İxtisasının BİO 2005B qrup tələbəsi Məmmədova Günay İmmunologiya fənnindən



Yüklə 428,61 Kb.
səhifə1/5
tarix06.05.2023
ölçüsü428,61 Kb.
#126520
  1   2   3   4   5
Məmmədova Gunay İmunologiya




AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİ


AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ


Kimya və Biologiya fakültəsinin Biologiya Müəllimliy


İxtisasının BİO 2005B qrup tələbəsi Məmmədova Günay


İmmunologiya fənnindən


SƏRBƏST İŞİ


Elmi rəhbər: b/m Cəfərova Solmaz


Bakı 2023
Plan

  • 1.Antigenler

  • 2. Fermentlərin aktivatorları və ingiöitorları

  • 3. Fermentlərin sənayedə, kənd təsərrüfatı və təbabətdə əhəmiyyəti



Antigenlar
Antigen müəyyən bir orqanizm (resipent) üçün quruluşca yad olan və ūmmunoloji reaksiya yarada bilən maddələrə deyilir.
Daha doğrusu bu və ya digər spesifik immun cavabı stimulə edən maddələrə antigenlər deyilir. Çox vaxt belə bir anlayışdan da istifadə olunur: «Antigenlər o maddələrə deyilir ki, onları orqanizmə yeritdikdə orqanizmdə antitellər yaradırlar. Belə bir formul bəlkə də tam deyil, çünki bozi antigen adlandırdığımız maddələr, çox vaxt antitel yaramırlar, ancaq xüsusi gecikmiş formalı hassas hüceyrə reaksi- yaları, immunoloji tolerantlıq yaradırlar. Belə formullara asaslanaraq, müvafiq olaraq, hüceyrədə hiperhəssaslığın gecikmiş reaksiyalarının stimullaşdırıcı, transplantasion immunitet, yaxud tolerantlığın baş verməsinə antigen kimi baxılmamalıdır. Antigen anlayışını formullaşdırarkən, təkcə antitellardan deyil, həm da başqa spesifik immunoloji reaksiyalardan da danışmaq lazımdır. Bundan başqa formullaşdırma maddənin bioloji mahiyyatini tam aks etdirməlidir. Belə çıxır ki, bu maddələr, bioloji sintezin məhsulları olarsa, xüsusi spesifik bioloji əlamətlərə malik olmalıdırlar. İmmunitet məfhumundan istifadə edərək, orqanizmin canlı cisim və maddələrdən müdafiə üsülu kimi özündə genetik yad olan əlamətlər daşıyan maddələr kimi antigen anlayışını belə ifadə etmək doğru olardı: antigenlar - bütün o maddələrə deyilir ki, özlərində orqanizmə qarşı genetik yad olan əlamətlər daşıyırlar və orqanizmə yeridildikdə isə xüsusi immunoioji reaksiyalar törədirlər.Praktiki immunologiyada, laborator işlərində <Çox vaxt <> istifadə olunmuşdur ifadəsi işlənir. Əlbəttə, burada eritrositlərin antigen maddələrinin məcmuyundan söhbət gedir. Antigen xüsusiyyəti təkcə zülali maddələrə deyil, bir çox polisaxaridlərə lipopolisaxaridlara, polipeptidlara, ham da bazi süni yüksəkquruluşlu polimerlərə o maddələrə ki, özlərində hüceyrəyə qarşı özgəlik işləri yaradan xüsusiyyətlərə malikdirlər. Qeyd etmək lazımdır ki, sadə elementlər mis, kükürd va başqaları antigen sayıla bilməzlər. Həmçinin buraya sadə və mürəkkəb qeyri-üzvi maddələr, duzlar və turşuları da aid etmək olar. Xörək duzu harada sintez olunmasından asılı olmayaraq eyni kimyəvi struktura malikdir. Həmçinin buraya, qlyukoza, disaxaridlər və aminturşuları da aid etmək olar.
Bu məhlulların bitki, mikroorqanizm hüceyrələrində sintez olunmasından asılı olmayaraq onların tərkibi eyni cür molekullardan ibarətdir. Ancaq amin turşular polipep tid zəncirlərdə birləşəndə, mürəkkəbləşəndə antigen xüsusiyyəti qazanır. Yani, antigen xüsusiyyəti molekulyar kütlǝdən asılı bir xassədir. Bu xüsusiyyət hələ ki, tam aydınlaşdırılmayıb.
Məsələn, yumurta albumini biz aşağı molekulyar quruluşlu, molekul kütlasi 40000 olmaqla, zərdab antigeni hesab edildiyi halda, aşağı molekul kütləli proteinlər antitellərin yaranmasını stimullaşdıran maddələr sayılırlar. Məsələn, ribonuklerza (mol. Kütləsi 14000, yaxud insulin mol. kütləsi 6000 və s.). O polipeptidlər ki, onları ölçüləri 8 aminturşunu keçir, onlar sözsüz ki, antigenlərdir.
İki tip limfositin T və B limfositlərin kəşf olunması v onlara uyğun olaraq immun cavabların yaranması hər şeydən əvvəl onların səthində olan reseptor sahədən asılıdır. Tabii ki, bu proseslərin reallaşması üçün molekulun ölçüsü böyük əhəmiyyət kəsb edir.
Antigenin molekulyar səviyyədə təşkilinin müəyyənləşməsi isə maddəni antigen kimi xarakterizə edən 4 anlayışla izah olunur.1) Özgəlik antigenin ayrılmız anlayışıdır. Yad xüsusiyyəti olmayanı orqanizmi antigen saymaq olmaz. Məsələn ada dovşanının albumini, bu dovşan üçün antigen hesab etmək olmaz, çünki, bu maddədə genetik özgəlik yoxdur, ancaq dəniz donuzu üçün bu antifendir, çünki onun üçün özgədir.
2) Antifenlik bu antigenliyin keyfiyyətidir, məsələn, çox və ya az dərəcədə antitel yaratmaq xüsusiyyəti. Əgər iki zülal - öküz zərdab zülal albumini və qamma qlobulin və bunlarla dovşan immunlaşdırılarsa, onda qamma qlobulinin böyük antigenliyi müəyyən olunur ki, bu zaman çoxlu antitellərin yaranmasına bu antigenə qarşı reaksiyanın nəticəsi kimi baxılır.
3) Immunogenlik – immunitet yaratmaq xassəsi. Bu anlayışı əsasən mikrob antigenlərə aid etmək olar ki, bu zaman infeksion xəstəliklərə qarşı tutulmamaq xüsusiyyəti- immunitet yaranır. Məsələn, dizenteriya, qanlı ishalın törǝdiciləri, yüksək antigen xüsusiyyətinə malikdirlər, ancaq ona qarşı immunitet yaratmaq mümkün deyil. Ancaq buna qarşı hazırlanmış vaksin yüksək antigen, yüksək immunogen preparat hesab olunur.
4) Spesifikliko antigen xüsusiyyətlərinə deyilir ki, bunların sayəsində antigenləri biri-birindən fərqləndirmək olur. Elə maddələr var ki, immunoloji reaksiya vermir, orqanizmə yeridiləndə isə onlar hazır antitellərlə qarşılıqlı təsirdə ola bilirlər. Bu maddələrə haptenlər deyilir. Haptenenlərdə orqanizmə yad xüsusiyyətlər var, ancaq müəyyon keyfiyyətlərə, tam dəyərli antigen xüsusiyyəti yaratmaq xassələri yoxdur. Haptenlər tam dəyərli antigen xüsusiyyətli iri molekullu maddələr – zülallar və polisaxaridlər, eləcə də süni, yüksək molekullu elektrolitlərlə birləşmə əmələ gətirirlər.
DNT-nin antigen xüsusiyyəti böyük nəzəri və praktik əhəmiyyət daşıyan hadisədir. Onun tamiz preparatlarını heyvan orqanizminə yeridəndə ona qarqşı antitellər yaranmır.
Ümumiyyətlə insan və heyvan orqanizminin orqan, toxuma və hüceyrələrində çoxlu miqdarda antigenlar yerləşir. Toyuq yumurtası zülalında 5 antigen at qanı zərdabında və süddə 3 antigen, insan qanı zərdabında isə 16-ya qədər antigen tapılmışdır.
Heyvanın zülal antigeni yüksək növ spesifliyinə malik olması ilə xarakterizə olunmaqla, özünün mənşəyi etibarı ilə bir-birinə yaxın olan növlərdə belə fərqli olmasını aşkar etməyə imkan verir. Antigen xassəsinə görə toyuq və ördək albumini öz aralarında fərqlənirlər, baxmayaraq ki, kimyəvi müəyinələrdə onları fərqləndirmək olmur. Uzun müddət hesab etmişlər ki, müxtəlif növ məməlilərin göz büllurunun zülalı eyni antigenlik xüsusiyyətinə malikdir. Ancaq immunoloji köməyi ilə onların növ spesifikliyinə malik olmaları sübut olunmuş olur.

Yüklə 428,61 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin