İxtisasın şifri və adı: 060321 “Dizayn” İxtisaslaşma: “Dizayn və texniki estetika” Elmi rəhbər: Magistr proqramının rəhbəri



Yüklə 417 Kb.
səhifə4/24
tarix10.01.2022
ölçüsü417 Kb.
#109016
1   2   3   4   5   6   7   8   9   ...   24
GİRİŞ
Mövzunun aktuallığı. Azərbaycan xalqının maddi və mənəvi mədəniyyətinin çox çətin və uzun çəkən inkişaf gedişi nəticəsində yaranmışdır. Azərbaycan milli geyimləri azərbaycanlıların maddi mədəniyyətini, onlara xas olan xüsusiyyətləri əks etdirir və xalqın sarsılmaz etnik nişanələrinə aiddir. Xalqın etnik, tarixi, xalq yaradıcılığının bədii xüsusiyyətləri, onların müxtəlif halda formalaşmaları, bədii bəzək naxışları, toxuculuq xalq geyimində milli naxışlar öz əksini tapmışdır.

Klassik geyim tərzi bütün dövrlər üçün aktual hesab olunur. Bu üslubun əsas elementi kostyumlar sayılır. Kostyum yalnız pencək və şalvar, ciddi üslub demək deyil. Ümumilikdə kostyum üslubdan asılı olmayaraq geyim forması hesab edilir. Yəni kostyum yalnız klassika demək deyil. Geniş mənada kostyum, insanların həm iş, həm də gündəlik həyatda istifadə edə biləcəyi geyimdir. Bura həm tarixən formalaşmış geyimlər, həmçinin müasir dövrdə yaradılan müxtəlif geyim nümunələri daxildir. Biz tədqiqat işimizin giriş hissəsində Azərbaycanda istifadə edilən qadın və kişi geyimlərindən və onların elementlərindən bəhs edəcəyik.

Kostyum- predmetlər dünyasının ən vacib tərkib hissələrindən biri hesab edilir. Kostyum həmçinin insanın estetik tərbiyəsinə təsir edən vasitədir. Əgər biz bunu obrazlı şəkildə ifadə etməyə çalışsaq kostyum insanların daxili zənginliklərinin və fərdi dəyərlərinin aşkar edilməsinə kömək edir.

Kostyumlar həm zərifliyin, eleqantlılığın simvolu hesab edilir, həm də geyinildiyi cəmiyyətin nə qədər xüsusi olduğunu göstərir. Kostyum yalnız ciddi görüşlərdə iştirak edən zaman geyinilməsi nəzərdə tutulan bir geyim deyildir. Həmçinin kostyum geyinmək də düşünüldüyü kimi asan bir iş deyildir. Kostyum geyinilməsi zamanı müxtəlif detallara fikir vermək lazımdır.

Geyimlər bir incəsənət əsəridir. Geyim və kolorit bir-biri ilə sıx əlaqəlidir.

Bu gün həm qadınlar, həm də kişilər üçün kostyumlar hazırlanır. Əgər əvvələr klassik üslublu kostyumlar birmənalı olaraq tünd rənglərdə olurdusa, bugün istənilən rəngdə kostyum tapmaq mümkündür.

Azərbaycanda keçmişdə, indi olduqu kimi, bəzi ucqar yerlərdə palto geyinmirdilər. Üst geyimini yerli və ya fabrik istehsal olan yun şallar əvəz edirdi. Şallar fabrik istehsalı idi. Baş örtükləri də geyimin bir elementi hesab edilir.

Azərbaycan milli geyimləri biçiminin müxtəlifliyinə və dekorunun zənginliyinə görə seçilir. Milli geyimlərimiz tarix boyu dəyişikliyə uğrayaraq, təkmilləşmiş və bügünki günə gəlib çıxmışdır.

Tədqiqat işimizin mövzusu Kostyumda estetik xüsusiyyətlərin analizidir. Giriş hissəsində biz kostyum barədə qısa məlumat verdik. Mövzumuzda həm Azərbaycan milli geyimlərini həm də kostyumun yaranma tarixi ətraflı şəkildə tədqiq ediləcəkdir.

Kostyum elementlərin tədqiqi, tarixən mövcud olmuş formalarının öyrənilməsi geyim tarixinin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

XIX əsrin sonlarına aid müəlliflərdən biri papağın hazırlanması prosesini belə təsvir edir: "Əvvəlcə, dərini tikib ona papaq forması verilir, sonra onun tərs üzünü çevirirlər və papağı yumşaq etmək üçün onun çılpaq üzünə pambıq və ya kalka sərirlər. Pambıq və ya kalkanın üzərinə bir vərəq şəkər kağızı qoyurlar, nəticədə papaq ona verilmiş formanı saxlayır; şəkər vərəqi papağın formasına və böyüklüyünə görə kəsilir. Sonra isə şəkər vərəqinin üstündən hər hansı bir parçadan astar tikilir və papaq tüklü üzünə çevrilir. Hazır papağa su sıçradaraq 4-5 dəqiqə ərzində üzərində yüngülcə çubuq gəzdirirlər; bu zaman papağı ələ taxılmış vəziyyətdə saxlayırlar. Sonra papaq 5-6 saatlığa papaq üçün xüsusi qəlibə taxılır. Bununla da, papağın hazırlanması bitir".

Geyim seçimi fərdi xarakter daşıyır. İnsanlar öz zövqlərinə görə və büdcələrinə görə uyğun olan geyimləri seçməkdə sərbəstdirlər.

Kostyumlardan gündəlik həyatda da istifadə edirlər. Kostyum seçimi insanın zövqünü və həyat tərzini göstərir. Geyim estetik zövqün mühüm faktıdır.




Yüklə 417 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin