İxtisasın (proqramın) şifri və adı: 040545 Kompyuter şəbəkələrinin və hesablama texnikasının



Yüklə 233,32 Kb.
tarix17.01.2017
ölçüsü233,32 Kb.
#417



AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 01 oktyabr 2014-cü il tarixli 1045 nömrəli əmri ilə təsdiq edilmişdir


Orta İxtisas Təhsilinin Dövlət Standartı
Subbakalavr hazırlığı üzrə

T Ə H S İ L P R O Q R A M I


İxtisasın (proqramın) şifri və adı:
040545 - Kompyuter şəbəkələrinin və hesablama texnikasının

təmiri və servis xidməti

BAKI – 2014



  1. Ümumi müddəalar

    1. Subbakalavriat səviyyəsinin 040545 – “Kompyuter şəbəkələrinin və hesablama texnikasının təmiri və servis xidməti” ixtisası üzrə Təhsil Proqramı (bundan sonra ixtisas üzrə Təhsil Proqramı) «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş «Orta ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı»na, «Orta ixtisas təhsili üzrə ixtisasların təsnifatı»na və «Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili qaydaları»na uyğun hazırlanmışdır.

    2. İxtisas üzrə Təhsil Proqramı tabeliyindən, mülkiyyət növündən və təşkilati – hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən və həmin ixtisas üzrə subbakalavr hazırlığını həyata keçirən bütün orta ixtisas təhsili müəssisələri üçün məcburidir.

    3. Strukturda istifadə olunan işarələr:

OİTP – orta ixtisas üzrə Təhsil Proqramı

ÜK – ümummədəni kompetensiyalar

PK – peşə kompetensiyaları

    1. 040545 – “Kompyuter şəbəkələrinin və hesablama texnikasının təmiri və servis xidməti” ixtisasının xarakteristikası

İTP – nin mənimsənilməsinin normativ müddəti və məzunlara verilən ixtisas dərəcəsi:

İxtisasın şifri və adı

Verilən ixtisas dərəcəsi

Əyani forma üzrə təhsil müddəti

Kreditlərin sayı

040545 – “Kompyuter şəbəkələrinin və hesablama texnikasının təmiri və servis xidməti”

Subbakalavr

Tam orta təhsil bazasından – 2 il



120



Ümumi orta təhsil bazasından və qiyabi forma üzrə təhsil müddəti 1 il artıqdır.


2. Məzunun ixtisas xarakteristikası və kompetensiyası
2.1. Subbakalavrın ixtisas xarakteristikası:

-subbakalavr peşə hazırlığına uyğun olaraq ixtisas üzrə iş sahələrində peşə fəaliyyətinə və bakalavr pilləsində təhsil almağa hazır olmalıdır;

-mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq peşəsinə və ixtisas dərəcəsinə uyğun gələn istənilən istehsal sahələri, təşkilatlar, idarələr, müəssisələr, birliklər və s. işləyə bilər;

-mövcüd qaydalara riayət etməklə, hesablama texnikasına və kompyuter şəbəkələrinə texniki xidmət göstərməklə (ali və orta ixtisas təhsili müəssisələrində elmi və elmi – pedaqoji fəaliyyət istisna olmaqla) müxtəlif təşkilati – hüquqi formalı müəssisələrdə çalışa bilər.
2.2. Proqramın mənimsənilməsi nəticəsində məzunun kompetensiyalarına qoyulan tələblər
2.2.1. Subbakalavr aşağıdakı ümummədəni kompetensiyalara (ÜK) yiyələnməlidir:

-Azərbaycan tarixinin əsas mərhələlərini, tarixi şəxsiyyətləri və əsas tarixi hadisələrlə bağlı məlumata malik olmalı (ÜK – 1);

-Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilməli və fikrini düzgün ifadə etməli (ÜK - 2);

-ixtisasına dair xarici dildə olan ədəbiyyatlardan istifadə etməli (ÜK - 3);

-sosial – iqdisadi sahədə əsas təlimləri, sosial əhəmiyyətli problemlərin təhlilini aparmağı bacarmalı (ÜK - 4);

- fəal sosial mobillik (ÜK – 5);

-hüquqi biliklərə və etik normalara malik olmalı (ÜK – 6);

-kollektivdə işləmək qabiliyyətinə malik olmalı (ÜK – 7);

-digər sahələrin mütəxəssisləri ilə ünsiyyət yaratmağı bacarmalı (ÜK – 8);

-beynəlxalq arenada işləmək qabiliyyəti (ÜK – 9);

-ixtisasına uyğun yeni ideyalar irəli sürməyi bacarmalı (ÜK – 10);

-müstəqil işləmək, təşəbbüskarlıq və liderlik bacarığı olmalı (ÜK – 11);

-işi təşkil etmək və planlaşdırmaq qabiliyyətinə malik olmalı (ÜK – 12);

-nəzəri biliklərlə təcrübənin əlaqəsini möhkəmləndirməyi bacarmalı (ÜK – 13);

