Ixtisasının texnika və kənd təsərrüfatı elmləri üzrə


Çoxillik əkmələrdə işləmək üçün texnologiyalar və mexanikləşdirmə vasitələri



Yüklə 383 Kb.
səhifə15/42
tarix02.02.2022
ölçüsü383 Kb.
#114111
1   ...   11   12   13   14   15   16   17   18   ...   42
4.11. Çoxillik əkmələrdə işləmək üçün texnologiyalar və mexanikləşdirmə vasitələri. Çoxillik bitkilərin maşınla təmasda olan obyektlər kimi mexaniki- texnoloji xü­susiyyətləri. Bağların, giləmeyvə bağlarının, (şitillik), üzümün, çayın becərilmə tex­nologiyasının xüsusiyyətləri. Meyvə, giləmeyvə və digər çoxillik əkililərin be­cə­rilməsi üçün maşınlara olan aqrotexniki tələbatlar. Torpaq və bitkilərə qulluq, mey­və, giləmeyvə və digər bitkilərin məhsulunu yığmaq üçün texniki vasitələr və üsul­lar.

Bağlarda, giləmeyvə bağlarında, üzümlüklərdə, şitilliklərdə və çay plan­ta­si­ya­la­rında torpağa qulluğun edilməsi üçün maşınların ümumi quruluşu. Çoxillik əkmələrdə işləmək üçün maşınların istismar xüsusiyyətləri. Ağaclara, kolların göv­də­lə­rinə və çiyələk plantasiyalarına qulluq üçün texniki vasitələr. Meyvə və gilə­mey­və­lərin səmərəli yığımı üçün texniki vasitələr. Meyvə, giləmeyvə bitkilərinin, üzü­mün və çayın pozisiyalı və fasiləsiz yığımı üçün maşınların texnoloji və iş pro­ses­lə­ri.

Bitkilərə qulluq və məhsulun yığılması üçün ayrı-ayrı maşın sistemlərinin işi­nin qiymətləndirilmə kriteriyası.

Vibrasiyalı maşınlar. Meyvə, giləmeyvə yığan maşınların formalaşdırıcıları, kons­truksiyası, nəzəriyyəsi və hesabatı.

Meyvə, tərəvəzin ayrılması proseslərinin metodları və nəzəri əsasları. Meyvə yı­ğan maşın və giləmeyvə yığan kombaynların vibrasiyalı silkələyiciləri və ak­ti­va­tor­ları. Titrəmə generatorunun bitkilərlə əlaqəli təsiri. Yığım maşınlarının iş gös­tə­riciləri. Yığılan məhsulun nəql etdirilməsi.

Yükləmə vasitələri. Yükləmə-nəqletdirmə işlərinin təşkili. Əmtəəlik meyvə və tə­rəvəz emalı. Çoxillik bitkilərin gövdəsinin formalaşdırılması üçün maşınlar.

Bağçılıqda istifadənin maşınlardan zonal xüsusiyyətləri.

Meyvə, giləmeyvə bağlarının və şitilliklərin dərmanlanması üçün texniki va­si­tə­lərin vəziyyəti və inkişaf perspektivləri.

Bağçılıqda, üzümçülükdə və şitilçilikdə işlərin mexanikləşdirilməsi üçün müa­sir eksperiment qoyma metodları və texniki vasitələrin sınağı.


Yüklə 383 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin