1;2
|
ÜF-B02
|
Azərbaycan (rus) dili
|
60
|
30
|
30
|
1;2
|
ÜF-B03
|
Ədəbiyyat
|
60
|
30
|
30
|
1;2
|
ÜF-B04
|
Xarici dil
|
60
|
30
|
30
|
1;2
|
ÜF-B05
|
Azərbaycan tarixi
|
30
|
|
30
|
2
|
ÜF-B06
|
Tarix
|
30
|
30
|
|
1
|
ÜF-B07
|
İnsan və cəmiyyət
|
30
|
30
|
|
1
|
ÜF-B08
|
İqtisadiyyatın əsasları
|
30
|
|
30
|
2
|
ÜF-B09
|
Cəbr və analizin başlanğıcı
|
90
|
60
|
30
|
1;2
|
ÜF-B10
|
Həndəsə
|
45
|
|
45
|
2
|
ÜF-B11
|
İnformatika
|
45
|
|
45
|
2
|
ÜF-B12
|
Fizika
|
60
|
30
|
30
|
1;2
|
ÜF-B13
|
Astronomiya
|
30
|
|
30
|
2
|
ÜF-B14
|
Kimya
|
60
|
30
|
30
|
1;2
|
ÜF-B15
|
Biologiya
|
45
|
45
|
|
1
|
ÜF-B16
|
Fiziki coğrafiya
|
45
|
45
|
|
1
|
ÜF-B17
|
Fiziki tərbiyə
|
60
|
30
|
30
|
1;2
|
ÜF-B18
|
Gənclərin çağırışaqədərki hazırlığı
|
60
|
30
|
30
|
1;2
|
- ümumtəhsil fənləri bölməsinə daxil olan fənlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.10.2006-cı il tarixli 233 №-li qərarı ilə təsdiq olunmuş «Azərbaycan Respublikasında ümumtəhsilin konsepsiyası «Milli Kurikulumu»-na uyğun müəyyənləşdirilir və məzun bu konsepsiyaya uyğun olan biliklərə nail olmalıdır;
3.2.2. İxtisasın peşə hazırlığı fənləri bölümü
Fənn bölümünün kodu
|
Fənn bölümləri, onların mənimsənilməsinin nəticələri (bilik, bacarıq və vərdişlər baxımından)
|
Fənn bölümləri üzrə kreditlərin sayı
|
Fənnlər
|
Fənlər üzrə kreditlərin sayı
|
Qazanılması nəzərdə tutulan kompetensiyaların kodları
|
|
|
|
|
|
|
Təhsil hissəsi
|
HF-B00
|
Humanitar fənlər bölümü
bilməlidir;
Respublikanın uzaq və yaxın keçmişi haqqında ümumi biliyi, Azərbaycan Respublikasının müstəqil dövlət kimi formalaşdığı indiki dövrə qədər keçdiyi tarixi yolun xronologiyasını, müstəqillik və istiqlaliyyət uğrunda mübarizələri və bu yolda misilsiz xidmətləri olan şəxsiyyətləri;
bacarmalıdır:
Tarixin, keçmişin qiymətləndirilməsinə dair öz mövqeyini əsaslandırmağı və fikrini ifadə etməyi;
Azərbaycan dili üzrə:
bilməlidir;
Azərbaycan dilindən orta məktəbdə alınan vərdişləri möhkəmləndirmək və inkişaf etdirmək, sərbəst danışıq vərdişinə yiyələnmək, Azərbaycan dilində istənilən məqamlarda ünsiyyət saxlamaq;
bacarmalıdır:
Dialoq aparmağı, ixtisasa dair ədəbiyyatı lüğətsiz oxumağı;
Xarici dil üzrə:
bilməlidir;
xarici dillərin birində öz fikrini sərbəst ifadə etməyi, texniki ədəbiyyata aid mətni lüğətin köməyi ilə tərcümə etməyi.
bacarmalıdır:
İctimai – siyasi mətnləri, bədii və texniki ədəbiyyatları lüğətin köməyi ilə tərcümə etməyi, öyrəndiyi leksik və qrammatik materialları lüğətsiz oxuyub başa düşməyi, öz fikrini sərbəst ifadə etməyi, texniki terminləri sərbəst tərcümə etməyi;
Seçmə yolu ilə öyrənilməsi nəzərdə tutulan fənləri dinləməklə :
bilməlidir;
sosial mühit və sosial inkişafda istiqamətin rolunu və mahiyyətini, Azərbaycan Respublikası hüquq sisteminin və qanunvericiliyinin əsaslarını;
Gələcək peşə fəaliyyətinin mahiyyətini və ona dair normativ və hüquqi sənədlərin tərtibini və onlardan istifadə etməyi, pozulmuş hüququn bərpa yollarını öyrənməlidir.
bacarmalıdır:
Gələcək peşə fəaliyyətini və onun mahiyyətini qiymətləndirməyi, istiqamət üzrə aldığı ilkin məlumatlardan ixtisas peşə hazırlığında məqsədyönlü istifadəni.
yiyələnməlidir:
Azərbaycan tarixinin mühüm məqamlarına: sosial-iqtisadi sahədə əsas təlimlərə, sosial əhəmiyyətli problemlərin təhlilini aparma qabiliyyətinə, sərbəst danışıq vərdişinə, Azərbaycan dilində istənilən məqamlarda ünsiyyət saxlamağa, öz fikrini sərbəst izah etmək qabiliyyətinə;
|
26
|
HF-B01 Azərbaycan tarixi
HF-B03-
Azərbaycan dili (təlimi xarici dildə olanlar üçün)**
HF-B02 Xarici dil
HF-B04 Seçmə fənlər
|
4
8
8
6
|
ÜK-3
ÜK-4
ÜK-5
ÜK-7
ÜK-13
|
İPF-B00
|
İxtisasın peşə hazırlığı fənləri bölümü:***
Bu bölümə daxil olan fənlərin öyrənilməsi nəticəsində tələbə
bilməlidir:
Fənnin tədrisi prosesində konstruktor sənədlərinin metodları, normaları, oxuma və tərtib olunma qaydaları, həndəsi qurmalar, təsvirlərin alınma metodları, ölçülərin göstərilməsi, maşın mexanizmləri, radio qurğuları və rabitə vasitələri qurğuları hissələrinin birləşmələri, yığım cizgiləri, standartlaşmanın metodiki əsaslarını;
bacarmalıdır:
Dövlət standartlaşdırma sistemi, vəsait və ölçü metodlarının standartlaşdırılması, metroloji xidməti;
bilməlidir:
Həyat fəaliyyətinin rahatlıq şərtləri və əmək fiziologiyasının əsasları, texniki sistemin ekologiyalılığı və təhlükəsizliyi, fövqəladə şəraitlərdə təhlükəsizlik, həyat fəaliyyətinin təhlükəsizliyinin idarə olunması, elektrik təhlükəsizliyinin əsasları, istehsalat sanitariyası, yanğın təhlükəsizliyi qaydalarını;
bacarmalıdır:
Rabitə müəssisələrində bütün işləri təhlükəsizlik texnikası qaydalarına uyğun yerinə yetirməyi;
bilməlidir:
- İnformasiyanın növləri, informasiyanın toplanması, ötürülməsi, işlənməsi, ümumi xüsusiyyətləri, tətbiqi proqramlar paketi; paketin tərkibi və strukturu (MS Office); Sistem proqram təminatı; Əməliyyat sistemləri, əməliyyat sistemləri ilə işin əsasları, qrafik interfeys; xidməti proqramlar; mətn prosessorlarının, cədvəl redaktorlarının, VBİS-lərin, kompyuter qrafikasının imkanları.