-İKT – dən istifadə etməyi bacarmalı (ÜK – 14);

-öz inkişafına, peşəkarlığın artırılmasına çalışmalı (ÜK – 15);
2.2.2. Məzun aşağıdakı peşə kompetensiyalarına (PK) yiyələnməlidir:
Ümumpeşə xarakterli:

-peşə məsələlərini həll edərkən riyaziyyat, təbiət, humanitar və iqtisadiyyat qanun və metodlarını tətbiq etmək bacarığına malik olmalı (PK – 1);

-kompyuterlə işləmək və müxtəlif təşkilati – hüquqi formalı müəssisələrdə hesablama texnikasına və kompyuter şəbəkələrinə texniki xidmət göstərmək bacarığına malik olmalı (PK – 2);

-hesablama texnikasının və kompyuter şəbəkələrinin tipik proqram təminatının müşayiət edilməsi ilə əlaqədar peşə fəaliyyətinə hazır olmalı (PK – 3);
İstehsalat – texnoloji xarakterli:

-hesablama texnikası vasitələrinə (HTV) və kompyuter şəbəkələrinə texniki xidmətin göstərilməsi (PK – 4);

-HTV – nin servis aparat – proqram xidməti, nasazlıqların diaqnostikası və HTV, kompyuter şəbəkələrinin texniki vəziyyətinə nəzarət (PK - 5);

-HTV və kompyuter şəbəkələrinin komplektləşdirilməsi, konfiqurasiya edilməsi və sazlanması (PK – 6);

-tipik proqram təminatının qurulması, uyğunlaşdırılması və müşayiət edilməsi (PK – 7);
Təşkilati – inzibatçılıq xarakterli:

-kollektivdə mədəni davranış mədəniyyətinə malik olmalı (PK - 8);

-kompyuter şəbəkələrinin texniki istismarı və xidməti üzrə işlərin planlaşdırılmasını və təşkilini bacarmalı (PK – 9);

-qeyri – standart vəziyyətlərdə işin planlaşdırılması zamanı optimal həlli seçməyi, o cümlədən kompyuter şəbəkələrinə profilaktik xidmətin planlaşdırılmasını və təşkilini bacarmalı (PK - 10);

-kompyuter şəbəkələrinin texniki istismarı və xidməti zamanı təhlükəsizlik texnikasının təmin edilməsini bacarmalı (PK - 11);

-işin nəticəsinə görə məsuliyyəti öz üzərinə götürməyi, görüləcək işlər barəsində öz fikrini qısa və dürüst ifadə etməyi bacarmalı (PK-12);

-qəza, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin ləğvi prosesində təşkilati tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etməyi bacarmalı (PK – 13).
3. Təhsilin məzmununa və səviyyəsinə qoyulan minimum tələblər
3.1. Peşə fəaliyyətinin xarakteristikası.

3.1.1. Peşə fəaliyyətinin əsas istiqamətləri:

040545 – “Kompyuter şəbəkələrinin və hesablama texnikasının təmiri və servis xidməti” ixtisası üzrə subbakalavrların peşə fəaliyyətinin əsas istiqamətləri:

-istehsal – texnoloji;

-təşkilati – inzibatçılıq və s.
3.1.2. Peşə fəaliyyəti üzrə hazırlıq səviyyəsinə qoyulan tələblər.

İstehsal – texnoloji sahəsi üzrə:

-hesablama texnikasına və kompyuter şəbəkələrinə texniki xidməti həyata keçirmək;

-hesablama texnikası vasitələrinin və kompyuter şəbəkələrinin komplektləşdirilməsini, sazlanmasını həyata keçirmək;

-şəbəkələrin inzibatçılığını və müşayiət funksiyalarını həyata keçirmək;

-istənilən proqram təminatının qurulması üçün instalyasiya paketini yığmağı bacarmaq;
Təşkilati – inzibatçılıq sahəsi üzrə:

-istehsalatda kollektivlə işləməyi bacarmalı;

-standart və qeyri – standart şəraitlərdə qərar qəbul etməli və ona cavabdeh olmağı bacarmalı;

-öz peşə fəaliyyətini təşkil etməyi, vəzifə borcunun yerinə yetirilməsi üçün müxtəlif üsulları seçməyi və onları qiymətləndirməyi bacarmaq;
3.2. İxtisas üzrə fənn bölümləri, fənlərin kreditləri, onların mənimsənilməsinin nəticələri (bilik, bacarıq və vərdişlər baxımından) və qazanılması nəzərdə tutulan kompetensiyaların kodları.
3.2.1. Ümumtəhsil fənlər bölümü



Fənnin adı


Fənn bölümləri

Ümumi saatlar

O cümlədən

Fənnin tədrisi

nəzərdə tutulan semestr

I semestr

II semestr

ÜF-B00

Ümumtəhsil fənlər bölümü *













ÜF-B01

Azərbaycan dili (xarici dildə təhsil alanlar üçün ) **

60

30

30

1,2

ÜF-B02

Azərbaycan (rus) dili

60

30

30

1,2

ÜF-B03

Ədəbiyyat

60

30

30

1,2

ÜF-B04

Xarici dil

60

30

30

1,2

ÜF-B05

Azərbaycan tarixi

30




30

2

ÜF-B06

Tarix

30

30




1

ÜF-B07

İnsan və Cəmiyyət

30

30




1

ÜF-B08

İqtisadiyyatın əsasları

30




30

2

ÜF-B09

Cəbr və analizin başlanğıcı

90

60

30

1,2

ÜF-B10

Həndəsə

45




45

2

ÜF-B11

İnformatika

45




45

2

ÜF-B12

Fizika

60

30

30

1,2

ÜF-B13

Astronomiya

30




30

2

ÜF-B14

Kimya

60

30

30

1,2

ÜF-B15

Biologiya

45

45




1

ÜF-B16

Fiziki coğrafiya

45

45




1

ÜF-B17

Fiziki tərbiyə

60

30

30

1,2

ÜF-B18

Gənclərin çağırışaqədərki hazırlığı

60

30

30

1,2




Cəmi

900

450

450





*Ümumtəhsil fənləri bölümünə daxil olan fənlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.10.2006-cı il tarixli, 233 № li qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ümumtəhsilin konsepsiyası (Milli Kurikulumu)”na uyğun müəyyənləşdirilir. Birinci kurslarda ümumtəhsil fənləri tədris olunduğu üçün kredit sisteminə daxil edilmir.

**Azərbaycan bölməsində təhsil müəssisəsinin bu saat hesabına ixtisasın profilinə uyğun müəyyənləşdirdiyi fənlər tədris oluna bilər.

3.2.2. Kadr hazırlığı üçün tələb olunan fənlər bölümü


Fənn bölümünün kodu

Fənn bölümləri, onların mənimsənilməsinin nəticələri (bilik, bacarıq və vərdişlər baxımından)

Fənn bölmələri üzrə kreditlərin sayı

Fənlər

Fənlər üzrə kreditlərin sayı

Qazanılması nəzərdə tutulan kompetensiyaların kodları

1

2

3

4

5

6

Təhsil hissəsi

HF – B00

Humanitar fənlər bölümü * * *

Bu bölümdə tələbə-

bilməlidir:

Azərbaycan tarixi üzrə: Azərbaycan tarixinin əsas mərhələləri və xronologiyası barədə təsəvvürə, tarixi şəxsiyyətlər və əsas tarixi hadisələr haqqında məlumata malik olmalı;
Xarici dil üzrə: xarici dillərin

birində danışığın və yazının məzmununu başa düşməli.
Azərbaycan dili üzrə:(təlim xarici dildə olanlar üçün) Azərbaycan Respublikasının dövlət dilini (Azərbaycan dilini) sərbəst bilməli.

Seçmə yolu ilə öyrənilməsi

nəzərdə tutulan fənləri dinləməklə: sosial mühit və sosial varislik münasibətlərini, sosial inkişafda istiqamətin rolunu və mahiyyətini;

Azərbaycan Respublikası hüquqi sisteminin və qanunvericiliyinin əsaslarını, tərbiyəvi-etik normaları bilməli;

gələcək peşə fəaliyyətinin mahiyyətini və ona dair normativ və hüquqi sənədlərin tərtibini və onlardan istifadə etməyi bacarmalı, pozulmuş hüquqların bərpa yollarını öyrənməlidir..

bacarmalıdır:

Azərbaycan tarixi üzrə:

tarixin, keçmişin

qiymətləndirilməsinə dair öz mövqeyini əsaslandırmağı və fikrini ifadə etməyi;

Xarici dillər üzrə:

peşə səviyyəsinin artırılmasında mühüm əhəmiyyət kəsb edən və xarici dillərdə olan ədəbiyyat və mənbələrdən sərbəst istifadə etməyi, ixtisasına dair mətnləri oxumağı, tərcümə etməyi, annotasiya, referat, tezis, tərcümeyi-hal və s. yazmağı bacarmalı;



Azərbavcan dili üzrə: (təlim xarici dildə olanlar üçün)

Azərbaycan dilinin leksikonundan gündəlik və peşə fəaliyyətində istifadə etməyi; natiqlik qabiliyyətinə malik olmalı.



Secmə volu ilə ovrənilməsi nəzərdə tutulan fənləri dinləməklə:

gələcək peşə fəaliyyətlərini və onun mahiyyətini qiymətləndirməyi, istiqamət üzrə aldığı ilkin məlumatlardan ixtisas peşə hazırlığında məqsədyönlü istifadəni bacarmalıdır.



yiyələnməlidir:

Azərbaycan tarixinin mühüm məqamlarına; sosial - iqtisadi sahədə əsas təlimlərə; sosial əhəmiyyətli problemlərin təhlilini aparma qabiliyyətinə; peşə hazırlığında, istehsalat və sosial fəaliyyətdə yerini dərk etmə qabiliyyətinə yiyələnməlidir.




24


HF–B01 Azərbaycan tarixi


HF–B02 Xarici dil


HF–B03**** Azərbaycan dili (təlimi xarici dilində olanlar üçün)

HF–B04

Seçmə fənlər*****







6

8
6

4



ÜK-1
ÜK-2
ÜK-3
ÜK-4
ÜK-5
ÜK-6

İPF–B00


İxtisasın peşə hazırlığı fənləri bölümü:

Bu bölümə daxil olan fənlərin öyrənilməsi nəticəsində subbakalavr-



56










İPF–B01


bilməlidir:
-matris və determinantlar üzərində əməlləri; xətti tənliklər sistemini həll etməyi; vektorlar üzərində əməllər; müstəvi üzərində düz xətt və ikinci tərtib əyrilərin tənliklərindən istifadə edərək məsələləri həll etməyi; törəmə və diferensial, qeyri-müəyyən və müəyyən inteqralların hesablanmasını; çoxdəyişənli funksiyaların xüsusi törəmə və diferensiallarının hesablanmasını; ikiqat inteqralın hesablanmasını; adi diferensial tənliklərin həlli üsullarını;
bacarmalıdır:
-riyazi qayda və qanunları tətbiq etməyi; riyazi analizin anlayışlarından müxtəlif tip məsələlərin həllində istifadə etməyi; xassə və metodlar haqqında məlumat verməyi; diferensial tənliklərin qurulması ilə məsələlər həll etməyi; informasiya texnologiyalarına riyazi bilikləri tətbiq etməyi; Excell, Correl – Draw və digər proqramlarda riyazi ifadələrdən, qrafik təsvirlərdən istifadə etməyi; əldə etdiyi riyazi bilikləri başqa fənlərdə tətbiq etməyi;




İPF–B01

Ali riyaziyyatın əsasları



4



ÜK -7
ÜK -8
ÜK -9
ÜK-10
ÜK-11
ÜK-12
ÜK-13
ÜK-14
ÜK-15



İPF–B02


bilməlidir:
-riyazi məntiqin əsas anlayışlarını; məntiq əməllərini; çoxluqlar nəzəriyyəsinin elementlərini; məntiq qanunlarından çıxan nəticələri; binar münasibətlər nəzəriyyəsini;
bacarmalıdır:

-məntiqi mülahizələr üzərində məntiq əməllərini yerinə yetirməyi; məntiq qanunlarını tətbiq etməyi; çoxluqların əsas xassələrini tətbiq edərək çoxluqlar cəbrinə aid məsələləri həll etməyi; əldə etdiyi bilikləri digər elm sahələrinə tətbiq etməyi;








İPF–B02

Riyazi məntiq



2



ÜK -7
ÜK -8
ÜK -9
ÜK-10
ÜK-11
ÜK-12
ÜK-13
ÜK-14
ÜK-15



İPF–B03

bilməlidir:
-əməliyyat sistemlərinin qurulma prinsiplərini, tiplərini və funksiyalarını; əməliyyat sistemlərinin maşındanasılı və maşındanasılı olmayan xassələrini; əməliyyat sistemlərinin modul strukturunu, nüvə və istifadəçi rejimlərindəki işi; proseslərin üstünlük və növbə anlayışını, çoxprosessorlu sistemlərin xüsusiyyətlərini; yaddaşın idarə olunmasını; xətalara və icazəsiz daxilolmalara qarşı mühafizəni; şəbəkə əməliyyat sistemlərini;
bacarmalıdır:
-(serverlərdə və işçi stansiyalarda) əməliyyat sistemlərini qurmağı və müşayiət etməyi; qarşıya qoyulmuş məsələlərdən asılı olaraq sistemin optimallaşdırılmasını yerinə yetirməyi; xətalardan sonra sistemi bərpa etməyi; sistem informasiyasının rezerv köçürülməsini və arxivləşdirilməsini həyata keçirməyi;






İPF–B03

Əməliyyat sistemləri



4



ÜK -7
ÜK -8
ÜK -9
ÜK-10
ÜK-11
ÜK-12
ÜK-13
ÜK-14
ÜK-15



İPF–B04


bilməlidir:
-tətbiqi proqramlar paketi; paketin tərkibi və strukturu: idarəedici, xidməti və emaledici modullar; interfeysin növləri: xarici, daxili; paketin funksional və sistem tərkibi (müəyyən bir paketin seçilməsi, məsələn, MS Office, 1C, Lotus və s.); proqram dilləri və seçilmiş paket mühitində proqramlaşdırmada onlardan istifadə; seçilmiş paketin digər proqramlarla

inteqrasiyasını;


bacarmalıdır:
-tətbiqi proqramlar paketindən istifadə etməyi; tətbiqi proqramlar paketi mühitində proqramlaşdırmanı həyata keçirməyi və onun digər proqramlarla inteqrasiyasını;






İPF–B04

Tətbiqi proqram təminatı



4



ÜK -7
ÜK -8
ÜK -9
ÜK-10
ÜK-11
ÜK-12
ÜK-13
ÜK-14
ÜK-15



İPF–B05


bilməlidir:
-rəqəmsal hesablama sistemlərinin və onların arxitektur xüsusiyyətlərinin qurulmasını;

-sistemin əsas məntiqi bloklarının iş prinsiplərini (ana platası, prosessor, yaddaş, qida bloku və s.);

-hesablama platformalarının təsnifatını;

-çoxprosessorlu və çoxnüvəli sistemlərdə hesablama prinsiplərini;

-Keş yaddaşın iş prinsiplərini;
bacarmalıdır:
-konkret məsələlər üçün qurğuların optimal konfiqurasiyasını və xarakteristikalarını təyin etməyi; fərdi kompyuterlərin əsas qovşaqlarını, xarici qurğuların qoşulma bağlayıcılarını identifikasiya etməyi;






İPF–B05

Kompyuterlərin arxitekturası



4



ÜK -7
ÜK -8
ÜK -9
ÜK-10
ÜK-11
ÜK-12
ÜK-13
ÜK-14
ÜK-15



İPF–B06


bilməlidir:
-kompyuter şəbəkələrinin tiplərini, lokal şəbəkələri, onların standartlarını, OSİ etalon modeli; verilənlərin ötürülmə mühitini, şəbəkə qurğularını, şəbəkə qurğuları; MAC və IP ünvanlaşdırma; lokal şəbəkələrin topologiyası və layihələndirilməsini;
bacarmalıdır:
-kompyuter şəbəkələrinin quraşdırılmasını; şəbəkə qurğularının qoşulmasını; kommunikasiya vasitələrindən istifadə etməyi; UTP, STP optik lif kabellərinin quraşdırılmasını və onların yoxlanılmasını;






İPF–B06

Kompyuter şəbəkələri



4



ÜK -7
ÜK -8
ÜK -9
ÜK-10
ÜK-11
ÜK-12
ÜK-13
ÜK-14
ÜK-15



İPF–B07


bilməlidir:
-şəbəkə əməliyyat sistemləri və onların təyinatını; kataloqlar xidmətini; əsas termin və anlayışları; icazələrin idarə olunmasını, inzibatçı vasitələri və məsələləri; şəbəkələrdə məhdudiyyətlərdən istifadə qaydalarını; lokal şəbəkələrin qlobal şəbəkələrlə əlaqəsini;
bacarmalıdır:

-şəbəkə əməliyyat sistemlərinin yüklənməsini; IP ünvanlarının təyin edilməsini; şəbəkə proqram təminatının istifadəsini;








İPF–B07

Kompyuter şəbəkələrinin proqram təminatı



4



ÜK -7
ÜK -8
ÜK -9
ÜK-10
ÜK-11
ÜK-12
ÜK-13
ÜK-14
ÜK-15



İPF–B08


bilməlidir:
-informasiya sistemlərində və şəbəkə daxilində informasiyanın mümkün olan müdafiə imkanlarını; proqram təminatında olan pozuntuların və proqramın təzələnməsini; şəbəkələrdə təhlükəsizliyin təmini və təhlükə mənbəyinin təyinini;
bacarmalıdır:
- fərdi kompyuter və şəbəkə proqram təminatına yönəlmiş hücumlara qarşı mühafizənin təşkilini; proqram təminatında yaranan səhvlərin düzəldilməsini;






İPF–B08

İnformasiya sistemlərində təhlükəsizliyin təmini



4



ÜK -7
ÜK -8
ÜK -9
ÜK-10
ÜK-11
ÜK-12
ÜK-13
ÜK-14
ÜK-15




İPF–B09


bilməlidir:
-verilənlər bazasının idarəetmə sistemləri; verilənlər bazasının nəzəriyyəsinin əsasları; əsas anlayış və müddəalar; verilənlərin modelləri; atribut və açarlar; verilənlər bazasının təsviri; formaların yaradılması; verilənlərin manipulyasiyasının prinsip və üsulları; o cümlədən verilənlərin saxlanılması, əlavə edilməsi, redaktə edilməsi, ləğv edilməsi,çeşidlənməsi, axtarılması və sorğuların yaradılması; verilənlər bazasına məsafədən müraciət anlayışı; verilənlər bazasının arxitekturası; “Müştəri-server tipli” sistemlərin yaradılmasının mahiyyəti, rolu və üsulları; verilənlərin emalının tipik işlərinin yerinə yetirilməsini;
bacarmalıdır:
-konkret sahəyə aid verilənlər bazasının yaradılmasını və ondan istifadə qaydalarını; cədvəllər qurmağı; sorğu, forma – hesabat yaratmağı; cədvəllər arasında əlaqə yaratmağı;







İPF–B09

İnformasiya sistemləri və verilənlər bazası



4



ÜK -7
ÜK -8
ÜK -9
ÜK-10
ÜK-11
ÜK-12
ÜK-13
ÜK-14
ÜK-15



İPF–B10


bilməlidir:
-alqoritmləşdirmənin əsasları, alqoritm anlayışı, alqoritmlərin qurulmasının əsas prinsipləri, əsas alqoritmik konstruksiyalar, proqramlaşdırma dillərinin inkişafı, onların təsnifatı, proqramlaşdırma sistemi anlayışı, alqoritmik dilin əsas elementləri, proqramın strukturu, operator və əməliyyatlar, idarəedici strukturlar,verilənlərin strukturu, fayllar, altproqramlar, altproqram kitabxanasının tərtib edilməsi, obyektyönümlü proqramlaşdırmanın əsas prinsipləri: sinif və obyekt anlayışı, onların xüsusiyyət və üsulları, varislik və yenidəntəyinetməni;
bacarmalıdır:
-qoyulmuş məsələnin həlli alqoritminin qurulmasını; blok -sxemlərin tərtib edilməsini və proqramlaşdırma dillərindən istifadə etməklə proqramın tərtib edilməsini;






İPF–B10

Alqoritmləşdirmənin əsasları və proqramlaşdırma



4



ÜK -7
ÜK -8
ÜK -9
ÜK-10
ÜK-11
ÜK-12
ÜK-13
ÜK-14
ÜK-15



İPF–B11


bilməlidir:
-Elektromaqnit hadisələrini, sabit, dəyişən cərəyan elektrik dövrələrini və onların hesablanmasını; elektrik enerjisinin istifadəsinin iqtisadi səmərəliliyinin artırılması üsullarını; elektron cihazların təsnifatını və tətbiqini; yarımkeçirici cihazları və onların tətbiqini; elektrik qurğu elementlərinin seçilməsini; nəzarət-ölçü cihazlarından istifadə etməyi; məlumat materiallarından istifadəni; sxemlər üzrə elektrik və elektron dövrələrini yığmağı;

bacarmalıdır:

-elektrik dövrəsinin parametrlərini hesablamağı, elektrik sxemlərini yığmağı və onların işini yoxlamağı; yarımkeçiricilərin tətbiqi ilə cihazların sadə sxemlərinin oxunuşu və yığmağını;








İPF–B11

Elektrotexnika və elektronika



4



ÜK -7
ÜK -8
ÜK -9
ÜK-10
ÜK-11
ÜK-12
ÜK-13
ÜK-14
ÜK-15



İPF–B12


bilməlidir:
-fərdi kompyuterlərin tərkibi və komponovkasını; form-factor anlayışını; sistem platalarının və korpusun tipləri və onların optimal seçilməsini; məntiqi mikrosxemlər (chipset) yığımının növləri və əsas xarakteristikalarını; mikroprosessorların qoşulması üçün bağlayıcıları; operativ yaddaşın və fləş yaddaşın modullarını (tipləri, təyinatı, konstruktiv həlli, markalanması (nişanlanması) və s.); interfeys şinlərini; giriş-çıxış bağlayıcılarını; videosistem: videoadapterlərin və videointerfeyslərin konstruktiv realizə olunmasını; monitorların konstruktiv qovşaqlarını; audiosistem: səs platalarının konstruksiyası, səs platalarının interfeysləri, akustik sistemlərini; giriş-çıxış qurğularının konstruksiyasını; gərginlik bloklarını form-faktorları və konstruktiv həllini; soyutma sistemlərinin növlərini və onların qoşulma üsullarını; portativ kompyuterlərin konstruksiyası və kompanovkasını;


bacarmalıdır:
-videosistemin qoşulması və sazlanmasını; informasiya daşıyıcılarının qoşulması və sazlanmasını; akustik sistemlərin qoşulması və sazlanmasını; soyutma sistemlərindən istifadə edilməsini; portativ kompyuterlərin konstruktiv həllini; gərginlik bloklarının qoşulmasını;






İPF–B12

Kompyuterlərin konstruksiyası və komponovkası



4



ÜK -7
ÜK -8
ÜK -9
ÜK-10
ÜK-11
ÜK-12
ÜK-13
ÜK-14
ÜK-15



İPF–B13


bilməlidir:
-informasiyanın giriş-çıxış (daxiletmə- xaricetmə) sisteminin təşkilini; periferiya qurğularının təsnifatını; periferiya qurğularının işləməsinin aparat və proqram təminatını; kontrollerlər (mikrokontroller), adapterlər, körpülər, yaddaşa birbaşa müraciət, dayanmalar, arakəsilmələr, drayverlər; müasir, perspektiv giriş-çıxış şinləri və interfeyslərini; maqnit və optik disk daşıyıcılarını; monitor və videoproyektorlar; modemləri; səs tipli informasiyanın emalı prinsiplərini; informasiyanın çap qurğularını (printer, plotter və s.); skanerləri; foto kameraları; informasiyanın daxiletmə monipulyator qurğularını (klaviatura, siçan və s.-ni); periferiya qurğularının diaqnostikasını;
bacarmalıdır:
-lazımi periferiya qurğularının qoşulması, sazlanması və birləşdirilməsini; periferiya qurğularının yararsız konstruktiv qovşaqlarının aşkar edilməsi və dəyişdirilməsini; periferiya qurğularına servis xidmətinin göstərilməsini; periferiya qurğularına profilaktik xidmətin göstərilməsini;






İPF–B13

Periferiya qurğuları



4



ÜK -7
ÜK -8
ÜK -9
ÜK-10
ÜK-11
ÜK-12
ÜK-13
ÜK-14
ÜK-15



İPF–B14


bilməlidir:
- kompyuterin ayrı-ayrı qurğularının, qovşaqlarının iş prinsipini; ilkin yüklənmə prosesini; POST proqramını; əməliyyat sisteminin yüklənməsi prosedurunu; diaqnostik proqramların təyinatı və təsnifatını; əməliyyat sistemlərinin diaqnostik proqramlarını; kompyuterlərə profilaktik və servis xidmətinin göstərilməsi üsullarını;

bacarmalıdır:
- kompyuterə proqramların yüklənməsini; drayverlərin yüklənməsini; diaqnostik proqramlardan istifadə; servis xidməti vasitələrindən (multimetr, yoxlayıcı, siqnallar generatoru və s.) istifadəni; ayrı-ayrı qurğuların testləşdirilməsini;






İPF–B14

Kompyuterlərin diaqnostikası və təmiri


6



ÜK -7
ÜK -8
ÜK -9
ÜK-10
ÜK-11
ÜK-12
ÜK-13
ÜK-14
ÜK-15


Peşə hazırlığının seçmə fənləri******

10










TE – B00

Təcrübələr və yekun attestasiya

Bu bölməyə aid olanların öyrənilməsi nəticəsində təhsil alan


bilməlidir:
-avtomatlaşdırılmış sistemlərin texniki vasitələrinə və kompyuter şəbəkələrinə texniki xidməti;

-hesablama texnikası vasitələrində və kompyuter şəbəkələrində nasazlığı aşkar etməyi, aradan qaldırmağı və normal iş rejimini təmin etməyi;

-şəbəkələrin administrativ və xidməti funksiyalarını həyata keçirməyi;

-verilənlər bazasının yaradılmasını və idarə edilməsini;


bacarmalıdır:
-peşə fəaliyyətində informasiya - kommunikasiya texnologiyalarından istifadəni;

-fəaliyyəti üzrə hər hansı yeniyi tətbiq etməyi və ixtisasına uyğun praktiki fəaliyyət göstərməyi;

-informasiyanın yeni üsulla işlənməsini, avtomatlaşdırılmış sistemlərdə olan yenilikləri öz işində tətbiq etməyi;

-internetdə baş verən dəyişiklikləri, yeni tipli kompyuterlərin iş prinsiplərini araşdırmağı və nəticə çıxartmağı;

-informasiya maşınları və hesablama texnikasının istismarında, təmirində, servis xidmətində baş verən yenilikləri müasir texnologiyanın tələblərinə uyğun tətbiq etməyi;


30

TE – B01

Təcrübələr

TE - B02

Yekun dövlət attestasiyası


24

6

ÜK-13

Kreditlərin ümumi cəmi:

120












*** Humanitar fənlər bölümünə daxil olan “Azərbaycan dili”(xarici dildə təhsil alanlar üçün),”Azərbaycan tarixi”,”Xarici dil fənləri tam orta təhsil bazasından qəbul olunanlar üçün birinci,ümumi orta təhsil bazasından qəbul olunanlar üçün isə ikinci dərs ilindən başlayaraq tədris olunur.
**** Orta ixtisas məktəblərinin təklifləri əsasında Azərbaycan bölməsində təhsil alanlar öz arzuları ilə həmin saat həcmində ikinci xarici dili və ya Azərbaycan dili və nitq mədəniyyəti fənnini seçə bilərlər.
***** Seçmə fənlərə orta ixtisas məktəbi tərəfindən fəlsəfə,politalogiya,sosiologiya,milli əxlaq və ailə etikası,dövlət və vətən mədəniyyəti,hüququn əsasları və s. humanitar,sosial-iqtisadi fənlər daxil oluna bilər.
******İxtisasın peşə hazırlığı bölümünün seçmə fənləri orta ixtisas məktəbi tərəfindən müəyyənləşdirilir.