bacarmalıdır:
Müasir proqramlaşdırma vasitələrindən, əməliyyat sistemləri və tətbiqi proqramlardan Mətn proses-sorlarından, cədvəl redaktorlarından, kompyuter qrafikasının ımkanlarından istifadə etməyi;
bilməlidir:
- Matrislər və onlar üzərində əməlləri, iki və üç tərtibli determinantlar və onların hesablanması qaydalarını, n-tərtibli determinant haqqında anlayış. Tərs matris, onun varlığı və tapılmasını;
bacarmalıdır:
Vektorlar və onlar üzərində əməllər, vektorların xətti asılılığı, vektorların skalyar və vektoryar hasilləri və onların xassələrini, iki tərtibli əyrilər, onların kanalik tənliklərini həll etməyi;
bilməlidir:
- Mürəkkəb elektrik dövrələrinin hesabat metodları. Güclər və güclər balansı. Sinusoidal dəyişən cərəyan dövrələri. Triqonometrik və simvolik metodlar. Dalğa və vektor diaqramları. Qeyri-sinusoidal dəyişən cərəyan dövrələri. Elektrik dövrələrində keçid prosesləri. İmpuls xarakteristikaları. Paylanmış parametrik dövrələr. Qeyri-xətti dövrələr. Elektromaqnit sahəsi nəzəriyyəsi. İstiqamətlənmiş və istiqamətlənməmiş qraflar nəzə-riyyəsini;
bacarmalıdır:
Elektrik dövrələrinin hesabatı zamanı elkektrotexniki qanunları tətbiq etməyi;
bilməlidir:
- Elektrovakuum və ion cihazları. Maddələrin elektrik keçiriciliyi. Yarımkeçiricilər. Yarımkeçiricilərdə elektrik keçiriciliyi. Aşqarlı yarım keçiricilər. Termorezistorlar və varistorlar. Elektron-deşik keçidi. Yarımkeçirici diodlar; Düzləndirici diodlar. İmpuls diodları, stabilitronlar, ifrat yüksəktezlikli diodlar, varikaplar, tunel diodları, gərginlik məhdudlayıcıları, şüalandırıcı diodlar. Tranzistorlar; Bipolyar tranzistorlar, unipolyar tranzistorlar, tranzistorların qoşulma üsulları. Tiristorlar, növləri, iş prinsipi, parametrləri, tətbiq sahələri. Fotoelektron cihazlar. Yarımkeçirici fotoelektron cihazlar, göctərici elementlər, optik cütlər. Mikroelektronika, inteqral mikrosxemlər, rəqəmi inteqral mikrosxemlər, analoji inteqral mikrosxemlər, böyük inteqral mikrosxemlər, mikroprosessorlar, yaddaş qurğular. Funksional mikroelektronika. Molekulyar elektronika, optoelektronika, akustoelektronika, krioqen elektronika, istilik elektronikası;
bacarmalıdır:
Elektron qurğularında istifadə olunan bütün elementləri oxumağı və iş prinsipini izah etməyi;
bilməlidir:
- Gücləndiricilər, əsas parametrləri və xarakteristikaları, dəyişən cərəyan gücləndiriciləri, güc gücləndiriciləri, çoxkaskadlı gücləndiricilər. Gücləndiricilərdə əks əlaqələr. sabit cərəyan gücləndiriciləri. Analoq mikrosxem texnikası, əməliyyat gücləndiriciləri, parametrləri, əsas göstəriciləri və xarakteristikaları, sıfır dreyfinin azaldılması yolları. Genişzolaqlı gücləndiricilər, dar zolaqlı gücləndiricilər, rezonans gücləndiriciləri, yüksək tezlikli və ifrat yüksək tezlikli gücləndiricilər. Gücləndiricilərdə küylər və onların aradan qaldırılması yolları. Azküylü gücləndiricilər.
Rəqəm texnikasının elementləri. Əsas baza məntiq elementləri. Sadə və mürəkkəb məntiq elementləri; İnteqral triggerlər, sinxron və asinxron triggerlər, birtaktlı və ikitaktlı triggerlər, universal triggerlər; Sayğaclar, ardıcıl və birbaşa ötürməli sayğaclar, məcburi say əmsallı sayğaclar, tezlik bölücüləri, Registrlər, ardıcıl və paralel registrlər, universal reversiv registrlər, dairəvi sayğaclar və impuls paylaşdırıcıları.
Kombinasiyalı sxemlər, multipleksorlar və demultipleksorlar, koderlər və dekoderlər, yarımcəmləyicilər və cəmləyicilər, çoxdərəcəli cəmləyicilər. Kodların müqayisə qurğuları. Komparatorlar. Yaddaş elementləri, statik və dinamik yaddaş elementləri, daimi yaddaş elementləri;
bacarmalıdır:
Bu elementlərin üzərində sadə funksional sxemlərin tərtib olunmasını;
bilməlidir:
- mikroprosessor sistemlərinin baza funksional sxemini, mikroprosessor sistemlərinin proqram təminatını, mikrokontroller sistemlərinin tipik idarəetmə sisteminin və təşkilinin strukturunu, mikroprosessor sistemlərinin sınaq üsullarını və sazlanma qaydalarını, internet üzərindən müxtəlif qurğuların informasiya asılılığını, Mikropro-sessor sistemlərinin istehsalının və istifadə olunmasının vəziyyətini;
bacarmalıdır:
mikroprosessor sistemlərində test və sazlanma işlərini aparmağı, mikroprosessor sistemlərində nasazlıqların aşkar edilməsi və aradan qaldırılmasını;
bilməlidir:
- İqtisadiyyat elminin predmeti, iqtisadiyyata giriş (iqtisadi təhlilin əsasları, mübadilənin əsasları, rəqabətli bazarın fəaliyyəti, dövlət bölməsinin əsasları), mülkiyyət haqqında əsas anlayışları, iqtisadi və hüquqi səmtlər, mikroiqtisadiyyata giriş, pul, pul tədavülü və pul siyasəti, milli gəlir, xərclər, tələb, təklif, infilyasiya və işsizliyin mikroiqtisadi problemləri, dünya iqtisadiyyatı və iqtisadi inkişaf. İstehsalatda menecmentin əsaslarını;
bacarmalıdır:
tələb istehlak seçməsi, məsrəflər, təklif firmalar və rəqabət formaları, biznesin quruluşu və tənzimləmə, faktorlar bazarları və gəlirlərin bölüşdürülməsini;
bilməlidir:
Transformatorlar, onların ümumi xarakteristikaları, növləri və qoşulma sxemləri, elektronika, telekommu-nikasiya və radiotexnika avadanlıq-larının elektrik təchizatının təşkili prinsipləri, elektrik təchizat sistemlərində etibarlılıq və ehtiyatlaş-dırma məsələləri, müxtəlif elektrik təchizatı sistemi aparatlarının müqayisəsi və onların seçilməsi üzrə təlimatları;
bacarmalıdır:
Elektrik qida avadanlıqlarına təxirəsalınmaz xidməti;
bilməlidir:
Determinləşmiş siqnalların nəzəri əsasları, siqnalların riyazi modelləri, siqnal, informasiya və məlumat anlayışları, siqnalların dinamiki təqdim olunma prinsipləri, seçmələr teoremi, kotelnikov teoremi, dar zolaqlı siqnal anlayışı, kompleks qurşayan, fiziki qurşayan və ani tezlik,analitik siqnal və onun xassələri, modullanmış siqnallar, modulyasiyanın növləri, amplitud, faza, tezlik modulyasiyalı siqnallar, xətti tezlik modulyasiyalı impuls siqnalları haqqında əsas anlayışları;
bacarmalıdır:
Elektrik dövrələrinin əsas qanunlarını təcrübədə tətbiq etməyi, analoq və rəqəm siqnalları fərqləndirməyi və onların parametrlərini hesablamağı;
bilməlidir:
- Elektron hesablama maşınları və komplekslərindən istifadə qaydaları, əməliyyat sistemlərinin və sistem proqramlarının funksiyalarını və növlərini, əməliyyat sistemlərinin strukturunu və proqram komponentlərini, Lokal, ərazi və qlobal şəbəkələr, onların müqayisəli xarakteristikaları, Lokal şəbəkələrin texnologiyaları və protokollarını;
bacarmalıdır:
Windows-XP, Windows-7 əməliyyat sisteminin əsas xarakteristikalarını və komponentlərini bilməli və Windows mühitində sərbəst işləməyi, İnternet şəbəkəsindən istifadə qaydalarını;
bilməlidir:
- Proqram dillərininin qurulmasının və istifadəsinin ümumi prinsiplərini, onların klassifikasiyasını, proqramların yapradılması prosesini, FK üçün istifadə olunan proqram vasitələrini;
bacarmalıdır:
Qarşıya qoyulmuş məsələləri formalaşdırmaq, “Windows” əməliyyat sistemində işləmə vərdişlərini, “Microsoft Word”, “Microsoft Excel” və “Microsoft Access” proqramlarından istifadəni;
bilməlidir:
- Kpmpyuter sistemlərinin profilaktikası, Sistem-12 elektron ATS-lərin iş prinsipini, Lokal və qlobal kpmpyuter şəbəkələrinin iş prinsipini, şəbəkələrin topologiyaları. Protokolların arxitekturası. TÇP/İP protokolları. İP-ünvanlaşdırma. İNTERNET texnologi-yasının əsas anlayışlarını: informasiyanın ölçü vahidlərini və ötürülmə sürətlərini, informasiyanın ötürülməsi və emalı protokollarının növlərini, brauzerlərin funksiyasını və növlərini, İNTERNET şəbəkəsinə qoşulma üsullarını, əsas axtarış mexanizmlərini və onların imkanlarını;
bacarmalıdır:
- Lokal kompyuter şəbəkələrinin qurulması prinsiplərini, İNTERNET şəbəkəsinin əsas sifarişçilərini şəbəkəyə qoşmağı, electron poçtundan istifadə etməyi, məktubları tərtib etməyi və göndərməyi, məlumatları qəbul etməyi, HTML-dilində WEB səhifəlr yaratmaq,onların dizaynını həyapta keçirmək, WEB səhtifələri İnternetdə yerləşdirmək və qeydə almağı;
bilməlidir:
Bull cəbri və rəqəm texnikasının hesab və məntiqi əsası, məntiqi funksiyalar və məntiq elementləri, məntiqi triggerlər, məntiqi registrlər, cəmləyicilər, kod çeviriciləri. rəqəm texnikasının hesab və məntiqi əsasını, rəqəm qurğbularının sxemlərinin tərtibatı qaydalarını, rəqəm qurğularının qurulması prinsiplərini, rəqəm qurğularının layihələndirilmə-sinin əsas məsələlərini və mərhələlərini, layihələndirmə zamanı istifadə olunan konstruktor sənədlərini;
bacarmalıdır:
- Rəqəm qurğularının işini və onların işləmə qabiliyyətini, rəqəm qurğularının layihələndirilməsinə texniki tapşırığın tələblərini yerinə yetirməyi, etibarlıq göstəricilərini təyin etmək və hesablama texnikası vasitəsinin keyfiyyətini qiymətləndir-mək, normativ-texniki sənədlərin tələblərini yerinə yetirməyi;
bilməlidir:
Kpmpyuter sistemlərinin təsnifatını, kpmpyuterin əsas qurğularının quruluşu və iş prinsipini, kompyuterin əlavə qurğularının iş prinsipini, informasiya hesablama vasitələrindən istifadə qaydalarını;
bacarmalıdır:
Kpmpyuterin əsas və əlavə olaraq onlara qoşulan qurğuların iş abiliyyətinə nəzarəti yerinə yetirməyi, onlarda yaranan nasazlığı aşkar etmək və aradan qaldırmağı;
bilməlidir:
informasiya hesablama vasitələrinin etibarlığı və informasiya hesablama vasitələrində montaj və tənzimləmə işlərinə nəzarəti, informasiya hesablama vasitələrinin proqram təminatı və onun etibarlığını, informasiya-hesablama vasitələrinin qida sistemlərində yaranan problemləri və onların aradan qaldırılması yollarını, səhvlər haqqında informasiyanın yığılması və emalını;
bacarmalıdır:
İnformasiya hesablama vasitələrinin etibarlıq göstəricilərinin hesablan-masını, informasiya hesablama vasitələrinin keyfiyyətinə nəzarəti, proqramm təminatının artırılmasının modellərini, qida mənbələrinin işsiz dayanmadan müdafiə edilməsini;
yiyələnməlidir:
- informasiyanın toplanması və emalında müasir üsullsrdan istifadə etmək vərdişlərinə, Lokal kompyuter şəbəkələrinin qurulması prinsiplərini, İNTERNET şəbəkəsinin əsas sifarişçilərini şəbəkəyə qoşmağı, electron poçtundan istifadə etmək vərdişlərinə, Kpmpyuterin əsas və əlavə olaraq onlara qoşulan qurğuların iş qabiliyyətinə nəzarəti yerinə yetirməyi, onlarda yaranan nasazlığı aşkar etmək və aradan qaldırmağa, rəqəm qurğularının layihələndiril-məsinə;
|
100
|
İPF-B01 – Texniki rəsmxətt və standartlaşmanın əsasları
İPF-B02 – Həyat fəaliyyətinin təhlükəsizliyi
İPF-B03 – Kompyuterin proqram təminatı
İPF-B04 – Ali riyaziyyatın əsasları
İPF-B05 - Elektrik dövrələri nəzəriyyəsinin əsasları
İPF-B06 – Elektronikanın əsasları
İPF-B07 – Analoq və rəqəmli elektronika
İPF-B08 – Mikroprosessorlu sistemlər
İPF-B09 – Sahə iqtisadiyyatı və menecment
İPF-B10 - Elektrik qida qurğuları
İPF-B11 – Siqnallar və sistemlər
İPF-B12 – Telekommunikasiya informasiya hesablama kompleksləri
İPF-B13 – Telekommunikasiya informasiya hesablama vasitələrinin proqram təminatı
İPF-B14 – Rabitə sistemlərinin idarə olunmasının informasiya hesablama vasitələri
İPF-B15 – Telekommunikasiya informasiya hesablama vasitələrinin layihələndirilməsi
İPF-B16 - Telekommunikasiya informasiya hesablama vasitələrinin istismarı
İPF-B17 - Telekommunikasiya informasiya hesablama vasitələrinin etibarlığı
|
4
4
8
4
6
6
4
4
6
6
8
6
8
10
8
4
4
|
ÜK-1
ÜK-2
ÜK-6
ÜK-7
ÜK-8
ÜK-9
ÜK-10
ÜK-11
ÜK-12
PK-1
PK-2
PK-3
PK-5
PK-6
PK-7
PK-8
PK-9
PK-10
PK-11
PK-12
PK-13
|
|
Peşə hazırlığının seçmə fənləri
|
24
|
|
|
|
TE-B00
|
Təcrübələr və yekun attestasiya
Bu bölməyə aid olanların öyrənilməsi nəticəsində təhsil alan
bilməlidir:
bütün rabitə sahələrində istifadə olunan lompüter və kpmpyuter sistemlərinin istismarı, quraşdırıl-ması, təmiri və s. işlərin yerinə yetirilməsini;
bacarmalıdır:
Lokal kpmpyuter şəbəkələrinin qurulması prinsiplərini, İNTERNET şəbəkəsinin əsas sifarişçilərini şəbəkəyə qoşmağı, elektron poçtundan istifadə etməyi, məktubları tərtib etməyi və göndərməyi, məlumatları qəbul etməyi, servis xidmətinin imkanlarından istifadə etməyi;
yiyələnməlidir:
rabitə sahələrində istifadə olunan lompüter və kpmpyuter sistemlərinin istismarı, quraşdırılması, təmiri və s. işlərin yerinə yetirilməsiniə, təsərrüfat obyektlərində tətbiq olunan texnika və texnologiyaları mənimsətmək, təsərrüfat fəaliyyətinin təhlilinə dair materialların toplanması və təhlili haqqında biliklərə və praktiki bacarıqlara.
|
30
|
TE-B01
Təcrübələr
TE-B02
Yekun dövlət attestasiyası
|
24
6
|
ÜK-10
PK-13
|
|
Kreditlərin ümumi sayı:
|
180
|
|
|
|
* Azərbaycan bölməsində təhsil alanlar üçün həmin saat həcmində təhsil müəssisəsi tərəfindən ixtisasın profilinə uyğun müəyyənləşdirilən fənlər və ya ikinci xarici dil tədris olunur.
** Azərbaycan bölməsində təhsil alanlar üçün humanitar fənlər bölümündə olan “Azərbaycan dili(təlim xarici dildə olduqda)” fənninə verilən saat həcmində “Azərbaycan dili və nitq mədəniyyəti”, “Etika və psixologiya” fənni və ya ikinci Xarici dil tədris olunur.
Humanitar fənlər bölümündə seçmə fənlərə ayrılan saatlar hesabına orta ixtisas məktəbi tərəfindən “Fəlsəfə”, “Politologiya”, “Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları” , “Milli əxlaq və ailə etikası” və “Dünya və vətən mədəniyyəti” fənlərindən müəyyən olunmaqla tədris oluna bilər.
*** İxtisasın peşə hazırlığı bölümünün seçmə fənləri orta ixtisas məktəbi tərəfindən “Telekommunikasiya informasiya hesablama vasitələrinin layihələndirilməsinin avtomatlaşdırılması”, “Telekommunikasiya şəbəkə və sistemləri”, “Kompyuter sistem və komplekslərində texniki qulluq və təmir”, “ Telekommunikasiya idarəedici sistemləri nəzəriyyəsi”, “Rabitə sistemlərində informasiyanın qorunması”, “İntellektual informasiya sistemləri”, “İnformasiya texnologiyaları” fənlərindən seçilə bilər.
Ümumtəhsil fənlər bölümü yalnız ümumi orta təhsil bazasından qəbul olunanlara aiddir. Ümumtəhsil fənlər bölümündə olan fənlərin saatları saxlanılmaq şərti ilə semestrlər üzrə bölgüsü orta ixtisas təhsili müəssisəsi tərəfindən müəyyən oluna bilər..
Humanitar fənlər bölümünə daxil olan Azərbaycan dili (xarici dildə təhsil alanlar üçün), «Azərbaycan tarixi», «Xarici dil», fənləri ümumi orta təhsil bazasından qəbul olunanlar üçün ikinci, tam orta təhsil bazasından qəbul olunanlar üçün isə birinci dərs ilindən başlayaraq tədris olunur.
Fiziki tərbiyə idmanın növləri üzrə bölmələrdə keçirilir.
3.2.3. «Rabitə sistemlərinin idarə olunmasında informasiya hesablama vasitələri» ixtisası üzrə subbakalavr təhsil proqramının yerinə yetirilməsinin müddəti:
Subbakalavr təhsil proqramını mənimsəmək üçün ayrılan ümumi həftələr:
Ümumi orta təhsil bazaslndan - 198
Tam orta təhsil bazasından -146
Nəzəri təlim üçün ayrılan həftələr:
Ümumi orta təhsil bazasından -105
Tam orta təhsil bazasından -75
Təcrübələr üçün ayrılan həftələr (tədris, istehsalat) -16
İmtahan sessiyası üçün ayrılan həftələr:
Ümumi orta təhsil bazasından - 35
Tam orta təhsil bazasından - 25
Tətillər üçün ayrılan həftələr:
Ümumi orta təhsil bazasından -38
Tam orta təhsil bazasından - 26
Yekun dövlət imtahanına ayrılan həftələr - 4
4. Maddi-texniki baza, tədris bazası və kadr potensialı
4.1. -Təhsil proqramını həyata keçirən orta ixtisas təhsil müəssisəsi subbakalavr
hazırlığını təmin edən maddi-texniki bazaya (kabinetlər, laboratoriyalar, idman
zalları, kitabxana və oxu zalları) malik olmalıdır. Maddi – texniki baza qüvvədə
olan inşaat normalarına, sanitar və gigiyenik qaydalarına uyğunlaşdırılmalıdır.
4.2. Kadr potensialı:
Orta ixtisas təhsili müəssisəsi müvafiq ixtisas üzrə Ali təhsilli rabitəçi-mühəndis
pedaqoji kadrlarla təmin olunmalıdır.
Orta ixtisas təhsili müəssisələrində təhsil verənlərin keyfiyyət göstəricilərinə
daxildir:
-öz fəaliyyətlərində innovativ təlim, informasiya – kommunikasiya, müasir
texnika, yeni istehsal və pedaqoji texnologiyalardan istifadə etməli;
-təhsilverənlər ali təhsilli olmaqla yanaşı müəyyən istehsalat və pedaqoji təcrübəyə
malik olmalı;
-mütəmadi olaraq öz bilik və bacarıqlarını artırmaq üçün müəyyən olunmuş
müddətdə və qaydada ixtisasartırmadan keçməlidirlər.
5. Tədris prosesinin forma və metodları
5.1. Tədris formal təhsil formasında həyata keçirilir.
Təhsilalma formaları əyani və qiyabidir.
«Rabitə sistemlərinin idarə olunmasında informasiya hesablama vasitələri» ixtisası
tələbələrin kredit sisteminə uyğunlaşdırılmış tədris plan və proqramları əsasında
həyata keçirilir.
5.2. Tədris prosesində müxtəlif dərs növlərindən istifadə edilir (nəzəri, praktiki, laborator məşğələləri, yoxlama işləri, kurs işi və s.) Bununla yanaşı təhsil alanların fəaliyyətini, tədqiqatçılıq bacarıqlarını stimullaşdıran dərslərə geniş yer ayırilmalıdır. Yeni pedaqoji texnologiyaları və müasir interaktiv təlim metodlarını əks etdirən dərs-ekskursiya, dərs-yarış, dərs-müzakirə, dərs-disput kimi qeyri-standart dərslərdən istifadəyə üstünlük verilməli, təlim prosesinin çevikliyini təmin edən müxtəlif iş formalarından (kollektiv iş, qruplarla iş) istiıfadə olunmalıdır.Təlim prosesində dialoqa, məntiqi və tənqidi təfəkkürü inkişaf etdirən, yaradıcı fəaliyyətə əsaslanan fəal və interaktiv metodlardan istifadə edilməlidir.
6.Yekun Dövlət Attestasiyasına qoyulan tələblər və qiymətləndirmə
Subbakalavr səviyyəsində ixtisaslar üzrə təhsil proqramları təhsil alanların dövlət attestasiyası ilə yekunlaşır.
Tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan, təcrübələrdən) müvəffəqiyyətlə keçmiş tələbələr yekun attestasiyasına buraxılırlar.
Yekun attestasiya bütün təhsil alanlar üçün məcburidir, onun hazırlanmasına və təşkilinə ayrılan müddət 4 həftədir.
Yekun attestasiya ixtisas üzrə buraxılış yekun dövlət imtahanlarından ibarətdir.
Subbakalavriat səviyyəsində tələbələrin topladığı kreditlərin sayı tam orta təhsil bazasından 180 kredit olmalıdır. İxtisaslar üzrə təhsil proqramlarında nəzərdə tutulmuş kreditləri toplayan tələbə həmin proqramı mənimsəmiş hesab edilir. Orta ixtisas təhsili müəssisələrində subbakalavriat səviyyəsinin təhsil proqramı üzrə tədris planını tam yerinə yetirmiş şəxslərə yekun Dövlət Attestasiya Komissiyasının qərarı əsasında “Rabitə sistemlərinin idarə olunmasının informasiya hesablama vasitələri” ixtisası üzrə “subbakalavr” peşə-ixtisas dərəcəsi verilir.
Yekun attestasiyanın təşkili və keçirilməsi qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir.
Razılaşdırılmışdır:
Azərbaycan Respublikası Təhsil Azərbaycan Respublikası Təhsil
Problemləri İnstitutunun direktoru Nazirliyinin Orta ixtisas təhsili sektorunun müdiri:
__________________Q.N.Novruzov _______________İ.K.Mikayılov
«_____»_______________ 2014-cü il «_____»______________2014-cü il
Texniki və Texnoloji ixtisaslar üzrə Azərbaycan Respublikası Təhsil
Dövlət Təhsil Standartlarını hazırlayan Nazirliyi Elmi-Metodik Şurasının
_Elektronika və rabitə________
işçi qrupun sədri _____________ bölməsinin sədri:
________________F.Q. Məmmədov __________________A.N.Həsənov
«_____»______________2014-cü il «_____»_______________ 2014-cü il
Dostları ilə paylaş: |