******* Fiziki tərbiyə idmanın növləri üzrə bölmələrdə keçirilir.
3.3. 040545 – “Kompyuter şəbəkələrinin və hesablama texnikasının təmiri və servis xidməti” ixtisası üzrə subbakalavr təhsil proqramının yerinə yetirilməsinin müddəti:

Subbakalavr təhsil proqramını mənimsəmək üçün ayrılan ümumi həftələr:



  • ümumi orta təhsil bazasından - 146

  • tam orta təhsil bazasından - 94

Nəzəri təlim üçün ayrılan həftələr:

  • ümumi orta təhsil bazasından - 75

  • tam orta təhsil bazasından - 45

Təcrübələr üçün ayrılan həftələr (istehsalat, diplomqabağı) - 16

İmtahan sessiyası üçün ayrılan həftələr:



  • ümumi orta təhsil bazasından - 25

  • tam orta təhsil bazasından - 15

Tətillər üçün ayrılan həftələr:

  • ümumi orta təhsil bazasından - 26

  • tam orta təhsil bazasından - 14

Yekun dövlət imtahanına ayrılan həftələr - 4
4. Maddi – texniki, tədris bazası və kadr potensialı
4.1. Orta ixtisas təhsili müəssisəsinin 040545 – “Kompyuter şəbəkələrinin və hesablama texnikasının təmiri və servis xidməti” ixtisasının təhsil proqramına müvafiq hazırlanmış tədris planında nəzərdə tutulan fənlər üzrə dərslərin aparılması, təcrübələrin keçirilməsi üçün müvafiq İKT ilə təchiz olunmuş kabinet və laboratoriyalar, kompyuter sinifləri, emalatxanalar və s. ilə təmin olunmuş maddi – texniki bazası olmalıdır. Təhsilalanların orta ixtisas təhsili müəssisəsinin lokal şəbəkəsinə, internetə, məlumat bazalarına, elektron kitabxanalarına, axtarış sistemlərinə çıxışı təmin etməlidir.

4.2. Fənlərin tədrisi, bir qayda olaraq, ali təhsilli müəllim heyəti tərəfindən aparılır. Bu fəaliyyətə həmin şərtləri ödəyən digər müəssisə və təşkilatlarda çalışan şəxslər də cəlb oluna bilər.
5. Tədris prosesinin forma və metodları
5.1. Subbakalavr hazırlığı mühazirə, seminar məşğələ, laboratoriya, sərbəst iş, təcrübə və s.formalarda həyata keçirilir.

5.2. Subbakalavr hazırlığı üzrə tədris prosesində şifahi şərh, müsahibə, interaktiv təlim, müstəqil iş, diskussiya, dəyirmi masa, illüstrasiya, tədqiqatçılıq, laboratoriya və praktik iş və digər metodlardan istifadə edilə bilər.

5.3. 040545 – “Kompyuter şəbəkələrinin və hesablama texnikasının təmiri və servis xidməti” ixtisası üzrə subbakalavr hazırlığında tədris və istehsalat təcrübələri nəzərdə tutulur (təcrübələrin məqsəd və vəzifələri ixtisasdan asılı olaraq müəyyənləşdirilir). Təcrübələr növündən asılı olaraq müvafiq idarə və təşkilatlarda keçirilə bilər.
6. Yekun dövlət attestasiyasına qoyulan tələblər və

qiymətləndirmə
6.1. Subbakalavriat səviyyəsində ixtisaslar üzrə təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır.

6.2. Tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalarda) müvəffəqiyyətlə keçmiş tələbələr yekun attestasiyaya buraxılırlar.

6.3. Yekun attestasiya bütün təhsilalanlar üçün məcburidir, onun hazırlanmasına və təşkilinə ayrılan müddət 4 həftədir.

6.4. Yekun attestasiya ixtisas üzrə buraxılış yekun dövlət imtahanı və ya buraxılış işinin müdafiəsindən ibarətdir.

6.5. Subbakalavriat səviyyəsində tələbələrin topladığı kreditlərin sayı 120 olmalıdır. İxtisas üzrə təhsil proqramlarında nəzərdə tutulmuş kreditləri toplayan tələbə həmin proqramı mənimsəmiş hesab edilir. Orta ixtisas təhsili müəssisələrində subbakalavriat səviyyəsinin təhsil proqramı üzrə tədris planını tam yerinə yetirmiş şəxslərə yekun Dövlət Attestasiya Komissiyasının qərarı əsasında 040545 – “Kompyuter şəbəkələrinin və hesablama texnikasının təmiri və servis xidməti” ixtisası üzrə “subbakalavr” ixtisas dərəcəsi verilir.

6.6. Yekun attestasiyanın təşkili və keçirilməsi qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir.

Razılaşdırılmışdır:

Azərbaycan Respublikası Təhsil Azərbaycan Respublikası Təhsil

Problemləri İnstitutunun direktoru Nazirliyinin Orta ixtisas təhsili sektorunun müdiri: ____________________Q.Novruzov __________________K.Mikayılov

«_____»_______________ 2014-cü il «_____»______________2014-cü il

Texniki və Texnoloji ixtisaslar üzrə Azərbaycan Respublikası Təhsil

Dövlət Təhsil Standartlarını hazırlayan Nazirliyi Elmi-Metodik Şurasının

işçi qrupun sədri «Kompyuter elmləri» bölməsinin

sədri:


__________________F. Məmmədov __________________R.Mahmudzadə

«_____»______________2014-cü il «_____»_______________ 2014-cü il





Yüklə 233,32 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin